108
1. İcarədardan fərqli olaraq lizinq alan əmlakın sığortasını,
onun texniki xidmət haqqını və əmlakın məhv olma və ya
korlanması zamanı mülkiyyətçinin zərərini ödəyir;
2. Lizinq sövdələşməsi üzrə lizinq obyektində qüsur aşkar
edildiyi halda lizinq alan lizinq verənə, avadanlığı təchiz
edən tərəfə öz etirazını bildirir.
Bununla əlaqədar lizinq sövdələşməsinin müddəti ilə
paralel olaraq avadanlığın texniki xidmətinə görə təchizatçının
zəmanəti də nəzərdə tutulur. İqtisadi nöqteyi nəzərdən lizinq
avadanlığın satışını təqdim etməyə görə kreditə bənzəyir. Kredit
verilən zaman borc alan əsas fonda müəyyən edilmiş müddətdə
borcun ödənilməsi üçün ödənişlər edir. Bu zaman bank kreditin
qaytarılmasının təminatı kimi borc tam ödənilənə kimi kredit
verilmiş obyektə mülkiyyət hüququnu özündə saxlayır. Lizinq
zamanı icarədar ancaq müqavilə müddəti bitdikdə və icarəyə
götürdüyü əmlakın dəyərini tam ödənikdikdən sonra icarəyə
götürülmüş əmlakın sahibi olur. Belə ki, belə oxşarlıq ancaq
maliyyə lizinqi üçün xarakterikdir. Lizinqin digər növü olan
operativ lizinq avadanlığın klassik icarəsi ilə müşahidə olunur. Öz
hüquqi formasına görə lizinq sövdələşməsi investisiya
dəyərlərinin uzun müddətli icarəsinin özünəməxsus növüdür.
Lizinq əməliyyatının daha dəqiq müəyyənləşdirilməsi təcrübi əhə-
miyyətə malikdir; belə ki, onu qanuna müvafiq qaydada rəsmi-
ləşdirmədikdə, o, lizinq sövdələşməsi hesab oluna bilməz,
əməliyyat iştirakçıları üçün bir sıra mənfi maliyyə nəticələrinə
səbəb ola bilər.
Dostları ilə paylaş: