Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə18/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   72
I ABBASOV R SADIQOV Menecment

2.4.İdarəetmənin üslubları

Bəzən idarəetmə üslubu ilə idarəetmə üsulu bir – biri ilə eyni­­ləşdirilir. Ümumiyyətlə üslub dedikdə stil, tip, forma başa dü­­şü­­lür. İdarəetmə üslubları rəhbərlərin haki­miy­yə­tə mən­sub­ol­­ma və ondan istifadə etmə formasıdır. Hər han­sı bir üslub ida­rə­etmə funksiyalarını yerinə ye­ti­rərkən, özü­nəməxsus idarə­etmə metodlarından və prin­sip­lə­­rin­dən istifadə edir. De­mə­li, idarəetmədə funksiya, me­tod və prinsiplərdən formaca və tər­kib­cə üstün və böyük olan təsnifat qrupu üs­lub­lardır.



İdarəetmədə üç üsul mövcuddur: Liberal, demokratik, avtokat üslub.
Liberal üslub
Liberal sözü latın dilində sərbəstlik deməkdir. Libe­ral üslub idarəetmənin aşağı strukturlarına sərbəs­tlik ver­mək­lə hakimiyyəti onlarla bölüşür. Liberal rəhbərlər “Bu mə­sələ ilə məşğul olan bizim struktur vahidimiz vardır, mən on­ların işinə qarışmıram” kəlmələrini işlətməyi çox se­vir­lər.
Liberal üslubda idarəetmə fəaliyyətini həyata keçi­rən rəh­bərlər idarəetmənin sosial–psixoloji meto­duna da­ha çox üstünlük verirlər. Çünki, onlar idarə­et­mə­nin aşağı sə­viy­yə­lə­rinə etibar edir, etimad göstə­rir, həm­çi­nin haki­miy­yətdə təmsil olunduqları və ha­kimiy­yətdə rol oy­na­dıq­ları üçün on­lara sosial qayğı göstərirlər. Liberal rəh­bərlər fəa­liy­yət­lərin­də idarə­etmənin müstə­qil­lik, bə­ra­bər­hü­quq­luq prinsip­lə­rinə daha çox yer verirlər.
Liberal üslubda rəhbərlərin əsas rolu fəaliyyət isti­qamətlərinin müəyyən olunması, funksiyaların alt struk­turlar arasında bölüşdürülməsi və ümumi nəzarətin həyata keçirilməsindən ibarətdir. Liberal idarəetmənin tətbiqində həddin­dən artıq sərbəstliyə yol vermək anarxiyaya gətirib çıxara bilir. Bu nöqtəyi nəzərdən liberal rəhbərlər aşağı struk­tur­la­­rın işinə ciddi nəzarət etməli və onların fəaliy­yə­tini bir–bi­ri ilə əlaqələndirməyi bacarmalıdırlar.
Liberalizm hər hansı bir sahəyə müstəqillik veril­mə­si ilə əlaqədardır. Məsələn bazar iqtisadiyyatı şə­raitində döv­lət müəssisələrə öz fəaliyyətini təşkil et­mək­də, həyata keçir­mək­də, iqtisadi münasibətləri qur­maqda müs­tə­qil­lik verir. La­kin müəssisələr qanunla qadağan olu­nan fəa­liy­yət­lə məş­ğul olmaqda müstəqil deyillər. Əgər o fəa­liy­yət ki, ictimai məna­feyə ziddir, cəmiyyətin rifahına mən­fi tə­sir göstərir, bu cür fəaliyyəti həyat keçirmək qa­da­ğandır. Dövlət bu halların qar­şısını alır, yəni bazar iqti­sa­diy­ya­tı­nın müstəqillik prinsipi çər­çivəsində müəs­si­sə­lə­rin fəa­liy­yə­tini, bütövlükdə ölkə iqti­sadiyyatını tən­zim­lə­­yir.
Liberal üslub təşkilatda hüquq bərabərliyinə imkan yara­dır və işçilərin istismarının əleyhinədir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin