7. Aksept hesablaşma forması. Aksept hesablaşma
forması ilə hesablaşmanın mənası vəsait alanın ona xidmət
göstərən banka məbləğin bank vasitəsi ilə alıcıya ödənilməsi
haqqında ödəyiciyə olan tələbdən ibarət hesablaşma sənədini
təqdim etməsi kimi başa düşülür.
92
Ödəniş tələbinə göndərilən malın xüsusiyyətindən (malın
adı, miqdarı, qiymət və dəyəri) ibarət mal-nəqliyyat sənədləri
əlavə edilməlidir. Bu rekvizitlərdən başqa mal göndərən tələbdə
həmçinin, müqavilənin tarix və nömrəsini, göndərilmə tarixini,
mal-nəqliyyat sənədlərinin nömrələrini, məhsul alıcının nümayəndəsi
tərəfindən yerində qəbul edilərsə, qəbul-təhvil aktlarını, göndərilmə
vasitəsini göstərməlidir.
Akseptin xronoloji ardıcıllığından və ödənişin edilmə-
sindən asılı olaraq akseptlər iki yerə bölünür:
1. ilkin,
2. sonrakı akseptlər.
Tərəflər arasında bağlanmış müqavilə üzrə ilkin aksept
təyin olunubsa, tələbin yuxarı hissəsində kənarlarda möhür və ya
“İlkin aksept” yazısı qeyd edilir. İlkin aksept şərtlərində ödəniş
tələbi akseptin daxil olduğu əməliyyat günü ərzində (müsbət
aksept zamanı) və ya aksept müddəti bitdikdən sonra növbəti iş
günündə (tələbin banka daxil olduğu gün nəzərə alınmamaqla üç
gün) ödənilir.
Sonrakı aksept zamanı ödəniş ödəyicinin bankına
tələblərin daxil olmasından asılı olaraq əməliyyat günü ərzində
yerinə yetirilir. Bir sıra hallarda mənfi aksept ardıcıl olaraq
ödənişdən sonra edilir. Bank tələblərin daxil olduğu günü nəzərə
almamaqla üç iş günü ərzində akseptdən imtinanı qəbul edir.
Akseptdən imtina haqqında məlumatın daxil olduğu gün ödəniş
məbləği həmin məbləğin ödəyicisinin hesabında bərpa olunur.
Aksept ödəyicinin ödəniş sənədlərinin ödənilməsinə
razılığıdır. Aksept müsbət və mənfi növlərə ayrılır. Müsbət aksept
dedikdə, ödəyicinin ödənişi etməsinə razılığı haqqında bankın
yazılı bildirişi nəzərdə tutulur. Bildirişin müəyyən müddət ərzində
olmaması akseptdən imtina deməkdir. Mənfi aksept zamanı
ödəyicinin müəyyən müddət ərzində susması ilə ödənişə razılıq
verilir, akseptdən imtina halı yazılı surətdə rəsmiləşdirilir.
Hesablaşma prosesinin maksimal dərəcədə sürətlən-
dirilməsi və sənəd dövriyyəsinin azaldılması üçün sonrakı mənfi
93
aksept daha səmərəlidir, bu isə ölkəmizdə nağdsız hesablaşmanın
bu
formasının
geniş
surətdə
istifadə
olunmasına
təsir
göstərmişdir.
Hazırda ödəniş tapşırıqları ilə hesablaşma məhdud sahədə,
məsələn, ödəniş tələblərinin akseptsiz ödənişi zamanı tətbiq
olunur. Ölçü cihazlarının (qaz, su, elektrik enerjisi, istilik enerjisi
və s. görə) və ya mövcud tariflərin (telefona görə abunə haqqı,
tikintiyə görə icarə haqqı və s. ) göstəricilərinə müvafiq olaraq
yazılmış ödəniş tələbləri ödəyicinin hesabından aksept olmadan
ödənilir.
Bu hesablaşma forması zamanı sövdələşmənin yerinə
yetirilməsinin vacib şərtlərindən biri də odur ki, mal göndərən
normativ aktlarda dəqiq qeyd olunmuş müəyyən müqavilə
müddəalarına riayət etmədikdə, ödəyicinin ödəniş tələbinin
akseptindən (tam və ya qismən) imtina etmək hüququ var.
Mal sənədlər əsasında qəbul olunarsa, “sifariş olunmayıb”
və ya “müqavilə şərtləri pozulub” kimi əsaslar üzrə akseptdən
imtina bank tərəfindən qəbul olunmur.
Ödəyici ödəniş tələbinin akseptindən istənilən imtina
haqqında səbəbini və imtina olunmuş malları dəqiq göstərməklə
banka və mal göndərənə dəqiq məlumat verməlidir. Malların
keyfiyyətsizliyi, kompleksdə olmaması, aşağı növdən olması və
ya qablaşdırmanın lazımi səviyyədə olmaması səbəbindən ondan
imtina edilərkən akseptdən imtina haqqında ərizədə keyfiyyət
üzrə qəbul aktının, nəzarət orqanının əmr və ya bildirişinin nömrə
və tarixi göstərilməlidir. Qəbul aktının bir nüsxəsi akseptdən
imtina haqqında ərizənin göndərildiyi gündən gec olmamaqla mal
göndərənə qaytarılmalıdır .
Yuxarıda qeyd edilən variantlardan başqa müqavilələrdə
xüsusi nəzərdə tutulmuş hallarda akseptdən tam və ya qismən
imtina mümkündür. Bu zaman ödəniş sənədinin ödənilməsindən
imtina ərizəsində müqavilənin həmin bəndinə istinad edilməsi
tələb olunur. Bankın öhdəliklərinə akseptdən imtina qaydasına,
müddət və əsaslılığına nəzarət daxildir. Akseptdən imtina
94
ərizəsində göstərilən səbəblər normativ aktlara və müqavilələrə
müvafiq olmadıqda bank imtinanı icraya qəbul etməməlidir.
Ödəyicinin ödəniş tələbinin akseptindən tam və ya qismən
imtinasının əsaslı olmasına dair mübahisələr yarandıqda, bu
mübahisələr iqtisad məhkəməsi və ya digər iqtisadi nəzarət
qurumları tərəfindən araşdırılır.
Dostları ilə paylaş: |