Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


Proqnozlaşdırma (qabaqcadan demə)



Yüklə 1,22 Mb.
səhifə23/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   72
I ABBASOV R SADIQOV Menecment

Proqnozlaşdırma (qabaqcadan demə). Proq­noz­laş­dır­ma planlaşdırmanın əsas funksiyalarından biridir. Proq­noz­laşdırma yunanca “proqhasis” sözündən götü­rü­lüb “gə­lə­cəyin biliyi” deməkdir. Hələ 2000 il bun­dan əv­vəl qə­dim yu­nan alimi Hippokrat “proqnoz­laş­dırma” adlı əsə­ri­ni yaz­mış və proqnoz­lasdır­maya dair elmi təsəv­vür­lə­rin əsasını qoy­muşdur.
Proqnozlaşdırma anlayışı “öncə görmə” mənasında ba­şa dü­şülür, hər hansı hadisə və obyektin gələcəkdəki və­ziy­­­yəti ba­rədə elmi cəhətdən əsaslandırılmış müla­hi­zələr irəli sür­məyə imkan verir. Proqnoz­laş­dır­manın aşağıdakı üsulları möv­cuddur:
Ekstrapolyasiya üsulu. Ekstrapolyasiya üsulu ən sadə üs­ul olmaqla, başa çatmış dövrün məlumatları əsa­sın­da gələcəyin dinamika sırasında proqnoz­laş­dırıl­ma­sı­dır. Məsələn keçən il müəssisənin mənfəəti 100 min ma­nat olmuşdur. Növbəti il üçün hər rüb üzrə 25 min manat olmaqla, mənfəətin illik məbləği 100 min manat proq­noz­laş­­dırılır. Bu proq­noz­laş­manın ən sadə üsuludur. Burada rüb­lər, aylar, illər üzrə dinamik sıralama apa­rıla bilər.
Analogiya üsulu. Analogiya oxşar hadisələrlə bağlı proq­­nozların verilməsi üsuludur. Məsələn bazar qanun­larından bəlli olduğu kimi hər hansı bir məhsul növü üzrə bazarda tələb artdıqda, tək­lif azaldıqda həmin məhsulun qiyməti artır. Bu hadisə bütün sahələrdə qiy­­mə­tin artması barədə proqnoz verməyə əsas verir. Deməli, analoji olaraq tələb artdıqda və təklif azaldıqda qiymətlərin qalxmasına dair proqnoz vermək olar.
Normativ üsul. Normativ üsul proqnozlaşdırmada tən­­zim­ləyici üsuldur. Çünki bəzi parametrlərin, amillərin müəy­­yən olunmasında norma və nor­ma­tiv göstəricilərin ro­lu var­dır. Məsələn qiymət qoymada material nor­ma­la­rının, amor­ti­zasiya ayırmalarının, vergi dərəcələrinin tə­siri böyükdür. De­məli, qiymətin proqnozlaşdırılması za­ma­nı həmin nor­ma­ların nəzərə alınması normativ üsulun tətbiqi ilə əlaqədardır.
Riyazi modelləşdirmə üsulu. Riyazi model­ləş­dir­mə üsu­lu proqnozlaşdırılan obyektin və ya prosesin ön­cə mo­de­linin, quruluşunun, sisteminin yara­dıl­­masını, tər­tib edil­mə­sini, sonra isə müvafiq riyazi-iqtisadi üsullarla onun qiy­mət­ləndirilməsini nəzərdə tutur.
Proqnozlaşdırma təşkilatın zəif və güclü tərəflərinin təd­qiqi yolu ilə məqsədlərin müəyyən olunmasına kö­mək­lik gös­tərir. Proqnozlaşdırma müəssisənin gələcək pers­­­pek­tiv­lə­rinə xidmət edir. Müəssisə səviyyəsində proq­nozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında məlumatların verilməsi ilə əlaqədardır. Proq­noz­lar planlar üçün material xarakteri daşıyır. Yəni proq­noz­lar planların tərtib edilməsi üçün istifadə olunan informasiya xarakterli amillər və ünsür­lər kimi qəbul edilir. Müəssisə çərçivə­sin­də proqnozlara aşağıdakılar aiddir:

  1. Regionun iqtisadi vəziyyətinin proqnozu.

  2. Rəqib müəssisələr haqqında proqnozlar.

  3. Firma tərəfindən istehsal edilib satılan məhsula olan tələbatın proqnozu.

  4. İnvestisiyalar haqqında proqnoz.

  5. Texnoloji proqnozlar.

  6. Əmtəə bazarında yeni tələbatların proqnozu.

Regionun iqtisadi vəziyyətinin proqnozu dedikdə, fir­­­­manın fəaliyyət göstərdiyi ərazidə iqtisadiyyatın gələ­cək və­ziy­yəti haqqında proqnozlar başa düşülür.
Ayrı-ayrı rəqib müəssisələrin proqnozu dedikdə isə, rə­­qiblərin gələcək inkişafı, bazara çıxaracağı məhsulların həc­mi, keyfiyyəti, qiyməti, onların gələcək perspektivləri haq­qında proqnozlar başa düşülür.
Satılacaq məhsula olan tələbatın proqnozu olduqca va­cib məsələlərdən biridir. Çünki bu, gələcəkdə məh­sulun ba­zarda satışının intensivliyinin nə dərəcədə ola­cağı­nı müəy­yən etmək üçün əsas meyardır.
Bu cür proqnozlar içərisində investisiyalar proq­nozu da mühüm yer tutur. Çünki təşkilatın fəaliyyət gös­tər­­diyi sa­həyə gələcəkdə qoyulacaq investisiyalara dair in­for­ma­si­yalar olduqca əhəmiyyətlidir. Çünki inves­tisiya qoyu­lu­şu hə­min fəaliyyət sferasında məhsul isteh­salının kə­miy­yət və key­fiyyət göstəricilərinə müsbət təsir göstə­rir. Bu da özünü gələ­cəkdə müəssisənin fəaliyyətinə təsir edəcək xa­rici amil kimi büruzə verir.
Texnoloji proqnoz müəssisənin istifadə etdiyi və gə­lə­­cəkdə istifadə edəcəyi texnoloji avadanlıqlar, vasi­tələr və üsul­lar haqqında, onların kəşfi ilə əlaqədar infor­ma­si­ya­lar verir.
Yeni tələbatların proqnozu yeni elmi axtarışlar, inno­va­siya tədqiqatları və mütərəqqi məhsulların gələcək is­teh­­salı ilə bağlıdır. Çünki müəssisə istehsalı nəzərdə tut­u­lan, la­kin alıcılarda hələ heç bir təsəvvür olmayan mütə­rəq­qi və ye­ni məhsullara tələbatı müəyyən etməli, sonra isə həmin məh­sulların istehsalını həyata keçirməlidir. Ye­ni tələbat proq­nozu müəssisəni istehsal ediləcək yeni və mütə­rəqqi məhsulun bazarda yüksək səviy­yədə satıla bilə­cə­yinə əmin edir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin