Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


Qeydə  alınmış  məzənnə  üzrə  valyutanın  alışı  və  satışı



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə63/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   114
bank emeliyyatlari

Qeydə  alınmış  məzənnə  üzrə  valyutanın  alışı  və  satışı
Order  –  bankın  müştərisinə  hal-hazırda  bazarda  mövcud 
məzənnədən fərqli olaraq sərfəli məzənnə üzrə valyutanın alışı və 
satışı  barədə  müraciətdir.  Bazarda  elan  edilmiş  məzənnə  məlum 
olduqda  order  icra  edilir.  Belə  ki,  müştərinin  istəyi  ilə  order  icra 
olunan ana kimi geri çağırıla bilər.  
 


 
 
 
 
120 
FƏSİL 6. FORFEYTİNQ ƏMƏLİYYATLARI 
 
6.1. Forfeytinq əməliyyatlarının mahiyyəti 
 
FORFEYTİNQ  –  dövri  sənədlərdə  əks  olunan  borcun 
dövriyyəsiz  əsasla  kreditordan  alınmasından  ibarətdir.  Bu  borcu 
satın  alanın  (forfeyterin)  borcludan  təminatın  əldə  edilməsinin 
mümkün  olmadığı  zaman  kreditora  reqressiv  tələbə  müraciət 
etməkdən  imtina  haqqında  öhdəlikləri  öz  üzərinə  götürməsi 
deməkdir. Dövri öhdəliklərin satın alınması, təbii ki, endirimlərlə 
həyata keçirilir.  
Forfeytinq mexanizmi iki növ əməliyyatlar zamanı istifadə 
edilir: 
  Maliyyə  əməliyyatlarında  –  uzunmüddətli  maliyyə  öh-
dəliklərinin qısa zamanda həyata keçirmək məqsədilə; 
  İxrac  əməliyyatlarında  –  nağd  pulların  xarici  alıcıya 
kredit  təqdim  etmiş  mal  göndərənin  hesabına  daxil 
olmasına kömək məqsədilə.  
Forfeytinqin  alətləri  kimi  istifadə  edilən  əsas  dövri 
sənədlər  veksellərdən  ibarətdir.  Lakin  forfeytinq  obyekti  olaraq 
qiymətli kağızların digər növləri də çıxış edə bilər. Bu kağızların 
«təmiz» olması (yalnız mücərrəd öhdəlikləri özündə ehtiva edən) 
mühüm əhəmiyyət kəsb edir.  
Forfeytinq  İkinci  Dünya  müharibəsindən  sonra  yaran-
mışdır.  Beynəlxalq  ticarətin  maliyyələşdirilməsi  sahəsində 
təcrübəsi  olan  bir  neçə  İsveçrə  bankı  bu  üsuldan  Qərbi  Avropa 
ölkələri tərəfindən ABŞ-dan taxıl alınmasının maliyyələşdirilməsi 
üçün istifadə edirdilər. O illər məhsul çatdırılması və tədarükçülər 
arasında  rəqabət  o  qədər  artmışdı  ki,  alıcılar  təqdim  edilən 
kreditlərin  vaxtının  90  gündən  180  günədək  uzadılmasını  tələb 
etməyə  başladılar.  Bundan  başqa,  dünya  ticarət  strukturunun 
bahalı  məhsullar  hesabına  dəyişikliyə  uğraması  baş  vermişdir. 
Beləliklə  də  beynəlxalq  mübadilənin  inkişafı  sahəsində  kreditin 
rolu  artmış  və  mal  göndərənlər  öz  əməliyyatlarını  maliyyələş-


 
 
 
 
121 
dirməyin  yeni  metodlarını  axtarmağa  məcbur  olmuşdular. 
Beynəlxalq  ticarət  sahəsində  baryerlər  aradan  qalxdıqca  bir  çox 
Amerika,  Asiya,  eləcə  də  Latın  Amerikası  ölkələri  dünya 
bazarlarında  daha  da  fəallaşmağa  başladı.  Qərbi  Avropa 
sahibkarları  kreditləri  şəxsi  mənbələri  hesabına  verməkdə  çətinlik 
çəkirdilər.  
Forfeytinq ixracın dövlət kreditləşdirilməsinin zəif inkişaf 
etdiyi  ölkələrdə  daha  geniş  yayılmışdır.  İlk  olaraq  forfeytinq 
əməliyyatı  kommersiya  bankları  tərəfindən  həyata  keçirilirdi, 
lakin  «a-forfe»  əməliyyatlarının  həcmi  artdıqca  ixtisaslaşdırılmış 
qurumlar da yaranmağa başlamışdır.  
Hal-hazırda  forfeytinqin  əsas  mərkəzlərindən  biri  də 
Londondur. Belə ki, Avropa ölkələrinin bir çoxunun ixracı Sitidən 
maliyyələşdirilir.  Forfeytinq  biznesinin  əksər  hissəsi  Almaniyada 
mərkəzləşdirilmişdir.  
Beləliklə, forfeytinq ilbəil müxtəlif maliyyə mərkəzlərində 
inkişaf  edir.  Bununla  yanaşı  «a-forfe»  əməliyyatlarının  sayının 
artmasını  belə  mərkəzlərin  sayının  artması  ilə  əlaqələndirmək 
böyük bir səhv olardı. Bu, risklərin (həmçinin ixracçıların riskləri) 
artması ilə əlaqədar olaraq maliyyələşdirmə mənbələrinin kifayət 
qədər olmaması ilə izah olunur.  
Forfeytinq  əhəmiyyətli  dərəcədə üstün  cəhətlərə  malikdir, 
bu  isə  onu  ortamüddətli  maliyyələşdirmənin  ən  cəlbedici 
formasına  çevirir.  Bu  formanın  əsas  üstün  cəhətləri  forfeyterin 
əməliyyatla  əlaqədar  bütün  riskləri  öz  üzərinə  götürməsindən 
ibarətdir.  Bundan  başqa,  onun  cəlbediciliyi  bəzi  ölkələrdə 
fiksəedilmiş  faiz  dərəcələrindən  imtina  edilməsindən  sonra  daha 
da artmışdır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin