92
Ödəniş tələbinə göndərilən malın xüsusiyyətindən (malın
adı, miqdarı, qiymət və dəyəri) ibarət mal-nəqliyyat sənədləri
əlavə edilməlidir. Bu rekvizitlərdən başqa mal göndərən tələbdə
həmçinin, müqavilənin tarix və nömrəsini, göndərilmə tarixini,
mal-nəqliyyat sənədlərinin nömrələrini, məhsul alıcının nümayəndəsi
tərəfindən yerində qəbul edilərsə, qəbul-təhvil aktlarını, göndərilmə
vasitəsini göstərməlidir.
Akseptin xronoloji ardıcıllığından və ödənişin edilmə-
sindən asılı olaraq akseptlər iki yerə bölünür:
1. ilkin,
2. sonrakı akseptlər.
Tərəflər arasında bağlanmış müqavilə üzrə ilkin aksept
təyin olunubsa, tələbin yuxarı hissəsində kənarlarda möhür və ya
“İlkin aksept” yazısı qeyd edilir. İlkin aksept şərtlərində ödəniş
tələbi akseptin daxil olduğu əməliyyat günü ərzində (müsbət
aksept zamanı) və ya aksept müddəti bitdikdən sonra növbəti iş
günündə (tələbin banka daxil olduğu gün nəzərə alınmamaqla üç
gün) ödənilir.
Sonrakı aksept zamanı ödəniş ödəyicinin bankına
tələblərin daxil olmasından asılı olaraq əməliyyat günü ərzində
yerinə yetirilir. Bir sıra hallarda mənfi aksept ardıcıl olaraq
ödənişdən sonra edilir. Bank tələblərin daxil olduğu günü nəzərə
almamaqla üç iş günü ərzində akseptdən imtinanı qəbul edir.
Akseptdən imtina haqqında məlumatın daxil olduğu gün ödəniş
məbləği həmin məbləğin ödəyicisinin hesabında bərpa olunur.
Aksept ödəyicinin ödəniş sənədlərinin ödənilməsinə
razılığıdır. Aksept müsbət və mənfi növlərə ayrılır. Müsbət aksept
dedikdə, ödəyicinin ödənişi etməsinə razılığı haqqında bankın
yazılı bildirişi nəzərdə tutulur. Bildirişin müəyyən
müddət ərzində
olmaması akseptdən imtina deməkdir. Mənfi aksept zamanı
ödəyicinin müəyyən müddət ərzində susması ilə ödənişə razılıq
verilir, akseptdən imtina halı yazılı surətdə rəsmiləşdirilir.
Hesablaşma prosesinin maksimal dərəcədə sürətlən-
dirilməsi və sənəd dövriyyəsinin azaldılması üçün sonrakı mənfi
94
ərizəsində göstərilən səbəblər normativ aktlara və müqavilələrə
müvafiq olmadıqda bank imtinanı icraya qəbul etməməlidir.
Ödəyicinin ödəniş tələbinin akseptindən tam və ya qismən
imtinasının əsaslı olmasına dair mübahisələr yarandıqda, bu
mübahisələr iqtisad məhkəməsi və ya digər iqtisadi nəzarət
qurumları tərəfindən araşdırılır.
Dostları ilə paylaş: