151
- Makroiqtisadi səviyyədə “düzgün tərtib” olunmaması
(fond bazarında iştirakçılar arasında düzgün proporsiyaların
müəyyənləşdirilməsi və s. )
- Maddi bazanın, ticarət texnologiyalarının, tənzim olunan
və məlumatlanma infrastrukturlarının
inkişaf etməməsi;
- Dövlət tənzimləmə sisteminin parçalanması, bir çox tən-
zimləmə
funksiyalarının ayrı-ayrı idarəetmə orqanlarında
təkrarlanması, vahid tənzimləmə konsepsiyasının hazırlanma-
ması;
- Qiymətli kağızlarla bağlı olan bütün risklərin yüksək
səviyyədə olması;
- İnvestisiya böhranının bərqərarlaşması;
- Spekulyativ dövriyyənin aradan qaldırılmaması və s.
İnvestisiya məqsədilə maliyyə resurslarının əsas hissəsi
qiymətli kağızlar bazarında əsasən korporativ qiymətli kağızlar
sektorunda formalaşır. Bu gün isə qiymətli kağızlar bazarının çox
hissəsi dövlət qısamüddətli istiqrazların payına düşür. Bu isə, öz
növbəsində, maliyyə vəsaitlərinin lazımi səviyyədə və düzgün
yerləşdirilməsini qeyri-mümkün edir.
Qiymətli kagızlar bazarının inkişafı müxtəlif növ kapital
bazarının fəaliyyətinin birləşməsi ilə səciyyələnir. Bir tərəfdən,
QKB kapitalları özünə cəlb edir, digər tərəfdən isə qiymətli
kağızlar mexanizmi vasitəsilə kapitalları digər tərəfə yönəldir,
beləliklə də, onların inkişafına şərait yaradır.
Lakin bütün bu problemlərin mövcudluğuna baxmayaraq
ölkəmiz üçün zəruri olan bu bazar strukturu gələcəkdə yüksək
templərlə inkişaf edəcəkdir. Belə ki, özəlləşdirmə prosesinin
davam etməsi, iri korporasiyaların, holdinq strukturlarının
yaranması, bununla da iri səhmdar cəmiyyətlərinin formalaşması
qiymətli kagızlar bazarının lazımi səviyyədə bərqərar olmasına və
milli şirkətlərimizin səhmlərinin dünya birjalarında iştirakına
şərait yaradacaq.
Dostları ilə paylaş: