1.Artikulyasiya aparatının müayinəsi.
Bu mərhələdə loqoped artikulyasiya aparatının bütün üzvlərini:
dil, dodaq, diĢ, çənələri, damaq və dilçəyi yoxlayıb, onların quruluĢunda
ola biləcək qüsurları üzə çıxarıb qeyd aparır.
Müayinə zamanı artikulyasiya aparatının mütəhərrik və qeyri-
mütəhərrik hissələrin quruluĢunda aĢağıdakı qüsurlar aĢkara çıxa bilər:
DiĢlər –əyri, xırda, seyrək, çənə qövsündən kənarda, çox iri,
aralarında boĢluğun olmaması və ya çox boĢluqların olması, alt və ya üst
kəsici diĢlərin yoxluğu.
dodaqlar – ətli qalın, qısa və az hərəkətli;
diĢləm- açıq ön, açıq yan, dərin, dayaz;
çənələr-üst çənənin irəli çıxması, alt çənənin irəli çıxması;
damaq-dar, hündür (qotik tipli) və ya əksinə, aĢağı, yastı;
diĢ-iri, balaca, çox böyük, qısa pərdəli;
Sonra artikulyasiya aparatının mütəhərrikliyi yoxlanılır. Bu zaman
uĢağa nitq təlimatına uyğun və ya loqopedin ardınca təqlid etməklə,
müxtəlif tapĢırıqlar verilir. Məsələn: dodaqlarını dili ilə yalamaq, dili
burnuna tərəf aparmaq, sağ və sol qulağa tərəf aparmaq, dili
enliləĢdirmək, yastılatmaq, sonra dili çıxarıb ucunu yuxarı qaldırmaq,
dili növbə ilə sol və sağ ovurda qoymaq, dili bacardığı qədər çölə
41
çıxartmaq, içəri çox dərinə aparmaq, dodaqları irəli uzatmaq, onu boru
Ģəklinə salmaq, yanlara dartıb «gülmək» vəziyyəti almaq, alt çənəni irəli
və geri aparmaq və s.
Loqoped bu zaman görülən iĢlərin rəvanlığına, səlis və
dəqiqliyinə, bir hərəkətdən digərinə keçmənin asan və ya çətinliyinə
xüsusi diqqət yetirir.
II. Səs tələffüzünün müayinəsi:
Bu zaman bu və ya digər səsin ayrılıqda və nitqdə müstəqil
iĢlətmə bacarığı yoxlanılır. Müayinə aparılarkən səs tələffüzü qüsurları
əvəzetmə qarĢıdurma və ya səsin olmaması-ayrılıqda, hecalarda, söz və
ifadələrdə aĢkara çıxarılır. Bundan əlavə, uĢağın müxtəlif heca
strukturlu sözləri tələffüzetmə vəziyyəti də yoxlanılır (məsələn:
piramida, təəccüblü, kolleksioner və s.) və səslərin əvəz olunması aĢkara
çıxarılır.
Səslərin sözlərdə tələffüzünün vəziyyətinin müayinəsi üçün xüsusi
əĢya Ģəkilləri toplusu vacibdir. ġəkillərdə təsvir olunmuĢ əĢyaların adları
müxtəlif səs və heca tərkibinə, çox mürəkkəb, samitlərin tədqiq edilən
səslərlə iĢlənmə yerlərinə görə sözlərdən ibarət olur.
UĢaqda səs tələffüzü qüsurunu aĢkara çıxarmaq üçün iĢlənən ən
sadə üsul budur: tədqiq edilən səsin əvvəldə, ortada, sonda iĢləndiyi
sözlərin əĢya Ģəkilləri uĢağa göstərilir. Məsələn: s səsinin tələffüzü
yoxlanılarkən ona aĢağıdakı Ģəkillər göstərilir:
Stəkan, kosmonavt, qaysı, avtobus.
Əgər uĢaq səsi sözdə tələffüz edə bilmirsə, loqoped həmin səsi
əksetmə üsulu ilə (loqopedin ardınca) tələffüz etməyi tələb edir. Bundan
əlavə həmin səslə olan hecanı dal və qabaq (sa-as) tələffüz etməsini də
tapĢıra bilər.
Adətən belə müayinə uĢaqda tələffüz qüsurunu müəyyən etməyə
kifayət edir. lakin bəzən uĢaq Ģəkildəki əĢyanın adını düz tələffüz etsə
də müstəqil nitqdə həmin səsi təhrif edir. Buna görə də yoxlanılan səsi
frazalı nitqdə tələffüzü mütləq tədqiq edilməlidir. YaxĢı olar ki, bu
məqsədlə atalar sözlərindən, yanıltmaclardan, təkrarlamalardan istifadə
edilsin. Sözün heca tərkibinin müayinəsi zamanı loqoped uĢağın
müxtəlif heca strukturlu sözləri tələffüz etmə bacarığını yoxlayır.
Məsələn aĢağıdakı söz sırasından istifadə etmək olar
söz prospekt
Ģkaf oktyabr
niĢan stadion
meĢə televizor
42
günəĢ dost
Dostları ilə paylaş: |