Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə24/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   84
Loqopediya (Mühazirələr)

Qabıqaltı dizartriya 
Beynin qabıqaltı nüvəsinin və onların sinir birləĢ-mələrinin 
zədələnməsi. Əzələlərin hipertoniya, hiportoniya yaxud distoniya 
Ģəklində fəaliyyətinin pozulması.
Nitq aparatındakı əzələlərin güclə hərəkəti müĢahidə olunur. 
Tələffüz pozuntuları müxtəlif cür olur. Səs gərginləĢir, səs tembri 
dəyiĢir. Bəzən pıçıltıya çevrilir, xırıltılı olur. Saitlərin artikulyasiyası 
samitlərlə müqayisədə daha çox pozulur. Ayrı-ayrı sözlər düzgün 
tələffüz oluna bilər, lakin bir çox hallarda təhrif olunur və anlaĢılmaz 
səslənir. Nitq tempi, ritmi pozulur, xəstə nitqindəki bu qüsurları özü də 
görür.
UĢaqlar arasında psevdobulbar dizartriya daha tez-tez müĢahidə 
olunur. Belə uĢaqlar hətta normal intellektə malik olsalar da kütləvi 
məktəblərdə deyil, yardımçı tədris müəssisələrində təhsil alır.
Qeyd etmək lazımdır ki, nevroloji nöqteyi nəzərdən uĢaq 
psevdobulbar dizartriyası mürəkkəb patogenezinə malikdir. Nitq aparatı 
əzələlərinin iflici ilə yanaĢı, əzələ fəaliyyətinin müxtəlif pozulmaları da 
müĢahidə olunur. Dizartriyanın bu növü adətən erkən körpəlik dövründə 
(əsasən də 2 yaĢına qədər) yaranan uĢaq serebral iflic sindromuna 
daxildir. Onun yaranma səbəbləri baĢ beynin zədələnməsi, ĢiĢməsi, 
doğuĢ zədələnmələri ola bilər. Hərəkət pozğunluqları ümumi səciyyə 
daĢıyır. Üz mimikasız, hərəkətlər kobud olur. Bəzi uĢaqlarda bədənin 
sağ hissəsi, bəzilərində isə sol daha zədələnməyə məruz qalır. UĢaq özü-
özünü idarə edə bilmir, qaçma, tullanma hərəkətlərində kobudluq 
müĢahidə olunur. Qidanı çətin çeynəyir, ağzı sulanır.


66 
BRADİLALİYA 
Bradilaliya (yunan sözüdür, bradys-zəif, laliya –nitq deməkdir) 
patoloji zəiflədilmiĢ nitq tempidir. Nitq tempinin pozulmalarına aiddir. 
Bradifraziya, Bradiartriya, bradilogiya.
Bradilaliya ayrıca nitq tempinin pozulması ola bilər, eyni 
zamanda bir çox psixi xəstəliklərdə müĢahidə olunur: oliqofreniya, 
distrofik və orqanik zədələnmələrdə baĢ beynin zədələnməsi və 
ĢiĢlərində daha çox olur. Adətən bu xəstəlik fleqmatiklərdə, ləng hərəkət 
edən Ģəxslərdə olur. Bradilaliya Ģimal ölkələri sakinlərində ləng nitq 
tempi xas olanlarla eyni ola bilər. Etiologiyası: irsilik, ekzogen faktorlar 
(intoksikasiya), psixoloji səbəblər (tərbiyə, bənzətmə və s.) 
Patogenez: oyanma, qıcıqlanma proseslərinə üstün gələn ləngimə 
prosesinin patoloji güclənməsi, simptomlar: xarici və daxili nitqin 
zəiflədilməsi, oxu və yazı proseslərinin ləngidilməsi (bradileksiya) səsin 
monotonluğu, sözlər arasındakı fasilələrin uzadılması, səslərin uzun 
tələffüz edilməsi.
Qeyri-nitq simptomlar: ümumi motorika pozuntuları, əl, 
barmaqlar, sifətin mimik əzələlərinin hərəkətində əks olunur. Ümumən 
hərəkətlər çox ləng olur, sifət mimikasız. Bradilaliyanın yüngül 
formasında nitq və qeyri-nitq simptomları uĢaqlar tərəfindən hiss 
olunmur. Ağır formalarında nitqin pozulması və onunla bağlı psixoloji 
sarsıntılar dərk olunur.
Bradilaliyalı uĢaqların erkən yaĢlarında qüsurları aradan 
qaldırılarsa sonrakı nitqin formalaĢmasına mənfi təsiri istisna edir, 
həmçinin kəkələmənin profilaktikasına kömək edir.
Bradilaliya müxtəlif dərəcədə özünü büruzə verir. Onun yüngül və 
orta dərəcələri uĢağı az narahat edir. Ağır dərəcəsində isə ünsiyyət 
prosesi pozulur və nitq tempi pozulmaları pataloji kimi müəyyənləĢir. 
Bu nitq pozulmalarında korreksiya metodları da müxtəlif olur.
Bradilaliya nitq tempi və ritminin pozulmasının öyrənilməsi 
tarixində somatik, nevroloji yaxud psixi xəstəlik sindromunda təsvir 
edilib. Hələ XIX əsrin sonundan L.H.Florenskaya (1934), D.Veys 
(1950), M.Zeyeman (1962), M.Xvatsev (1959), irsiliyi, ekzogen amilləri 
(intoksikasiya, astenizasiya), psixoloji səbəbləri (tərbiyə, bənzətmə və s. 
A.Zibmanın 1900, A.Qutsman 1900, M.Nadoleçnı 1926, E.Fresels 
1936) nitq tempinə təsir etdiklərini tədqiq etmiĢlər.
Bir sıra müəlliflərin fikrincə bradilaliyanın patoge-nezində 
oyanma prosesinin üstün olan tormozlanma prosesinin patoloji 


67 
güclənməsi (M.Y.Xvatsev, Y.A.Flo-renskaya, B.S.Koçergina), mərkəzi 
motor pozulmaları (M.Zeyeman), həmçinin kortikal oyanmanın düzgün 
getməməsi (A.Kustmail) böyük əhəmiyyətə malikdir.
Bradilaliya ayrıca nitq tempinin pozulması olduğu kimi, bir sıra 
psixi xəstəliklərin klinikasında da müĢahidə oluna bilər: oliqofreniya, 
distrofiya, mərkəzi sinir sistemi xəstəliklərində, travma, baĢ beynin 
ĢiĢində ola bilər.
Onun nitq simptomatikası müxtəlifdir: daxili və xarici nitqin 
ləngidilməsi, oxu və yazı zəifliyi. 
Səslər və sözlər bir-birini tez-tez dəyiĢir və adi hallarda 
olduğundan fərqlənir, hecalar qısa fasilələrlə ayrılır. Səslərin 
artikulyasiyası dəyiĢə bilər, lakin heca və sözlərin koordinasiyası 
pozulmur. Temp və tembrdə dəyiĢiklik müĢahidə olunur.


68 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin