113
FƏSİL 5. BANKLARIN BEYNƏLXALQ
ƏMƏLİYYATLARI
5. 1. Beynəlxalq hesablaşmalar üzrə bank əməliyyatları
Beynəlxalq hesablaşmalar – iqtisadi, siyasi və mədəni
münasibətlər əsasında beynəlxalq hüquqi şəxslər (dövlətlər,
təşkilatlar) və müxtəlif ölkələrin vətəndaşları arasında yaranan pul
tələbi
və
vəzifələri
üzrə ödənişlərin tənzimlənməsidir.
Hesablaşmalar əsasən nağdsız üsulla bank hesablarında qeydlər
aparmaqla həyata keçirilir. Bunun üçün xarici banklarla müxbir
razılaşmalar əsasında müxbir hesablar:
1. «Loro» (milli kredit təşkilatında xarici bankların hesabları):
2. «Nostro» (xarici bankda mövcud bank hesabı) açılır.
Bütün ölkələrdə qəbul edilmiş dünyəvi kredit pulu mövcud
olmadığından beynəlxalq hesablaşmalarda xarici valyutada ödəniş
vasitəsindən istifadə edilir. Onlara aiddir:
Kommersiya köçürmə vekseli (tratta) – ixracatçının xarici
idxalçılara müəyyən müddət ərzində məbləğin ödənilməsi
barədə yazılı əmri;
Adi (sadə) veksel – idxalçının borc öhdəliyi;
Bank vekseli – mövcud ölkənin bankları tərəfindən xarici
müxbirlərinə verilən veksellərdir. Bankların reytinqindən
asılı olaraq onların veksellərinin əhatə dairəsi kommersiya
veksellərindən genişdir. Bank veksellərini alan idxalçılar
öz öhdəliklərini ödəmək üçün onları ixraçatçılara
göndərirlər;
Bank çekləri – bankın bank-müxbirə çeksaxlayanın mö-
vcud hesabına müvafiq məbləğin köçürülməsi barədə
yazılı əmridir;
Bank köçürmələri – xaricə poçt və teleqrafla köçürmə;
Bank kartları (kredit, plastik və s. ) – mal və xidmətlərin
əldə edilməsi üçün xaricdə nağdsız qaydada istifadə
olunan, sahibinə istifadə hüququ verən adlı pul sənədidir.
Dostları ilə paylaş: