Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə52/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   72
I ABBASOV R SADIQOV Menecment

Kollektiv bir-biri ilə qarşılıqlı əlaqədə olan, müəy­yən təşkilat və birlikdə ictimai faydalı fəaliyyət göstərən in­­s­an­ların sosial birliyidir.

  • kollektiv birgə fəaliyyətə əsaslanır;

  • kollektivdə fəaliyyət eyni istiqamətli olur;

  • kollektivlərin üzvləri bir struktur daxilində olub, onlar arasında hüquq, vəzifə, səlahiyyət bölgüsü apa­rılır;

  • kollektivdə mütəşəkkillik mövcud olur;

  • kollektivə yeni üzvlər daxil ola və çıxa bilir.

Kollektivin formalaşması üçün vacib olan əsas amil­lər­­dən biri sosial–psixoloji mühitdir. Kollektivin sosial–psi­­xo­loji mühitinə idarəetmə səviyyəsi, iş şəraiti, insan­la­rın qarşılıqlı münasibəti təsir göstərir. Müəssisədə sosial–psi­­xoloji mühitə kollektiv üzvlərinin xarakter­lə­ri­nin uy­ğun­­luğu, psixoloji əlaqələri, psixoloji durumu, in­sanlar ara­­­sında xoş münasibətlər, onların bir-birlərinə rəf­tarları, ma­­raq və meyləri, sosial vəziyyətləri, kollek­tiv­də abu-ha­va və s. aiddir.
Kollektivdə sosial–psixoloji gərginlik isə qrupda mü­na­qişələrə gətirib çıxarır. Münaqişənin əsa­sın­da in­san­la­rın qarşıdurması, fikirlərin və mövqe­lərin, xa­rak­­terlərin, ma­raq­­ların toqquşması baş verir. Münaqişə za­ma­nı ilk ön­cə həm özünümüdafiə, həm də emosional reak­siyalar ya­ra­nır. Bu mərhələdə məsələnin həllinin sülh yolu seçilməzsə, növ­bəti mərhələ mü­na­qişəli davranış mərhələsi kimi cərə­yan edir. Məsə­lə­nin həllində aqressivlik artır, kollek­tiv­də baş vermiş emo­sional vəziyyət əmək fəaliy­yə­ti­nə mənfi təsir­lə­ri­ni gös­tərir. Üçüncü mərhələdə ya tərəflər kom­promisə get­mə­li, ya da münaqişənin digər həlli yolu­nu tapmalıdır. Əks təqdirdə rəhbərlər tərəfin­dən mün­a­qi­şə­­nin həllinin in­zi­­bati me­todlarına əl atılır.
Kollektivin idarə olunması kollektiv müna­sibət­lə­ri­n öyrənilməsini tələb edir. Hər bir kollektiv sosial qrupdur. La­kin hər bir qrupu kollektiv kimi qiymətləndirmək ol­maz. Məsələn Menecerlər İttifaqı sosial qrupdur. Bu qru­pa res­pub­likada çalışan bütün menecerləri aid etmək olar. Lakin menecerlərin o hissəsi kollektivin üzvləri he­sab olu­nur ki, onlar birgə fəaliyyətin ümumi məq­səd­lərinə ta­be olsunlar. Məsələn bir müəssisədə çalışan menecerlər, ma­­­liy­yə me­ne­ceri, satış meneceri, layihə meneceri kol­lek­ti­vin üzv­lə­ri he­sab edilirlər.
Kollektivin bir məqsəd naminə birləşməsi və çalış­ma­­sı idarə etmədə rəhbərin qarşısında duran əsas prioritet və­zifələrdən biridir. Onlar illərlə bir yerdə işləyir, bir-bir­lə­­rini anlamağa başlayır, hərəkətlərini, dav­ranışlarını, mü­ra­ciətlərini qəbul edirlər, onların işində özünəməxsus ahəng yaranır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin