Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


  Akkreditiv  hesablaşma  forması



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə47/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   114
bank emeliyyatlari

3.  Akkreditiv  hesablaşma  forması  tərəflərin  xüsusi 
müqaviləsi, xüsusi mal göndərilməsi şərtləri ilə müəyyənləşdirilir 
və ya ödənişlərin sistematik olaraq ləngidilməsinə görə səhlənkar 
alıcıya sanksiya kimi tətbiq edilir.  
 Akkreditiv  hesablaşma  formasının  tətbiq  sahəsi  bir  o 
qədər də geniş deyil. Nağdsız hesablaşma formasının strukturunda 
onun  xüsusi  çəkisi  nisbətən  azdır.  Akkreditiv  hesablaşma 
formasının  mahiyyəti  ödəyicinin  ona  xidmət  edən  banka 
qabaqcadan  qoyulmuş  vəsaitlər  hesabına  və  ya  bankın  zəmanəti 
altında  ödəyici  tərəfindən  akkreditivin  açılması  haqqında  ərizədə 
nəzərdə  tutulmuş  şərtlərlə  vəsait  alanın  olduğu  yer  üzrə  mal-
material dəyərlilərinin ödənişinin edilməsini tapşırmasıdır.  
Akkreditiv  –  akkreditiv  açan  bankın  (emitent  bank)  mal 
göndərənə ödəniş edə biləcəyi və ya akkreditivdə nəzərdə tutulan 
sənədlərin  digər  banka  verilməsi  şərti  ilə  və  akkreditivin  digər 
şərtlərinin yerinə yetirilməsi ilə həmin banka belə ödənişləri etmə 
səlahiyyətini verə biləcək saziş üzrə müştərinin tapşırığı ilə onun 
kontragentinin xeyrinə banka verilən şərti pul öhdəliyi deməkdir.  


 
 
 
 
86 
Akkreditiv açan bank (emitent bank) ödəyicinin (alıcının) 
tapşırığı  ilə  vəsaitləri  digər  banka  –  mal  göndərənin  bankına 
köçürərsə,  akkreditivdə  nəzərdə  tutulan  bütün  şərtlərin  yerinə 
yetirilməsi  zamanı  ödənişin  edilməsi  üçün  tədarükçünün  bankında 
ayrıca balans hesabı - “Akkreditivlər” açılır.  
Nağdsız hesablaşmalar haqqında Əsasnaməyə müvafiq olaraq 
ölkəmizdə aşağıdakı akkreditiv növləri açıla bilər: 

 
Geri çağrılan akkreditiv

 
Geri çağrılmayan akkreditiv.  
Banklar arasında müxbir münasibətlər müəyyən  edilərkən 
açıq (zəmanətli) akkreditiv onun emitent bankda olan hesabından 
bütün  akkreditiv  məbləğini  köçürmək  hüququnun  ona  verilməsi 
ilə icraçı bankda açıla bilər.  
Hər  bir  akkreditivdə  onun  çağrılan  və  ya  çağrılmayan 
olması göstərilməlidir. Bu olmadıqda akkreditiv geri çağrılmayan 
hesab  olunur.  Çağrılan  akkreditiv  emitent  bank  tərəfindən  mal 
göndərən ilə qabaqcadan razılaşdırılmadan dəyişdirilə və ya ləğv 
edilə bilər (məsələn, müqavilə ilə nəzərdə tutulmuş şərtlərə riayət 
olunmadıqda,  emitent  bankın  akkreditiv  üzrə  ödənişlərə  zəmanət 
vermədiyini qabaqcadan bildirdikdə).  
Mal  göndərənin  xeyrinə  açılmış  olan  çağrılmayan 
akkreditiv  onun  razılığı  olmadan  dəyişdirilə  və  ya  ləğv  edilə 
bilməz.  Mal  göndərən  qabaqcadan  akkreditivin  istifadəsindən 
imtina  edə  bilər  (əgər  bu  akkreditivin  şərtlərində  nəzərdə 
tutulubsa).  
Akkreditiv  üzrə  hesablaşmaların  etibarlılıq  müddəti  və 
qaydası  ödəyici  və  tədarükçü  arasında  bağlanmış  müqavilə  ilə 
müəyyənləşdirilir.  
Emitent bank tərəfindən zəmanətli akkreditivlərin açılması 
alıcı  ilə  razılıq  üzrə  və  digər  bankla  müxbir  münasibətlərin 
şərtlərinə  müvafiq  olaraq  həyata  keçirilir.  Akkreditivlər  üzrə 
ödənişlər  tərəflər  arasında  bağlanmış  müqavilədə  təyin  olunmuş 
etibarlılıq müddəti ərzində yerinə yetirilir.  
Akkreditiv hesablaşması zamanı hesablaşmanın bütün əsas 
qaydalarına  tam  riayət  olunmalıdır.  Bu  qaydalara  aşağıdakılar 


 
 
 
 
87 
aiddir: 
-  məhsulun dəyəri onun göndərilməsindən sonra ödənilir

ödəniş ödəyicinin bu halda akkreditivin açılması faktı ilə 
ifadə olunmuş razılığı ilə yerinə yetirilir; 
-  müqavilənin  şərtləri  pozulduqda  ödəyiciyə  ödənişdən 
imtina etməsinə dair hüquq verilir

əgər  alıcının  akkreditiv  almaq  hüququ  varsa  akkreditiv 
ya  alıcının  vəsaitləri  hesabına,  ya  da  bankın  kreditləri 
hesabına açılır.  
Akkreditiv  hesablaşma  formasının  müsbət  cəhəti  ödənişə 
zəmanətidir.  Bununla  yanaşı,  bu  hesablaşma  formasının  bir  sıra 
mühüm çatışmamazlıqları vardır: 
-  alıcının  akkreditiv  məbləğindəki  vəsaitləri  akkreditivin 
etibarlı olduğu müddətdə onun təsərrüfat dövriyyəsindən 
çıxarılır; 
-  mal  dövriyyəsi  ləngiyir,  çünki,  tədarükçü  akkreditivin 
açılmasına  dair  məlumatlandırılmayana  kimi  hazır 
məhsulu göndərə bilmir və onun saxlanılması üzrə əlavə 
xərclər çəkir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin