Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


Qiymətli  kağızın  satışı  və  sonradan  geri  alınması  haq-



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə76/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   114
bank emeliyyatlari

Qiymətli  kağızın  satışı  və  sonradan  geri  alınması  haq-
qında  razılaşma.  Bu  sövdələşmənin  əsasını  qiymətli  kağızların 
təminatına  verilən  qısamüddətli  borclar  təşkil  edir  ki,  burada  da 
təminat üzərində sərəncam hüququ kreditora keçir.  
Əməliyyatın  əsas  şərti  ondan  ibarətdir  ki,  borclu  müəyyən 
olunmuş  müddətə  və  əvvəlcədən  müəyyən  edilmiş  qiymətlə 
qiymətli kağızı geri almaq öhdəliyini götürür.  
Sövdələşmənin  təminatı  kimi,  adətən  agentliklər  tərəfindən 
buraxılmış  dövlət  istiqrazları  və  ya  qiymətli  kağızlar  çıxış  edir. 
Bundan  əlavə,  təminat  qismində  depozit  sertifikatları,  girov 
kağızları və digər öhdəliklər də qəbul edilə bilər.  
“Pero” sövdələşmələri pul bazarında vəsaitləri qısa müddətə 
cəlb  etmək  üçün  ən  münasib  və  əlverişli  alət  sayılır.  Qiymətli 
kağız  növündə  təminatın  mövcudluğu  risk  dərəcəsini  xeyli 
azaldır. Daha sonra bu hər iki tərəf üçün çox çevik  alət  olub  bir 


 
 
 
 
143 
gündən başlayaraq istənilən müddətə təyin etmək olar. Təcrübədə 
bir  neçə  günlük  və  ya  bərpa  olunan  “pero”lar  da  tətbiq  olunur. 
“Pero”  sövdələşməsinin  daha  bir  üstünlüyü  onun  bankın  ehtiyat 
hesabına  tez  bir  zamanda  daxil  olmasıdır  ki,  bu  da  ehtiyat 
mövqeyinin  tarazlaşdırılması  üçün  ən  əlverişli  vasitəsidir. 
Nəhayət  ayrıca,  alıcı  tərəf  qiymətli  kağız  üzərində  sərəncam 
hüququ  qazandığından  bunları  müddət  başa  çatana  qədər  fond 
birjasında sata bilər.  
Banklar  “pero”  əməliyyatlarından  öz  likvidliyini  təmin  et-
mək üçün geniş istifadə edirdi. İri sənaye şirkətləri və digər inves-
torlar  üçün  “pero”  əməliyyatları  öz  vəsaitlərini  qısa  müddətə 
mənfəətlə yerləşdirilmənin ən rahat formasıdır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin