Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə1/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   84
Loqopediya (Mühazirələr)




Z.M. Əzizova 
R.Q. Cəfərova 
Ş.N. İsmayılov 
 
 
 
 
 
«Loqopediyanın nəzəri əsasları
haqqında ümumi məlumat» 
DƏRS VƏSAİTİ 
Azərbaycan Respublikası Təhsil
Nazirliyi Elmi - Metodik Şurasının
«Pedaqogika və psixologiya» bölmə-
sinin 19 dekabr 2008-ci il tarixli qərarı
ilə təsdiq edilmişdir(Protokol № 15) 
 
 
 
 
 
 
 
 
 
 
Mingəçevir – 2008 



 
 
 
 
 
 
 
Müəlliflər : p.e.n.,dos. Əzizova Zenfira Mirsəfər qızı 
b.m. Cəfərova Raya Qəşəm qızı 
b.m. İsmayılov Şahismayıl Namaz oğlu 
 
 
Rəyçilər : f.e.n.,dos. Manafov Namaz Rizvan oğlu 
f.e.n.,dos. Namazova Flora Kamran qızı
 
 
 
 
 
 
 



MÜNDƏRİCAT 
 
Ön söz 
Loqopediya haqqında ümumi məlumat  
Nitq aparatının anatomik-fizioloji quruluĢu  
Nitq qüsurlarının təsnifatı  
UĢaqlarda nitq qüsurlarının tibbi cəhətdən öyrənilməsi 
Afaziya  
Alaliya 
Dislaliya 
Rinolaliya 
Dizartriya  
Bradilaliya  
Taxilaliya  
Kəkələmə, onun təsnifatı, müayinəsi 
EĢitmə qüsurlu uĢaqlarda nitq qüsurları  
Oxu və yazı qüsurlarının aĢkar edilməsi metodları 
Ġbtidai sinif Ģagirdlərində oxu və yazı qüsurlarının 
korreksiyasının əsas istiqamətləri
Xüsusi hazırlıq siniflərinin təĢkili prinsipləri
Qüsurlu uĢaqların sinfə alınması 
Hamı ilə birlikdə: Tematik təlimat  
Sosial və emosional inkiĢafın sadələĢdirilməsi 
Dilin inkiĢafı üçün Ģəraitin yaradılması  



ÖN SÖZ 
Son dövrlərdə ictimaiyyəti anormal uĢaqlar və onların korreksiya, 
reablitasiya və sosial adaptasiya problemləri çox narahat edir və bir 
problem olaraq aktuallığını heç də itirmir, əksinə özünün həllini 
gözləyir, daha çox bu məsələyə diqqət tələb edir. Xəstə uĢaqlarla 
ünsiyyət yaratma, ünsiyyətə girmə çətinliyinin aradan qaldırılması 
iĢində nitqi qüsurlu uĢaqların korreksiyası defektologiyanın tədqiqat 
obyektində prioritet sahədir.
Nitqi qüsurlu uĢaqların dərs prosesi normal siniflərdə olduğundan 
kəskin Ģəkildə fərqlənir. Anadangəlmə və yaxud sonradan qazanılmıĢ 
müxtəlif qüsurluq dərəcəsi olan xəstə uĢaqların xarakterində, 
psixikasında və dərketmə qabiliyyətində kəskin fərqlər mövcuddur. 
Adətən onlar həyatından küskün əhval-ruhiyyədə olub tez-tez 
bədbinliyə qapılır, çox tərs, inadkar və ərköyün olurlar.
Nitqi qüsurlu uĢaqların birinci sinfə qəbulu zamanı bu və ya digər 
qüsurluq dərəcəsini müəyyən etmək üçün onlar mütləq ciddi 
müayinədən keçməlidir. Bu, gələcəkdə xəstədə olan mövcud qüsuru tez 
və effektli Ģəkildə aradan qaldırmağa imkan verir.
Loqopediya nitq inkiĢafı qüsurları haqqında pedaqoji elm olaraq, 
nitq qüsurlarının aradan qaldırılması və qarĢısını almaq üçün xüsusi 
təlim-tərbiyə sistemi olaraq qalır.
Dərs vəsaiti məktəbəqədər və məktəbyaĢlı, yeniyetmə uĢaqlarda 
olan nitq qüsurlarının növləri, zəif eĢitmə ilə əlaqədar olan qüsurlar
onların patalogiyası, fizioloji və psixoloji araĢdırılması, təhlili, bu 
xəstəliklərin yaranma səbəbləri, öyrənilməsi, müayinəsi, korreksiya iĢi 
əhatə olunmuĢdur.
Hər bir nitq qüsurunun təsnifatı ilə yanaĢı, onun yaranması 
mərhələləri, formaları, səciyyəvi xüsusiyyətləri, nitqin ümumi geriliyi, 
artikulyasiya aparatının müayinəsi, korreksiya iĢi, psixoloji-pedaqoji 
təsir, ailədə uĢağın nitqinin inkiĢafı üzrə aparılan iĢ təhlil edilməsi 
əsasında öyrənilməsi nəzərdə tutulur.
Nitq qüsurlarının araĢdırılması, onların qruplara ayrılması, 
səslərin tələffüzündə təhrif edilməsi, fonetik, fonematik çətinliklər
akustik-artikulyasiya tərəfinin pozulması, nitq geriliyi və onun 
fəaliyyətinin fizioloji cəhətdən Ģərtlənməsi, psixoloji və fizioloji 
proseslərdəki anomaliyalar, sinir sistemindəki pozğunluqlar, onların 
qavrama, dil, hafizə və psixi hallara təsiri, dilin analiz və sintezinin 



pozulması və digər məsələlərin dərs vəsaitində öyrənilməsi nəzərdə 
tutulmuĢdur.
Dərs vəsaitində həmçinin qüsurlu uĢaqların sinfə alınması, sosial-
emosional Ģəraitin yaradılması, dilin inkiĢafı üçün Ģəraitin yaradılması, 
tələb olunan yardımın verilməsi məsələləri də açıqlanır.
Dərs vəsaitində əhatə olunan mövzular pedaqoji fakültənin 
məktəbəqədər təhsilin pedaqogikası və metodikası və ibtidai təhsilin 
pedaqogika və metodikası ixtisasları üçün nəzərdə tutulub.




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin