Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə88/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   114
bank emeliyyatlari

8.5. Veksel zaminliyi – aval 
 
Veksel  dövriyyəsində  aval  -  veksel  zaminliyi  xüsusi  rol 
oynayır. Avalın köməyi ilə köçürmə veksel üzrə ödəniş tam və ya 
veksel  məbləğinin  bir  hissəsi  ilə  təmin  oluna  bilər.  Bu  təminat 
üçüncü şəxslərə və ya vekseli imzalamış şəxslərdən birinə verilir. 
Aval köçürmə vekseldə, alloncda və ya verilmə yeri göstərilməklə 
ayrı  vərəqədə  verilir.  O,  bir  qayda  olaraq,  «aval  hesab  etmək» 
sözləri  ilə  ifadə  olunur  və  avalı  verən  şəxs  tərəfindən  imzalanır. 
Aval  üçün  ancaq  avalist  tərəfindən  köçürmə  vekselin  üst 
səhifəsində edilmiş bir imzanın olması kifayət edir. Lakin bu imza 
ancaq  ödəyici  və  ya  veksel  verən  tərəfindən  edilməlidir.  Avalda 
onun  kimin  hesabına  verilməsi  göstərilməlidir.  Avalda  belə  bir 
göstərişin  olmaması  onun  veksel  verən  tərəfindən  verilməsi  hesab 
edilir.  
 
Köçürmə  veksel  ödənildikdən  sonra  avalist  zəmanətin 
kimə  verilməsi  və  ona  görə  borclu  olan  şəxslərə  münasibətdə 
köçürmə vekseldən irəli gələn hüquqları əldə edir.  
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin