172
b) İmzanın olması pasport və ya şəxsiyyəti təsdiq edən
digər sənədin təqdim edilməsi zamanı müştəri –
vətəndaşdan;
c) Müştərinin öz mülkiyyətinə sərəncam vermək hüququnu
etibar etdiyi şəxslərdən (tapşırıqla nəzərdə tutulmuş
əməliyyatların həyata keçirilməsi üçün etibarnamənin
olması zamanı).
Tapşırıq və etibarnamə üzərində olan imzalar metal hesabı
sahibinin kartına uyğun gəlməlidir. Bütün tapşırıqlar bank
depozitariyasına müştəri və ya onun etibar etdiyi şəxs tərəfindən
doldurulmuş blanklar şəklində təqdim edilir. Müştəriyə bank
depozitariyası tərəfindən təqdim edilmiş tapşırığın surəti verilir.
Bank depozitariyası metal hesabı üzrə sirrin saxlanmasına
zəmanət verir. Metal hesabının bağlanması müştərinin tapşırığına
müvafiq olaraq, müştərinin hüquqi varisinin qərarına əsasən və ya
respublika qanunvericiliyinə müvafiq olaraq məhkəmənin qərarı
ilə həyata keçirilir. Metal hesabında qiymətli metalların mövcud
olması zamanı metal hesabı bağlana bilməz. Hesab bağlanmazdan
əvvəl orada yerləşən qiymətli metal müştərinin digər metal hesa-
bına, onun hüquqi varisinin hesabına və ya metal hesabının bağ-
lanması əsasına müvafiq olaraq bank depozitarisinin xüsusi
hesabına köçürülməlidir. Metal hesabının bağlanması zamanı
müştəriyə, onun hüquqi varisinə və ya məhkəmə orqanına hesabın
bağlanması haqqında arayış verilir.
Dostları ilə paylaş: