Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin


Münaqişələr və onların idarə edilməsi



Yüklə 1,22 Mb.
səhifə56/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   72
I ABBASOV R SADIQOV Menecment

7.5. Münaqişələr və onların idarə edilməsi

Münaqişələr tərəflərin mövqelərinin və məna­felə­ri­nin toq­­quşmasından irəli gələn ziddiyyətlərdir. Müna­qi­­şə­lər sırf şəxsi zəmində baş verərkən kollektivdə da­ğı­dı­cı xarakter daşıyır. Münaqişələr istehsal, maliyyə, sa­tış və qiy­mətqoyma proseslərində də baş verə bi­lər. Bu cür mü­na­qişələr, əsasən konstruktiv xarakter daşıyır.


Münaqişələr rəhbərlərin işçilərlə qeyri–etik, qərəzli dav­­r­anış­ları və ya əksinə işçilərin rəhbərə qarşı tabesizlik, mə­suliyyətsizlik hallarının nəticəsində baş verə bilər. Mü­na­qi­şə­lər, əsasən, qrupdaxili və qruplararası, şəx­siy­yət­da­xi­li və şəx­siy­yətlərarası olur.
Müəssisədaxili münaqişələr bir müəssisənin ayrı-ayrı təşkilatı struktur vahidləri arasında, idarə edən və ida­rə olunanlar arasında, həmçinin əmək kollektivinin öz ara­ların­da baş verir. Müəssisədaxili münaqişələrin yaran­ma­sı əmək bölgüsünün düzgün həyata keçiril­məm­ə­si, əmək kol­lektivi arasında sağlam ünsiyyətin forma­laş­ma­ma­sı, iş­çi­lər arasında ziddiyyətlər yaranar­sa onların vax­tın­da ara­dan qaldırılmaması, nəzarətin lazımi səviy­yədə aparıl­ma­ması nəticəsində baş verir. Müna­qişələr işçilər və kollektiv arasında ünsiy­yətin pozul­masına gətirib çıxarır ki, nəti­cədə təşkilatda əmək və idarəetmə müna­si­bət­lə­ri­nin po­zul­ması halları müşahidə olunur. Bütün hallarda mü­na­qi­şələrin baş verməsi idarə­etmədə zəif tərəflərin ol­ma­sına iş­arədir. Bu məq­sədlə rəhbər münaqişənin baş verməsi sə­bəb­lərini araş­dırarkən, birinci növbədə nöqsanı özündə ax­tarmağı bacar­malıdır. Çünki münaqişənin baş verməsinin başlıca səbəb­lərindən biri, münaqişələrin lazımi səviyyədə idarə olun­mamasıdır. Münaqişənin idarə olunmamasının məsuliyyətini isə təşkilatın rəhbəri daşıyır.


FƏSİL VIII. İDARƏETMƏDƏ İNFORMASİYA TƏMİNATI


8.1. İnformasiya və onun mahiyyəti

İnformasiya latınca “informatsio” sözündən götürül­müş­­dür. İnformasiya ətraf mühitin obyektləri və hadi­sə­lə­ri, onların xassələri haqqında xəbərdir. İnfor­masiyalar iki cür­dür:



  1. Təhrikedici informasiyalar.

  2. Müəyyənedici informasiyalar.

Təhrikedici informasiyalar əmr, məsləhət, qərar, xahiş, sərəncam, göstəriş, tapşırıqlar formasında təzahür edir. O, insanı hər hansı fəaliyyətə və ya hərəkətə sövq edir.
Müəyyənedici informasiyalar məlumat və ya xəbər xa­rakteri daşıyır.
İnformasiyaları aşağıdakı kimi təsnifləşdirmək olar:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin