Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   84
Loqopediya (Mühazirələr)

II mərhələ – tələffüz bacarığı vərdiĢlərinin formalaĢ-dırılması. Bu 
mərhələnin əsas vəzifələri aĢağıdakılardır: 


43 
a) Düzgün olmayan səs tələffüzünü aradan qaldırmaq. 
b) UĢaqlarda artikulyasiyaya görə eyni və ya səslənməsinə görə 
oxĢar səslərin tələffüzünü diferen-siallaĢdırma bacarığını inkiĢaf 
etdirmək. 
V) UĢaqların müstəqil nitqinin müxtəlif növlərinin tələffüz 
bacarığı vərdiĢlərinin formalaĢdırılması. 
Beləliklə də, uĢaqlarda səs tələffüzü qüsurlarının düzəldilməsi 
səslərin qoyuluĢu və avtomatlaĢdırılması ilə eyni zamanda fonematik 
qavramanın inkiĢafını da özündə birləĢdirir. Tam, düzgün 
qavranılmayan fonem, düz tələffüz edilməyəcək və digər səslərdən 
fərqləndirilməyəcəkdir. Fonematik qavramanın inkiĢaf etdirilməsi 
loqopedik iĢin elə ilk mərhələlərindən baĢlayıb, oyun formasında frontal 
yarım-qrup və fərdi məĢğələlərdə keçirilir.
Göstərmək lazımdır ki, bu iĢ danıĢıq səslərindən fərqli olaraq adi 
səslər üzərində aparılır. sonra isə ana dili səsləri sisteminə daxil olan 
nitq səsləri üzərində keçirilir. 
Bununla paralel olaraq, uĢaqlarda eĢitmə diqqəti və yaddaĢı 
üzərində də məqsədyönlü iĢ aparılır. Bu fonematik qavramanın daha da 
yaxĢı inkiĢafı üçün çox əhəmiyyətlidir. Belə ki, bəzən uĢaqlar onları 
əhatə edənlərin nitqini yaxĢı qavarmadıqlarından düzgün səs tələffüzünə 
yiyələnə bilmirlər.
Loqopedik məĢğələlər zamanı uĢaq ən əvvəl öz nitqinə nəzarət 
etmək bacarığı qazanmaq və onu əhatəsində olan-ların nitqi ilə 
müqayisə edib düzəltmək vərdiĢinə yiyələn-məlidir.
Məlumat üçün göstərmək lazımdır ki, uĢaqlarda fonemləri 
diferensiasiya etmək bacarığını inkiĢaf etdirmək üçün loqopedik iĢ Ģərti 
olaraq 6 mərhələyə ayrılır: 
I mərhələ – qeyri-müəyyən nitq səslərinin alınması.
II mərhələ – eyni materialı əsasında səsin gücü, hündürlüyü, 
tembrini sözlərdə, söz birləĢmə və cümlələrdə fərqləndirilməsi: 
III mərhələ–yazının səs tərkibinə görə sözlərin fərqləndirilməsi. 
IV mərhələ – hecaların differensiasiyası. 
V mərhələ – fonemlərin differensiasiyası. 
VI mərhələ – sadə səs təhlili vərdiĢlərinin inkiĢafı.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin