Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


Avro  dollar  bazarında  borclanma



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə80/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   114
bank emeliyyatlari

Avro  dollar  bazarında  borclanma.  Avro  dollar  bazarı 
dollarla  ifadə  olunan  əmanətlər  bazarı  olub,  ABŞ-dan  kənarda 
banklara və digər şirkətlərə məxsusdur.  
Avro dolların başlıca bazarı Londonda yerləşir. Əsas ticarət 
obyekti  müəyyən  ödəniş  müddətli,  ötürülməyən  müddətli 
əmanətdir.  Diler  banklar  Avro  dollarla  müəyyən  edilmiş 
dərəcələrlə əmanətlərin qəbulunu təklif edir.  
Daha çox aşağıdakı əmanətlər geniş yayılmışdır: 
-  Gündəlik; 
-  Həftəlik; 
-  1-6 aylıq; 
-  1-5 illik.  


 
 
 
 
145 
Bazarda  təklif  olunan  depozitlərin  əsas  hissəsinin  müddəti 
bir ildir. Avro dollar bazarında alıcıları və satıcıları əlaqələndirən 
brokerlər  başlıca  rol  oynayırlar.  Brokerlər  geniş  dəstlərlə  ticarət 
əməliyyatı  aparır.  Hər  dəst  üçün  iki  barış  bəndində  komission 
haqq alırlar.  
Avro  dollar  ilə  dünyanın  bir  sıra  iri  bankları  ilə  telefon 
əlaqələri  saxlayan,  ingilis  broker  firmaları  qrupu  daha  aktiv 
əməliyyatlar aparırlar.  
 Notlar  və  istiqrazlar.  Bu  öhdəliklər  bank  kapitalının  mü-
hüm  elementlərindən  biri  olub  bir  borcluya  verilən  təminatsız 
borcların  maksimal  limitinin  hesablanması  zamanı  qeydə  alın-
masına  icazə  verilir.  Bu  kağızların  xüsusiyyəti  onların 
ikincinövbəli kağızlar olmasındadır. Notları və istiqrazları əsasən 
iri banklar buraxır.  
Hal-hazırda  ölkədə  qiymətli  kağızlar  bazarı  öz  xüsusiyyəti 
ilə  səciyyələnir,  yəni  birincidərəcəli  və  ikincidərəcəli  birja 
bazarları  arasındakı  fərq  kifayət  qədər  müəyyənləşib.  Bazar 
strukturunda  birincidərəcəli  qiymətli  kağızlar  bazarının  inkişafı 
üçün aşağıdakılar olmalıdır: 
-  Səhmdar  cəmiyyətləriin  investorlar  tərəfindən  verilən  tə-
ləblərə cavab verməsi; 
-  Emitentlər  və  investorlar  arasında  vasitəçilik  fəaliyyətini 
həyata keçirə biləcək, o cümlədən, peşəkar məsləhətçilər kimi də 
çıxış  edə  biləcək  hərtərəfli  bacarıqlı  vasitəçilərin  meydan 
gətirilməsi; 
-  Peşəkar  iştirakçılar  dünya  praktikasında,  xüsusilə  ABŞ, 
Kanada, İngiltərə, Yaponiyada olduğu kimi bazarda baş verən və 
baş  verə  biləcək  real  maliyyə  vəziyyətini  təhlil  etməli,  bu  və  ya 
digər  problemlərin  aradan  qaldırılması  üçün  lazımi  təkliflər 
verilməlidir; 
-  Şirkət  və  müəssisələrin  istiqrazlarının  genişmiqyaslı 
reallaşdırılması.  Qərb  ölkələrində  QKB-nın  maliyyələşdirilməsi-
nin  əsas  hissəsi  (70-95%)  korporasiya  və  şirkətlərin  istiqraz  bu-
raxılışı hesabına həyata keçirilir. Belə halda, birincidərəcəli bazar 


 
 
 
 
146 
bu ölkələrdə istiqrazlara əsaslanır, yerləşdirmənin əsas vasitəçiləri 
kimi isə investisiya bankları çıxış edir.  
Birincidərəcəli  bazarda  istiqrazların  yerləşdirilməsinin  əsas 
institutu kimi investisiya bankları çıxış etməlidir.  
Dünya  təcrübəsində  investisiya  banklarının  iki  növü  möv-
cuddur: 
1.  Qiymətli  kağızların  yerləşdirilməsi  üzrə  ixtisaslaşmış 
(ABŞ, Kanada, İngiltərə, Yaponiya),  
2.  Ortamüddətli və uzunmüddətli kreditlərin verilməsi üzrə 
ixtisaslaşmış  (Qərbi  Avropa  ölkələri  və  İnkişaf  edən 
ölkələr) investisiya bankları.  
Lakin  istehsal  və  kapitalların  beynəlmilləşməsi  nəticəsində 
bir  çox  investisiya  bankları  qiymətli  kağızlar  bazarında  dövlət 
tənzimlənməsinin  xüsusiyyətlərindən  asılı  olaraq  həm  birinci, 
həm də ikinci növ əməliyyatları həyata keçirir.  
Fond  birjasında  struktur  dəyişikliklərinin  həyata  keçiril-
məsinə  ehtiyac  vardır.  Yaddan  çıxarmaq  olmaz  ki,  birja  – 
ikincidərəcəli  bazardır.  Burada  dünya  təcrübəsində  qəbul  olduğu 
kimi  qiymətli  kağızlar  alınıb-satılır  (eyni  zamanda  artıq 
birincidərəcəli bazardan keçmiş qiymətli kağızlar da). Yeni bura-
xılan qiymətli kağızlar (əsasən səhmlər) fond birjasında birincidə-
rəcəli  bazara  müdaxilə  etmədən  daxil  olur.  Dünya  təcrübəsindən 
göründüyü  kimi,  fond  birjaları  əsasən  köhnə  buraxılışlı  qiymətli 
kağızların, əsasən də səhmlərin “emalı” üzrə ixtisaslaşır.  
Lakin qeyd etmək lazımdır ki, birjalardan həm xüsusi, həm 
də  dövlət  istiqrazlarının  bir  hissəsi  də  keçir.  Eyni  zamanda  fond 
birjalarında  (əsasən  kontinental  Qərbi  Avropa  ölkələrində)  yeni 
buraxılmış  səhmlər  də  satılır  .  Bu  isə  qiymətli  kağızlar 
emissiyasının böyük həcmi ilə izah olunur.  
Qeyd olunmalıdır ki, fond birjaları bir neçə bazara malikdir. 
Müasir  iqtisadiyyatda  həm  iri  səhmdar-korporativ  sektorun,  həm 
də  kiçik  səhmdar  sektorun  yaranması  zamanı  fond  birjasının 
tərkibində  bir  neçə  bazarın  yaranması  ehtimalı  istisna 
olunmamalıdır. Nəhəng  şirkət  və müəssisələrin səhmləri birjanın 


 
 
 
 
147 
əsas  bazarında  dövriyyəyə  buraxılacaq,  orta  və  kiçik 
müəssisələrin qiymətli kağızları aşağı rəqabət qabiliyyətli oldugu 
üçün  iki  və  hətta  üçüncüdərəcəli  bazarlarda  iştirak  edəcəkdir. 
Bakı  Fond  Birjasının  belə  strukturunun  mövcud  olmasının  əsas 
səbəbi  qiymətli  kağızlar  buraxılışının  aşağı  həcmli  olması,  eyni 
zamanda  Qərb  ölkələrinin  qiymətli  kağızları  ilə  müqayisədə 
onların  müxtəlif  sinifləndirmə  və  modifikasiya  imkanlarının 
olmamasıdır.  Hal-hazırda  BFB-nın  nizamnaməsinin  dəyişilməsi 
ətrafında müzakirələr gedir. Bu, hər şeydən əvvəl, ilin əvvəlindən 
başlayan  istiqraz  emissiyası  ilə  əlaqədardır.  Azərbaycanda 
fəallaşan  qiymətli  kağızlar  bazarının  digər  tərəfi  –  səmərəli 
normativ-hüquqi və qanunvericilik bazasının kifayət qədər dünya 
standartlarına uygun olmasıdır.  
Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafı,  eyni 
zamanda  maliyyə  bazarının  bütövlükdə  fəaliyyətindəki  prob-
lemləri  aradan  qaldırmaq  üçün  makrosəviyyədə  aşağıdakılar 
edilməlidir: 
-  Bank sisteminin sağlamlaşdırılması və strukturun  yenidən 
qurulması; 
-  Vergi  yığımını  artırmaq  və  iqtisadiyyatda  real  sektorun 
inkişafına  təkan  vermək  məqsədilə  vergi  sisteminin  təkmilləş-
dirilməsi;  
-  Tədiyyə  balansı  kəsirinin  azaldılması  və  aradan  qal-
dırılması; 
-  Manatın sabitliyinin qorunub saxlanılması; 
-  Ödənişlərin yerinə yetirilməməsi probleminin həll olunması.  
Fond  bazarının  normal  fəaliyyəti  və  onun  gələcək  inkişafı 
üçün  qiymətli  kağızlar  bazarının  mövcudluğu  sisteminin  tək-
milləşdirilməsinə  istiqamətlənən  bir  sıra  tədbirlər  həyata  ke-
çirilməlidir: 
-  Ölkənin  milli  maraqlarına  cavab  verən  qiymətli  kağızlar 
bazarı konsepsiyasının işlənib hazırlanması; 


 
 
 
 
148 
-  Qanunvericilik  və  normativ  bazanın  daim  təkmilləşdiril-
məsi  və  mövcud  qanunvericiliyə  riayət  olunmasına  ciddi  nə-
zarətin həyata keçirilməsi;  
-  İnvestorların  hüquqlarının  qorunması  və  onların  maliyyə 
təhlükəsizliyinin təmin edilməsi
-  Səhmdar cəmiyyətlərinin dövlət səhm nəzarət paketlərinin 
səmərəli idarə edilməsi.  
Bugün  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafını 
ləngidən  mühüm  məsələ  iri  özəlləşdirmə  prosesinin  tam  başa 
çatmamasıdır.  Belə  ki,  qiymətli  kağızlar  emitentinin  etibarlı 
olması kiçik investorlar üçün də əsas şərt olacaqdır. Əhali yüksək 
dərəcədə etibarlı olan, müəyyən orta səviyyədən aşağı olmayacaq 
gəlir gətirən və likvidliyi (qısa müddətdə qiymətli kağızların nağd 
pula  çevrilməsinə  imkan  verən)  ilə  fərqlənən  qiymətli  kağızlar 
alacaqdır.  Kiçik  investorların  borc  qiymətli  kağızlara  maraqları 
artacaqdır.  İnstitusional  maraqları  böyük  dərəcədə  qarşılarına 
qoyduqları  strateji  vəzifələrdən  asılı  olacaqdır.  Ümumi  mənada, 
onlara iri korporasiyaların idarə edilməsində iştirak və bununla da 
gələcəkdə  məzənnə  artımı  nəticəsində  qiymətli  kağızların  yenidən 
satışından mənfəət əldə etmək zəruri amilə çevriləcəkdir. İstitusional 
investorların bir çoxu tam olaraq portfel investisiyalara keçəcəkdir.  
Özəlləşdirmə  prosesi  başa  çatandan  sonra  Azərbaycan 
iqtisadiyyatı  ümumən  korporativ  səciyyəli  olacaqdır.  Bu  zaman 
III  mərhələdə  müəssisələrin  müxtəlif  təşkilati-hüquqi  formalara 
yenidən  bölgüsü  baş  verəcəkdir  ki,  bu  da  onlara  maksimal 
üstünlük  verəcəkdir.  Bu  mərhələdə  qiymətli  kağızlar  bazarının 
rolu  durmadan  artacaqdır,  belə  ki,  bu  bazar  vasitəsilə  ümumi 
iqtisadi  vəziyyət,  onun  ayrı-ayrı  sektorları  və  müəssisələr 
haqqında  məlumatlar  alınacaqdır.  Qiymətli  kağızlar  bazarının 
statistikası  əsasında  hesablanan  işgüzar  aktivlik  indikatorları, 
makroiqtisadi  göstəricilər  içərisində  əsas  mövqelərdən  birinə 
sahib olacaqlar.  
Müasir  qiymətli  kağızlar  bazarının  əsas  inkişaf  perspek-
tivləri kimi aşağıdakılar olacaqdır: 


 
 
 
 
149 
-  Kapitalların təmərküzləşməsi və mərkəzləşməsi; 
-  Bazrın beynəlmiləlləşməsi və qloballaşması; 
-  Təşkilatçılıq səviyyəsinin artırılması və dövlət nəzarətinin 
gücləndirilməsi; 
-  Qiymətli  kağızlar  bazarının  kompyuterləşdirilməsi,  ba-
zarda yeniliklərin bərqərar olması; 
-  Skyurtizasiya; 
-  Digər kapital bazarları ilə qarşılıqlı əlaqə.  
Kapitalların təmərküzləşməsi və mərkəzləşməsi meyilləri qiy-
mətli kağızlar bazarlarına münasibətdə iki aspektə malikdir.  
 Bir  tərəfdən,  bazara  daima  yeni  iştirakçılar  cəlb  olunur  və 
onlar üçün bu fəaliyyət əsas fəaliyyətə çevrilir, digər tərəfdən iri 
qabaqcıl  bazar  peşəkarlarının  ayrılması  və  seçilməsi  prosesi  baş 
verir.  Bu,  onların  həm  xüsusi  kapitallarının  artması  (kapitalların 
təmərküzləşməsi), həm də birləşmə  yolu ilə daha  yüksəkqiymətli 
kağızlar 
bazarı 
strukturlarına 
çevrilməsi 
(kapitalların 
mərkəzləşməsi)  əsasında  baş  verir.  Nəticədə  bazarda  bütün 
əməliyyatların  çox  hissəsində  xidmət  göstərən  ticarət  sistemləri 
əmələ gəlir. Eyni zamanda qiymətli kağızlar bazarı cəmiyyətin iri 
kapital ehtiyatlarını cəlb edəcəkdir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin