Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə20/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   84
Loqopediya (Mühazirələr)

Kappatizm – Bu qüsur k və k" samitlərinin qüsurudur. K səsinin 
düzgün artikulyasiya zamanı dilin orta hissəsi möhkəm sürətlə sərt 
damağa kipləĢir. Alt dodaq bir qədər gərginləĢərək yanlara doğru 
dartılır. YumĢaq damaq öz növbəsində yuxarı qalxaraq, burun 
boĢluğunun yolunu tutur. Ağ ciyərdən gələn hava axını dil ortasının sərt 
damaqda əmələ gətirdiyi maneənin gələn hava axınının dil ortasının sərt 
damaqda əmələ gələn maneənin aradan qaldırarkən k samiti yaranmıĢ 
olur. K" samiti k samitindən dilarxası-yumĢaq damaq səsi olması ilə 
fərqlənir.
K" səsinin tələffüzü zamanı dilin arxa hissəsi yuxarı qalxıb burun 
boĢluğunun yolunu kəsmiĢ yumĢaq damağa kipləĢir. Dodaqlar 
neyrtrallaĢmıĢ vəziyyətdə olur. Sədasız küyə malik olan hava axını 
əmələ gəlmiĢ maneənin aradan qaldırılarkən K" səsi yaranır (kolxoz, 
raykom, Ģkaf).
Bu səslərin səs tələffüzündə (k" səsi k x kimi, k səsi isə t kimi) 
güzgüdən təqlid üsulundan istifadə etmək, mexaniki vasitənin (Ģpatel) 
köməyi ilə korreksiya etmək lazımdır. loqoped loqopata ta-ta-ta-ta 
hecanın tələffüz etməyi tapĢırır. Hecaların təkrarı zamanı dilin ön 
hissəsinin arxası Ģpatellə basılıb, alt kəsici diĢlərin arxasında saxlanılır. 
Bu zaman ta əvəzinə tya alınır, bir qədər də dil basılırsa, onda tya 
əvəzinə nya hecası alınacaqdır. Ən nəhayət, Ģpatel daha dərin aparılarsa, 
onda təqlid k səsi alınacaqdır.
2.Qammatizm- bu qüsur q səsinin qüsurlu tələffüzüdür. 
Tələffüzünə görə q samiti ilə k samiti arasında, demək olar ki, heç bir 
fərq yoxdu. Q samitinin tələffüzü zamanı da dilin arxa hissəsi burun 
boĢluğunun yolunu tutmuĢ, yumĢaq damağa kiplənir. Sədalı küyə malik 
olan hava axını yumĢaq damaqda əmələ gəlmiĢ maneəni aradan qaldırır 
ki, bunun da nəticəsində cingiltili q samiti yaranır. Göründüyü kimi, k 
səsi ilə q samiti arasında elə bir fərq yoxdur, lakin cüzi bir fərq vardır ki,
k samitinin tələffüzü zamanı səs telləri iĢtirak etmir, q samitinin 
tələffüzündə isə iĢtirak edir.


53 
Q səsinin səhv tələffüzü zamanı bəzən q d səsi ilə əvəz olunur və 
ya Ğ və x kimi tələffüz edilir. Məsələn: «dələm»-qələm, «doz»-qoz, 
«duru»-quru, 
«daĢıq»-qaĢıq, 
«bayrağ»-bayraq, 
«papağı»-papaq, 
«Oktay»-Oqtay, «Xara»-qara və s. 
Əgər uĢaq k səsini düzgün tələffüz edə bilirsə, onda qammatizmi 
aradan qaldırmaq asandır, yəni bu zaman uĢağa əyani olaraq q səsinin 
düzgün tələffüzü göstərilməli, onun öz əli ilə loqopedin və ya özünün 
boynuna xirtdəkdən yuxarı qoymaqla səsin tələffüzü zamanı xirtdəyin 
vibrasiyasının, udlağın ön divarının hərəkətini, hava axınının təzyiqini 
hiss etməsinə Ģərait yaradılmalıdır. Əgər bu üsul arzu edilən nəticəni 
verməzsə mexaniki üsuldan istifadə etmək lazımdır.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin