91
əməliyyatlar əsasında on gündə bir dəfə edilir. Hər iki hesablaşma
iştirakçısı özündə ödəniləcək məbləğlərin göstərildiyi qarşılıqlı
hesablaşmaların hesabını aparır. Hesablaşma sənədləri banka
təhvil verilmir və qarşılıqlı tələblərin hesabında məbləği
göstərilməklə dərhal alıcıya göndərilir. Tərəflərin nümayəndələri
dövri olaraq qarşılıqlı hesablaşma hesablarını yoxlayır, kimin
xeyrinə saldonun olmasını müəyyənləşdirir və bu məbləğə ya
ödəniş tapşırığı, ya da ənənəvi sənəd dövriyyəsi edən digər
hesablaşma sənədi yazırlar.
2. İki hüquqi şəxs arasında qarşılıqlı tələblərin birdəfəlik
hesablaşması bir tərəfin digər tərəfin xeyrinə ödəniş etdiyi zaman
ona qarşılıqlı tələb və iddiası olduğu halda həyata keçirilir.
Hesablanmamış vəsait qalığını daha çox ödəməli olan tərəf
ödəyir. Birdəfəlik qrup hesablaşmalar bank tərəfindən müəyyən
dövrlərdə (rübün sonunda, ilin əvvəlində)
hüquqi şəxslərin bir-biri
ilə hesablaşması üzrə yaranmış qarşılıqlı borcun, müddəti keçmiş
qarşılıqlı borclarının aradan qaldırılması üçün keçirilir.
Hazırda müəssisə və təşkilatlar da banklar kimi klirinq
vasitəsilə qarşılıqlı hesablaşmalar həyata keçirə bilir. Banklar
müəssisələrlə
qarşılıqlı
tələblərin
hesablaşması yolu ilə
hesablaşmaları daxil etmək, xidmət göstərilən müştərilərə
hesablaşmaların aparılması üçün öz hesablaşma (klirinq)
mərkəzlərini təşkil etmək, orada təsərrüfat orqanlarının qarşılıqlı
tələblərinin hesablaşma əməliyyatlarını aparmaq, eləcə də, öz
müştərilərinin hesablaşmaları üçün digər banklarda və onların
müəssisələrində müxbir subhesabları açmaq hüququna malikdir.
Klirinq mərkəzləri adətən banklar tərəfindən ödəniş
dövriyyəsinin sürətləndirilməsi və səmərəliləşdirilməsi məqsədilə
qarşılıqlı mənfəət şərtləri ilə yaradılır.
Dostları ilə paylaş: