Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə61/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   114
bank emeliyyatlari

 
5. 4. Forvard müqaviləsi 
 
Forvard  müqavilələrinin  əsas  prinsipi  TOM  və  SPOT 
xidmətlərində  olduğu  kimi  –  müəyyən  olunmuş  müddətdə,  yəni 


 
 
 
 
118 
yerinə  yetirilənə  kimi  qeydə  alınan  məzənnəyə  görə  valyuta 
konvertasiyası  barədə  sövdələşmənin  bağlanmasıdır.  Forvard 
müqaviləsi  bağlanan  zaman  sövdələşmənin  icraedilmə  müddəti 
olduqca uzun müddətə – bir ilə kimi ola bilər. Forvard müqaviləsi 
imzalanarkən  bankda  olan  hesaba  sövdələşmə  məbləğinin 5  faizi 
həcmində  sığorta  depoziti  daxil  edilir.  Sövdələşmə  icra 
olunduqdan  sonra  depozitin  bütün  məbləği  geri  qaytarılır. 
Sövdələşmə  icra  olunmadıqda  bank  onu  hesablaşma  günü  bazar 
məzənnəsinə  görə  bağlayır.  Əgər  sövdələşmə  icra  olunmadıqda 
məzənnə  fərqinə  görə  bank  zərərə  uğrayırsa,  onda  zərər  depozit 
hesabına ödənilir, depozitdə qalan vəsait isə müştəriyə qaytarılır.  
 SVAP  –  eyni  məbləğlə  iki  qarşılıqlı  konversiya  əməliy-
yatlarından  ibarət  bank  sövdələşməsidir.  Bank  müştəridən 
müəyyən  valyutanı  (onu  digərinə  konversiya  edir)  alır,  ra-
zılaşdırılmış müddətdən sonra onu müştəriyə ilkin valyutada geri 
qaytarır. Bu zaman müştəriyə əvvəlcədən alış məzənnəsi, həm də 
valyutanın  əsk  satışının  qeydə  alınmış  məzənnəsi  məlumdur. 
SVAP  sövdələşməsinin  üstünlüyü  ondan  ibarətdir  ki,  müştəri 
qabaqcadan  pulun  dəqiq  dəyərini  bilir  və  bazar  məzənnəsi 
fərqlərinin riskindən  azaddır. Bu  xidmətən həm maliyyə, həm də 
ticarət  şirkətləri  istifadə  edir.  Məsələn,  şirkətin  hesabında  ABŞ 
dolları var, lakin malların alqı-satqısını Avro ilə həyata keçirməli 
olduğu  təqdirdə,  SVAP  xidməti  qabaqcadan  malların  satış 
qiymətini  dəqiq  müəyyən  etmək  və  məzənnədə  tərəddüdlə 
əlaqədar qeyri-müəyyənlikdən kənarlaşmaq imkanı yaradır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin