Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


 2. Beynəlxalq hesablaşmaların əsas formaları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə59/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   114
bank emeliyyatlari

           5. 2. Beynəlxalq hesablaşmaların əsas formaları 


 
 
 
 
114 
 
Beynəlxalq hesablaşmalar daxili hesablaşmarla oxşar olsa 
da, müəyyən xüsusiyyətlərə görə fərqlənir: 
1.  Nəzərdə  tutulan  müqavilə  sənədlərinin  rəsmiləşdiril-
məsi,  göndərilməsi,  işlənib-hazırlanması  və  ödənişinə 
dair xarici iqtisadi sövdələşmə iştirakçılarının və onların 
bankları arasında münasibətlərin müəyyən edilməsi.  
2.  Sənədlərə  qarşı  həyata  keçirilən  rəsmi  xarakterli  bey-
nəlxalq  hesablar:  maliyyə  (veksel,  çek, ödəniş  qeydləri) 
və  kommersiya  (hesab-faktura,  yüklənmiş  sənədlər  - 
konosament,  qaimələr,  qəbzlər,  sığorta  polisi,  müxtəlif 
şəhadətnamələr).  
3.  Beynəlxalq  hesablaşmaların  əsas  formalarının  qayda  və 
adətlərinin uygunlaşdırılması.  
Beynəlxalq hesablaşmaların əsas formalarına aiddir: 

 
İnkasso forması – müştərinin banka mal və xidmətə görə 
ödənişlərinin  idxalçıdan  alınmasını  və  həmin  vəsaitin 
ixracatçının  bankda  olan  hesabına  köçürülməsinə  dair 
tapşırığıdır.  Banklar  ixracatçının  verdiyi  təlimatdan 
istifadə etməklə və inkasso üzrə uyğunlaşma qaydalarına 
müvafiq olaraq inkasso əməliyyatlarını həyata keçirir;  

   Akkreditiv  forması  –  müştərinin  xahişi  ilə  bank  tərə-
findən  akkreditiv  açılmış  üçüncü  şəxsin  (benefisiar) 
hesabına sənədləri ödəmək, yaxud trattı aksept etmək və 
ya  hesablaşmaq  öhdəliyi  barədə  razılaşmadır.  Bu  hesab 
formasının  həyata  keçirilmə  qaydası  sənədli  akkreditiv 
üçün  uygunlaşdırma  qaydaları  və  adətləri  ilə 
tənzimlənir.  Akkreditiv  (xüsusilə  geri  qaytarılmayan  və 
təsdiq  edilmiş)  inkassoya  nisbətən  yüksək  dərəcədə 
ödənişin  vaxtında  həyata  keçirilməsinə  zəmanət  verir. 
Bununla  yanaşı  bu  forma  daha  mürəkkəb  və  bahalı 
hesab formasıdır; bu zaman idxalçı akkreditiv məbləğini 
ehtiyatda  saxlamaq  və  bank  kreditindən  istifadə  etmək 
məcburiyyətindədir; 


 
 
 
 
115 

  Bank  köçürmələri  –  bir  bankın  digər  banka  müəyyən 
məbləğin 
köçürən 
şəxsə  ödənilməsi  tapşırığıdır. 
Beynəlxalq  hesablaşmalarda  köçürən  şəxs,  adətən 
bankın  müştəriləri  olur.  Köçürmə  forması  inkasso 
ödənişi,  avans  ödənişi,  yenidən  hesablaşma  ilə  həyata 
keçirilir.  Bank  köçürmələri  zəmanətlə,  hissə-hissə 
ödənildiyinə görə digər hesab formalarına uyğun gəlir; 

  Avans ödənişi – mallar yüklənməmişdən əvvəl, bəzən də 
istehsalına  kimi  (məsələn,  bahalı  avadanlıqların, 
gəmilərin,  təyyarələrin  idxalı  zamanı)  idxalçı  tərəfdən 
malın avans ödənişi.  

  Açıq  hesablar  üzrə  hesablaşmalar  –  idxalçının  ixracat-
çıya  daimi  mal  öndərməsinə  görə  müəyyən  edilmiş 
müddətdə  kreditlə  dövri  ödənişlərini  nəzərdə  tutan 
hesablaşmadır.  Bu  hesablaşma  idxalçı  üçün  daha 
əlverişli  və  etibarlıdır,  uzunmüddətli  münasibətlərdə 
xarici malgöndərənlər bu hesabdan istifadə edirlər; 

  Veksellər, çeklər, bank kartları ilə hesablaşmalar – barat 
və  adi  veksellər  tətbiq  edildiyi  beynəlxalq  hesab-
laşmalardır.  Vekselin  ödənişinə  görə  məsuliyyəti 
ödənişinə razılıq vermiş akseptantın (idxalçı və ya bank) 
üzərinə  düşür.  Veksel  haqqında  qanun  (1930-cu  ildən) 
veksellərin buraxılma formasını, rekvizitlərini, şərtlərini 
və ödənişini tənzimləyir.  
 
Qeyri-ticarət  əməliyyatları  üzrə  iri  banklar  tərəfindən 
müxtəlif valyutalarda yazılan nəqliyyat (turist) çekləri istifadə 
edilir. Çek – göstərilən valyutanın onun sahibinə ödənilməsinə 
dair  bankın  əmrini  əks  etdirən  müəyyən  formada  pul 
sənədidir.  Çeklərin  forma  və  rekvizitləri  milli  və  beynəlxalq 
qanunvericiliklə  (1931-ci  il  tarixli  Çek  Konvensiyası  və  s.) 
tənzimlənir.  
 
Beynəlxalq hesablaşmalarda, xüsusilə amerikan mənşəli 
(Viza,  Masterkard,  Amerikan  Ekspress)  bank  kartları  daha 
çox istifadə edilir.  


 
 
 
 
116 
 
Beynəlxalq 
hesablaşmalar 
Elektron 
Hesablama 
Mərkəzlərinin,  bankların  kompyuterlərinin  yaddaşına  distan-
siya  rabitə  kanalları  ilə  ötürülən  qeydlər  formasında  elektron 
siqnalların  köməyi  ilə  həyata  keçirilir.  Beynəlxalq  bank 
hesablaşmaları  üzrə  məlumatlar  SWİFT  üzrə  ötürülür. 
Səhmdar  Cəmiyyət  –  Ümumdünya  Banklararası  Malliyyə 
Telekommunikasiya Şəbəkəsi (1977-ci ildən) təxminən 4000-
ə  yaxın  bankla  və  100  ölkənin  maliyyə  təşkilatlarına  xidmət 
göstərir; 

  Valyuta klirinqi – hökumətlərarası muqavilələr əsasında 
beynəlxalq  tələb  və  öhdəliklərin  zəruri  qarşılıqlı 
hesablaşma  formasıdır.  Daxili  banklararası  klirinqdən 
fərqli  olaraq  valyuta  klirinqi  üzrə  qarşılıqlı  hesablaşma 
könüllü  deyil,  hökumətlərarası  razılaşma  mövcud 
olduqda,  məcburi  qaydada  həyata  keçirilir.  Klirinqin 
sayəsində 
idxalçının 
və 
ixracatçının 
beynəlxalq 
hesablaşmaları  qarşılıqlı  tələb  və  öhdəliyin  son 
hesablaşmasını  aparan  klirinq  bankları  ilə  milli 
valyutada  həyata  keçirilir.  İxracatçılar  xarici  deyil  milli 
valyutanı  əldə  edirlər.  İdxalçılar  klirinq  bankına  milli 
valyutanı daxil edirlər.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin