FƏSİL 10. İNTERNET — BANK SİSTEMİNİN MAHİYYƏTİ İnternet-bank sistemi distansion bank xidmətinin xüsusi
sistemindən və hesabların internet vasitəsilə idarə olunması
sistemindən ibarətdir.
«İnternet-bank» sistemi bankla ünsiyyət sahəsində azad
recim seçimi təqdim edərək, ödənişlərin həyata keçirilməsi üzrə
şirkətin imkanlarını genişləndirir.
«İnternet-bank» sistemi üçüncü şəxslərin köməyi olmadan
müstəqil şəkildə bank əməliyyatlarının əksəriyyətini həyata
keçirməyə və internetə çıxışlı kompyuter olan istənilən yerdə sizə
gərəkli olan məlumatı əldə etməyə imkan verir.
İnternet-bank Mərkəzi Bankın bütün tələblərinin nəzərə
alınması ilə həyata keçirilmişdir, bu isə korporativ müştərilər
üçün banka aşağıdakı maliyyə sənədlərini göndərmək imkanı
verir:
Ödəniş tapşırığı;
Ödəniş tələbi;
İnkasso tapşırığı;
Akkreditiv;
Akseptdən imtina haqqında ərizə;
Kassa ərizəsi;
İnkasso üçün ötürülmüş hesablaşma sənədləri reyestri;
Valyutanın dəyişdirilməsi üçün ərizə;
Valyutanın alınması tapşırığı;
Valyutanın satılması tapşırığı;
Valyutanın müstəqil surətdə satılması tapşırığı;
Valyutanın dəyişdirilməsi tapşırığı;
İdxal akkreditivinin açılması üçün ərizə;
Nağd valyutanın verilməsi üçün ərizə;
Valyuta əməliyyatları haqqında arayış;
Korporativ müştərilər bankdan aşağıdakı növdə sənədləri
ala bilərlər:
İstənilən müddət üçün hesab üzrə çıxarış;
İstənilən müddət üçün dövriyyəyə yekun çıxarışı;
Müştəriyə verilmiş ödəniş tələbi.