Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə28/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   114
bank emeliyyatlari

Sahəvi əlamət üzrə:  
ssudalar banklar tərəfindən sənaye, kənd təsərrüfatı, ticarət, 
nəqliyyat və s. müəssisələrə verilən ssudalara bölünür.  
Açılan hesab növü üzrə: 
 ayrı-ayrı  ssuda  hesablarında  təqdim  edilən  və  ya  müş-
tərinin  bank  qarşısındakı  öhdəliklərin  müəyyənləşdirilməsini 
nəzərdə  tutan  xüsusi  ssuda  hesablarında  kreditləşdirmədən  ibarət 
olan bir dəfəlik ssudalar mövcuddur.  
Ssudanın bağlanması metodu üzrə: 
birdəfəlik  bağlanan  və  möhlətli  ödənişlə  verilən  ssudalar 
mövcuddur.  Möhlətsiz  ödənişli  kreditlər  mühüm  xüsusiyyətə 
malikdir:  bu  kreditlərə  əsasən  ssuda  üzrə  borcun  və  faizlərin 
bağlanması eyni zamanda həyata keçirilir.  
Möhlətli  ödənişlə  verilən  ssudalara  aşağıdakılar  daxildir: 
ssudanın bərabər şəkildə ödənilməklə bağlanması (hər ay, hər rüb 
və  s.  );  ssudanın  qeyri-bərabər  şəkildə  ödənilməklə  bağlanması 
(ssudanın bağlanması üçün ödənişin məbləği müəyyən amillərdən 
asılı  olaraq  dəyişir;artır  və  ya  azalır);  ssudanın  qeyri-bərabər  və 
qeyri-dövri  şəkildə  ödənilməklə  bağlanması.  Möhlətli  ödənişli 
ssudanın  verilməsi  zamanı  müqavilənin  qüvvədə  olduğu  müddət 
ərzində ssuda məbləğinin hissələrlə ödənilməsi  prinsipi fəaliyyət 
göstərir.  Ssudanın  bu  növ  bağlanma  qaydası  borc  alan  üçün 
borcun  birdəfəlik  ödənilməsi  qaydasına  nisbətən  daha  asandır. 
Bank  üçün  ssudanın  dövri  olaraq  müqavilənin  qüvvədə  olduğu 
müddət  ərzində  bağlanması  daha  sərfəlidir,  çünki  bu  kreditin 
dövriyyəsini tezləşdirir və yeni yatırımlar üçün kredit ehtiyatlarını 
azad edir.  
Bundan  əlavə  ssudaların  imtiyazlı  müddətli  və  imtiyazsız 
müddətli ssudalara bölünməsi də mümkündür.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin