qiymətləndirilməsi (kotirovkası) keçirilir. Birja qiymətləndiril-
məsi (kotirovkası) birjanın hər iş günü ərzində birja bülletenində
(qiymətləndirmə vərəqində) dərc olunmasını bildirir. Qiymət-
ləndirmə (kotirovka) zamanı satıcı və alıcının qiymətləri elan
olunur. Lakin satışa buraxılmış qiymətli kağızların heç də hamısı
qiymətləndirilmir, çünki qiymətləndirilmə buraxılışı tələbləri
daha sərtdir. Buna görə də, birja siyahısındakı qiymətli kağızların
bir qismi “gözləmə ərazisini” yaradır, onların əksəriyyəti isə
qiymətləndirmə vərəqinə daxil edilir. Qiymətləndirmə (kotirovka)
vərəqində emitentin adı, qiymətli kağızın nominalı, alıcının,
satıcının və bağlanış qiymətləri, satışın həcmi, son əqdin tarixi,
dividend, əqd qiymətinin mütləq və nisbi dəyişməsi göstərilir.
Göstəricilər birjada qeydə alınmış son əqdin əsasında əks
olunur. Hər hansı bir emitentin iflasına görə birja öz üzvləri
qarşısında maddi məsuliyyət daşımasa da, birjanın nüfuzunun
qorunub saxlanması zərurətindən qiymətləndirilmə siyahısına
daxil edilmiş səhmlər kifayət qədər etibarlı olur. Birjada müəyyən
dövr (adətən, bir iş günü) ərzində bağlanmış bütün əqdlərin
qiymətləri əsasında birja əqdləri üzrə orta qiymət hesablanır və
hər gün elan olunur. O, əqdlərin bağlanmasında səmt göstərən
kimi çixiş edir, həmçinin, bazar konyukturasına ciddi təsir
göstərir. Müasir birja açıq təsisat olduğundan burada keçirilən
bütün əməliyyatlar (əqdlər) açıq şəkildə edilir və məxfi ola
bilməz. Birjanın iş vaxtının hər bir anında birjadan qeydiyyatdan
128
keçmiş qiymətli kağızların cari qiymətləri haqqında məlumat
almaq olar.
Bütün birja əməliyyatları (əqdləri) ödəmə şərtlərinə görə
kassa və müddətli əməliyyatlara ayrılır.