Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


FƏSİL 9. QİYMƏTLİ METALLAR  VƏ  QİYMƏTLİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə92/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   114
bank emeliyyatlari

FƏSİL 9. QİYMƏTLİ METALLAR  VƏ  QİYMƏTLİ 
DAŞLARLA  BANK  ƏMƏLİYYATLARI 
 
9.1. Bankın qiymətli metallarla əməliyyatlarının 
növləri 
 
 
Banklar  qiymətli  metallarla  aşağıdakı  əməliyyatları  və 
sövdələşmələri həyata keçirmək hüququna malikdir: 
1.  Həm  öz  hesabına,  həm  də  müştərilərin  hesabına  (ko-
missiya  müqavilələri  və  tapşırıqlar  üzrə)  qiymətli 
metalların alınması və satılması; 
2.  Fiziki və hüquqi şəxslərdən qiymətli metalları yatırım-
lara cəlb etmək; 
3.  Öz  hesabına  və  öz  adından  qiymətli  metalları  digər 
banklarda  açılan  depozit  hesablarına  yerləşdirmək  və 
qiymətli metallar şəklində istiqrazlar təqdim etmək; 
4.  Qiymətli  metalların  girov  qoyulması  ilə  manat  və  xarici 
valyutada kreditlərin verilməsi və əldə edilməsi; 
5.  Sertifikatlaşdırılmış  anbarda  qiymətli  metalların  sax-
lanması və daşınması üzrə xidmətlərin göstərilməsi; 
6.  Qiymətli  metalların  tədarük  olunması  ilə  qiymətli 
metalların  alqı-satqı  əməliyyatlarının  fiziki  formada 
və  ya  hesabda  əks  olunması  formasında  həyata  ke-
çirilməsi; 
7.  Qiymətli metallarla alqı-satqı əməliyyatlarının aşağıdakı 
formada həyata keçirilməsi: 
7.1.  Dərhal çatdırılma ilə alqı-satqı sövdələşmələri    (na-
ğd  əməliyyatlar).  Bu  zaman  qiymətli  metallar  və  pul 
vəsaitlərinin  çatdırılması  tarixi  sazişin  bağlanması 
tarixindən  etibarən  iki  iş  günü  ərzində  müəy-
yənləşdirilir.  Metal  və  pul  vəsaitlərinin  çatdırılması 
üzrə  hesabatlar  müxtəlif  valyuta  tarixlərindən  həyata 
keçirilə  bilər,  bu  isə  xüsusi  olaraq  tərəflər  arasında 
sazişin bağlanması zamanı razılaşdırılır.  


 
 
 
 
167 
7.2.  Müddətli  alqı-satqı  sövdələşmələri.  Bu  zaman  söv-
dələşmə  üzrə  hesablaşma  müddəti  sazişin  bağlanması 
tarixindən etibarən iki iş günündən çox təşkil edir.  
8.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və 
beynəlxalq  bank  təcrübəsinə  müvafiq  olaraq  qiymətli 
metallarla digər əməliyyatların aparılması; 
9.  Azərbaycan 
Respublikası 
rezidentləri 
arasında 
qiymətli  metallarla  əməliyyatların  aparılması  zamanı 
yaranan 
bütün  pul  tələbləri  və  öhdəlikləri 
ödənilməlidir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin