Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə19/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   72
I ABBASOV R SADIQOV Menecment

Demokratik üslub
Demokratiya yunan sözü olub demos–xalq, kratos–ha­­ki­miyyət sözlərindəndir, xalqın hakimiyyəti məna­sını ifa­də edir.
Demokratik üslub idarəetmədə işçilərin hüquq bəra­bər­­liyini, onların öz mövqeyini ifadə etmək, danış­maq, azad surət­də fikrini bildirmək hüquqlarını və im­kan­la­rını nəzərdə tutur.
Demokratik üslubda əsas qərarlar kollegial qaydada qəbul edilir. Bu üslubda aşağıdakı prinsiplər əldə rəhbər tutulur:

  1. Qərarları kollegial qaydada qəbul etmək;

  2. Yuxarı vəzifələrə seçmək və seçilmək hüququ;

  3. Müstəqil surətdə informasiya əldə etmək;

  4. Vəzifələrin yerinə yetirilməsi zamanı yuxarıda gələn diktələrə deyil, qanunlara riayət etmək;

  5. Müəssisədə insan hüquqlarını qorumaq.

Demokratik təbiətli rəhbər hakimiyyəti kollektivlə və ya onların nümayəndələri ilə bölüşür, idarəetmənin kolle­gia­l­lıq, demokratik mərkəziyyət, bərabər hüquqluluq prin­sip­lərini tətbiq edir, sosial metodların tətbiqinə daha çox üstünlük verir.
Avtokrat üslub
Avtokrat sözü latın dilində hakimiyyət, təsir demək­dir. Avtok­ratiya yunan dilində avto özü, kratiya ha­ki­miy­yət demək­dir. Avtokratizm əsasən hakimiyyətin si­ya­si for­ma­sı­dır. Bu cür idarəetmə forması müəssisə və təş­kilatlar üçün də xarakterik olur. Avtoritar hakimiyyəti apa­ran sub­yekt şəxs və ya qrup ola bilər. Yəni haki­miy­yət bir nəfə­rin və ya qrupun əlində cəmləşir. Avtok­rat re­jim­­də qərar­ları təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı sferaları yalnız icraçı kimi çıxış edir­lər. Avtokrat rejim özü də totalitar və avtoritar rejim­lər­dən ibarət­dir.
Avtokrat üslubda rəhbərlər bütün haki­miy­yəti əlin­də cəm­ləşdirməklə idarəetmənin vahid rəh­bər­lik (və ya tək ba­şına) prinsipinin tətbiqinə üs­tün­lük ve­rirlər. Bu cür rəh­bər­lər işçinin motivə olun­ma­sında in­zi­bati üsullara daha çox üstünlük verir, onları məcbur etməklə, hədə­lə­mək­lə, cə­za tədbirləri tətbiq etmək­lə işləməyə məc­bur edir­lər. Av­tokrat üslubda qeyd etdiyimiz kimi, bəzən rəh­bər hakimiyyətin ida­rə edil­mə­sinə hər hansı bir şəxsi və ya qrupu cəlb edir. La­kin yenə də həmin rəhbər özünü hakim şəxs kimi təq­dim edir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin