162
findən qəbzin verilməsini tələb edə bilər. Bu zaman veksel sax-
layan ödənişin bir qismini qəbul etməkdən imtina edə bilməz.
Qismən ödəniş edildikdə ödəyici vekseldə belə bir ödəniş
barədə qeyd olunmasını və bu barədə qəbzin verilməsini tələb edə
bilər.
Veksel saxlayan müddət başa çatmayana kimi köçürmə
veksel üzrə ödənişi qəbul etməli deyildir. Ödəyici indossantların
imzalarını
deyil,
indossamentlərin
sıra
ardıcıllığının
düzgünlüyünü yoxlamalıdır.
Əgər köçürmə veksel ödəniş yeri ilə əlaqəsi olmayan
valyuta ilə yazılmışdırsa, onda onun məbləği ödəniş günü başa
çatdıqda məzənnə üzrə digər valyuta ilə ödənilə bilər. Əgər borclu
ödəniş vaxtını gecikdirmişdirsə, veksel saxlayan öz mülahizəsi ilə
köçürmə vekselin məbləğini ya ödəniş vaxtı başa çatdıqda, ya da
ödəniş günü məzənnə üzrə digər valyuta ilə ödənilməsini tələb
edə bilər.
Maliyyəçi xarici valyutanın məzənnəsinin Mərkəzi Bankın
rəsmi məzənnəsi ilə müəyyən edilməsinə diqqət yetirməlidir. Belə
ki, veksel verən müəyyən edə bilər ki, ödənilməli olan məbləğ
vekseldə göstərilən məzənnə ilə hesablanır. Belə ki, veksel verən
müəyyən edə bilər ki, ödənilməli olan məbləğ vekseldə göstərilən
məbləğlə hesablanır. Bu qayda veksel verənin vekseldə göstərilən
və müəyyən olunan valyuta ilə ödənişinin həyata keçirilməsinə
tətbiq edilmir. Bu hər hansı xarici valyuta ilə səmərəli ödəniş
qeydi adlandırılır.
Müəyyən olunmuş vaxtda köçürmə veksel ödənişə təqdim
edilmədiyi halda borclu veksel saxlayanın hesabına müvafiq
hökumətin orqanında veksel məbləğini depozit qismində daxil
edə bilər.
Dostları ilə paylaş: