Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə13/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   84
Loqopediya (Mühazirələr)

1.Funksional dislaliya 
Funksional dislaliya səs tələffüzünün pozulmasının elə bir 
formasıdır ki, burada artikulyasiya aparatında heç bir çatıĢmamazlıq 
müĢahidə edilmir.
Bu qüsurun yaranmasının səbəblərindən ən geniĢ yayılması 
uĢaqların ailədə düzgün nitq tərbiyəsi almamasıdır. Bəzən yaĢlılar (ata, 
ana və nənə) uĢağın nitqini təqlid edir, uzun müddət onunla «uĢaq 
dilində» danıĢırlar. Funksional dislaliya bəzən uĢaqların artıq nitqində 
qüsur olan, dialekt xüsusiyyətləri və həddən artıq sürətli nitqli adamlarla 
daimi ünsiyyət nəticəsində də özünü göstərə bilər.
Qeyd etmək lazımdır ki, ailədə ikidillilik də uĢağın nitqinə mənfi 
təsir göstərib, qüsur yarada bilər, yəni müxtəlif dillərdə danıĢan uĢaq 
bəzən nitqin tələffüz xüsusiyyətlərini digərinə keçirib, nəticədə səhv 
tələffüzə malik ola bilər. Çox vaxt dislaliya pedaqoji cəhətdən 
baxımsızlığın nəticəsində də meydana çıxır. Bu zaman böyüklər uĢağın 
səs tələffüzünə diqqət yetirmir, vaxtında onun qüsurlarını təshih etmir, 
düzgün tələffüz nümunələri göstərməyib, dəqiq və düzgün səs tələffüzü 
tələb etmirlər. BaĢqa sözlə desək, uĢağın nitqi yaĢlılar tərəfindən 
düzgün, məqsədyönlü təsirə məruz qalmayaraq, normal tələffüz 
vərdiĢlərini yaratmır. Qeyd etmək lazımdır ki, səs tələffüzü qüsurları 
fonematik eĢitmənin inkiĢafsızlığının nəticəsi kimi də meydana çıxa 
bilər. Bu zaman uĢaqda səslərin differensiyası çətinləĢir və o, səslərin 


36 
akustik əlamətlərinə görə (incə, qalın, kar-cingiltili, fitli-fısıltılı)
fərqləndirə bilmir, nəticədə düzgün səs tələffüzünün inkiĢafı uzun 
müddət ləngiyir. 
Funksional 
dislaliya 
artikulyasiya 
aparatının 
üzvlərinin 
hərəkətlərinin çatıĢmamazlığı nəticəsində də baĢ verir, yəni dilin, 
dodağın, aĢağı çənənin qeyri-mühərrikliyi nitq zamanı bir hərəkətdən 
digərinə keçməni çətinləĢdirir.
EĢitmənin azalması dislaliyaya səbəb ola bilər. Ağır eĢitmə 
nəticəsində uĢaqların 10%-də səs tələffüzü qüsurları müĢahidə edilir. Bu 
daha çox fitli və fısıltılı, kar və cingiltili səslərin differensiyasının 
çətinləĢməsi, eĢitmə ilə fərqləndirilməməsi nəticəsində baĢ verir.
Dislaliya eyni zamanda əqli cəhətdən geri qalan uĢaqlarda da çox 
təsadüf edilir. Oliqofren uĢaqların 50%-dən çoxunda səs tələffüzü 
pozulmaları müĢahidə edilir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin