Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə2/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   84
Loqopediya (Mühazirələr)

LOQOPEDİYA HAQQINDA 
ÜMUMİ MƏLUMAT 
 
Nitq insanın ən vacib psixi funksiyalarından biridir. Nitqli 
ünsiyyət insanlar arasında sosial əlaqələri yaratmaqla yanaĢı, həm də 
idrak fəaliyyətinin ali formalarını inkiĢaf etdirir. UĢaq nitqə 
yiyələnməklə ətraf aləmin ümumiləĢdirilmiĢ gerçəkliyini qavrayır, öz 
təfəkkürünü inkiĢaf etdirmək bacarığına malik olur. Buna görə də 
uĢaqda düzgün nitq tərbiyəsi təkcə estetik əhəmiyyət daĢımayıb, həm də 
onun Ģəxsiyyət kimi kamilliyi, əqli və psixi inkiĢafı üçün çox gərəklidir.
Nitq və təfəkkür bir-biri ilə arasıkəsilməz əlaqədədir. Nitqin bu və 
ya digər dərəcədə pozulması uĢağın həm əqli, həm də psixi inkiĢafında 
müəyyən çətinliklər törədir. Düzgün və səlis nitqin olmaması uĢaqları 
utancaq, özünə qapanmıĢ, aqressiv edir. Məktəbdə belə uĢaq özünü daha 
çox rahat hiss edir. O özü ilə həmyaĢıdları arasındakı fərqi xüsusi 
kəskinliklə hiss etdiyindən ünsiyyətə girməkdən, kollektivdə olmaqdan 
imtina edir, bu isə öz növbəsində onun ümumi inkiĢafına mənfi təsir 
göstərir. Məhz buna görə də ailə, uĢaq müəssisələri və məktəb 
qarĢısında duran ən mühüm vəzifələrdən biri uĢaqlarda düzgün və səlis 
nitq mədəniyyətinin inkiĢaf etdirilməsidir. Bu vəzifənin uğurla həyata 
keçirilməsi defektologiyanın mühüm sahələrindən biri olan loqopediya 
elmi ilə sıx əməkdaĢlıq etməklə mümkündür. UĢaqlarda çox rast gəlinən 
qüsurlardan biri nitq fəaliyyətinin pozulmasıdır. Buna loqopatiya 
deyilir. Loqopatiya loqopediyanın əsas mövzusudur.
L o q o p e d i y a  – nitq inkiĢafı qüsurları haqqında pedaqoji elm 
olub, bu qüsurların aradan qaldırılması və qarĢısını almaq üçün xüsusi 
təlim-tərbiyə sistemidir.
Nitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti 
insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb 
kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkiĢaf etdirir. 
Nitq uĢağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak 
proseslərinin formalaĢmasına səbəb olur. Tamamilə aydındır ki, uĢağın 
nitq inkiĢafında baĢ verən pozğunluq – onun bütün psixi proseslərinin 
formalaĢmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar 
nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaĢı, idrak 
proseslərinin düzgün formalaĢmaması, bilik, bacarıq və vərdiĢlərinin 
qavranılması kimi ciddi qüsurları uĢağı ən vacib vasitədən – 
özünütəsirlənmədən məhrum edir, onda davranıĢ dəyiĢmələri, 
neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və 



qarĢısının alınması Ģəxsiyyətin harmonik inkiĢafına kömək edərək, 
bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.
Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni 
zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.
Nitq qüsurları adı altında sözlü ünsiyyət vasitələrinin normal 
formalaĢmadan sanması baĢa düĢülür. Nitq inkiĢafı qüsurları anlayıĢı 
təkcə Ģifahi nitqlə məhdudlaĢmayıb, onun yazılı formasına da aid edilir. 
Loqopediya nitqdə baĢ verən dəyiĢmələri onun yaĢla əlaqədar 
dəyiĢmələrdən fərqləndirmək lazımdır. Belə ki, müəyyən yaĢa qədər 
səslərin səhv tələffüzü, lüğətin azlığı, cümlənin düzgün qurulmaması, 
dilə yiyələnmə prosesində norma sayılaraq fizioloji hadisə kimi 
qiymətləndirilir. Bu hadisəni nitq inkiĢafının patologiyası ilə 
qarıĢdırmaq olmaz.
Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uĢaqların xüsusi təlim –
tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq 
qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu 
açıqlanmalıdır. Əldə edilən nəticələrdən nitq qüsurlarının müxtəlif 
formalarını elmi Ģəkildə əsaslandırılmıĢ vasitə və üsullarla aradan 
qaldırmaq yolları iĢləyib hazırlamaq üçün istifadə edilir.
Loqopediya məktəbəqədər, məktəb və yaĢlılar loqopediyası 
hissələrindən ibarətdir. Loqopediya elminin qarĢısında aĢağıdakı əsas 
vəzifələrin həyata keçirilməsi durur.
1.Nitq inkiĢafı pozğunluqları olan uĢaqların xüsusi təlim-tərbiyə 
qanunauyğunluqlarının öyrənilməsi; 
2.Məktəbəqədər və məktəbyaĢlı uĢaqların nitq qüsurlarını öyrənən 
xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 
3.Nitq qüsurlarının strukturunun, onun psixi inkiĢafa təsir 
dairəsinin araĢdırılması; 
4.Nitq qüsurlarının diaqnostikası, aradan qaldırılması və qarĢısını 
alma metod və vasitələrini, qüsurların növlərinin öyrənilməsi;
5.Əhaliyə lazımi loqopedik köməyin təĢkil edilməsi;
UĢaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araĢdırılmasının 
məzmun və istiqaməti loqopediya elminin metodunu təĢkil edən 
prinsiplərlə müəyyənləĢir; 
1.ĠnkiĢaf prinsipi.
2.Sistemli yanaĢma prinsipi. 
3.Nitq qüsurlarını psixi inkiĢafın digər tərəfləri ilə əlaqəli 
öyrənilməsi prinsipi. 



1.ĠnkiĢaf prinsipi nitq qüsurlarının baĢ verməsini təhlil edərək 
onun inkiĢaf xəttini araĢdırır. Bu prinsipə görə yalnız qüsurun təsvir 
edilməsi deyil, həm də öyrənilməsi məqsədə uyğundur. Hər hansı bir 
qüsurun düzgün müəyyənləĢdirilmiĢ genezisi üçün böyük rus alimi 
L.S.Viqotskinin göstərdiyi kimi inkiĢafda baĢ verən dəyiĢmələrin 
mənĢəyini, bu dəyiĢmələrin özünü, onların yaranma ardıcıllığını və bu 
dəyiĢmələr arasındakı səbəb və nəticələri fərqləndirmək lazımdır. 
Məsələn: periferik nitq aparatının müəyyən qüsurları (xüsusilə 
artikulyasiya 
aparatının) nəticəsində nitq üzvlərinin hərəkət 
məhdudiyyətləri özünü göstərir. nitq səslərinin kifayət qədər 
artikulyasiya edilməsinin çətinliyi müxtəlif tələffüz qüsurlarını meydana 
gətirir. Artikulyasiyanın qeyri dəqiqliyi sözün səs tərkibinə yiyələnməni 
gecikdirir, bu isə öz növbəsində yazılı nitqdə aqramatizmə səbəb olur. 
Bundan əlavə, arikulyasiyanın qeyri dəqiqliyi nitqin fəallığını da 
məhdudlaĢdırır. UĢaq ətrafdakıların onu lağa qoymasından çəkinərək 
özünün ünsiyyət dairəsini məhdudlaĢdırır. Bu isə lüğət ehtiyatının həm 
aktiv, həm də passiv tərəfinin azalmasına gətirib çıxarır.
Sistemli 
yanaĢma 
prinsipi 
nitq 
funksiyasının mürəkkəb 
strukturunu əks edərək, onun səs nitqin tələffüz tərəfini, fonematik 
prosesləri, leksika və qrammatik quruluĢunu əhatə edir. Nitq qüsurları 
nitqin müxtəlif komponentlərinə toxuna bilər. Bəzi qüsurlar yalnız 
tələffüz proseslərinə toxunub, nitqin heç bir müĢayətedici hallar 
olmadan aydınlığında əks olunur. Digərləri dilin fonematik sisteminə 
toxunaraq yalnız tələffüz qüsurları ilə deyil, həmçinin oxu və yazı 
pozğunluqlarını yaradan sözün səs tərkibinə yiyələnmə çətinliyi ilə 
özünü göstərirdi. Daha mürəkkəb nitq qüsurları dilin həm fonetika-
fonematik, həm də, leksiko-qrammatik tərəfini əhatə edir və nitqin 
ümumi inkiĢaf geriliyini (qığıltıdan geniĢ nitqə qədər, lakin müəyyən 
fonetik və leksik - qrammatik inkiĢafsızlığı elementləri olan) meydana 
gətirir. MəĢhur rus pedaqoqu A.E.Levina nitqin ümumi inkiĢaf 
geriliyinin 3 səviyyəsini müəyyən etmiĢdir.
Birinci səviyyə tam və ya demək olar ki, tam sözlü ünsiyyət vasitəsi 
olmaması. Bu səviyyədə nitq inkiĢafının lüğət ehtiyatı əsasən səs və 
səstəqlidi komplekslərindən ibarət olub və ətrafdakılar üçün aydın 
olmayan oksentlərlə müĢayət edilən anlaĢılmayan nitqdir.
Ġkinci səviyyə onunla xarakterizə olunur ki, uĢaqların nitq imkanları 
müəyyən qədər çox, ətraf mühitlə ünsiyyət təkcə oksent və sözlərin 
hecaları ilə deyil, həm də fonetik və qrammatik cəhətdən təhrif olunmuĢ 
nitq parçalarından ibarət olur.



Üçüncü səviyyə özündə kifayət qədər inkiĢaf etmiĢ kobud fonetik və 
leksik-qrammatik qüsurları olmayan, amma fonetik, leksik və 
qrammatik cəhətcə ayrı-ayrı qüsurları olan danıĢıq nitqini əks etdirir.
Loqopediya burada qanunauyğunluqlara əsaslanaraq dili sistemli Ģəkildə 
öyrənir və hər hansı qanunauyğunluqdan kənar halları müəyyənləĢdirir.
Nitq qüsurlarını psixi inkiĢafın digər tərəfləri ilə əlaqəsi prinsipi. 
Məlumdur ki, nitq fəaliyyəti uĢağın bütün psixikası ilə onun müxtəlif 
prosesləri: sensor, intellektual və effektiv iradı sferalar ilə sıx əlaqədə 
formalaĢır və fəaliyyət göstərir. UĢaqda bu və ya digər psixi proseslərin 
gediĢinin özünəməxsus fərdiliyinin açılması anormal uĢaqda bu və ya 
digər nitq qüsurunun baĢ verməsini baĢa düĢməyə imkan verir. Belə ki, 
görmənin zəifləməsi, görmə analizatorunun kompensator imkanlarının 
azalması nəticəsində aleksiya və aqrafiya kimi qüsurlar daha ağır 
formada keçəcəkdir. Nitq qüsurları və psixikanın bu və ya digər tərəfləri 
arasında əlaqənn öyrənilməsi, nitq qüsurunun yaranmasında iĢtirak edən 
psixi proseslərə təsir etmək yollarını tapmağa kömək edə bilər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin