8. Banklararası hesablaşmalar. Respublika ərazisində
banklararası hesablaşmalar Mərkəzi Bank tərəfindən yaradılmış
hesablaşma-kassa
mərkəzləri
vasitəsilə
yerinə
yetirilir.
Hesablaşmalar üzrə bank əməliyyatları banklararası razılıqlar
əsasında onların bir-birində açılan müxbir hesabları üzrə də yerinə
yetirilə bilər. Banklarda və hesablaşma-kassa mərkəzlərində
sənəd dövriyyəsi Mərkəzi Bankın “Azərbaycan Respublikasının
ərazisində banklararası hesablaşmaların təşkili haqqında”
Əsasnaməsinə müvafiq olaraq təşkil olunur.