Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


Kommersiya  kağızlarının  buraxılışı



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə79/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   114
bank emeliyyatlari

Kommersiya  kağızlarının  buraxılışı.  Kommersiya  ka-
ğızları qısamüddətli təminatsız öhdəliklər olub yüksək qabiliyyətli 
şirkətlər  tərəfindən  buraxılır.  Kağızların  buraxılmasında  məqsəd 
dövriyyə  kapitalına  yaranan  ehtiyacları  maliyyələşdirmək  üçün 
qısamüddətli  vəsaitlərin  əldə  olunmasıdır.  Kağızların  nominalı 
1000 ABŞ dolları olub müddəti 30 gündən 270 günə qədərdir. Bu 
öhdəliklərin ikinci bazarı praktiki olaraq mövcud deyildir.  
İnvestorlar  kommersiya  kağızlarını  ona  görə  alırlar  ki, 
bunlara  federal  fondların  kağızları  və  xəzinə  vekselləri  ilə 
müqayisədə  daha  çox  gəlir  ödənilir.  Emitentlərə  gəldikdə  isə, 
qeyd  etmək  lazımdır  ki,  bu  əməliyyat  onlar  üçün  də  əlverişlidir, 
çünki  kommersiya  kağızları  üzrə  faizlər  adi  bank  kreditlərindən 
xeyli aşağıdır.  
Banklar  kommersiya  kağızlarını  bank  holdinqləri  vasitəsilə 
buraxaraq  bazarda  satıldıqdan  sonra  digər  banklardan  kreditlə 
qiymətli kağızlar alırlar.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin