Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə25/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   84
Loqopediya (Mühazirələr)

TAXİLALİYA 
Taxilaliya (yunan sözündən tachus –tez və lalio-nitq) – patoloji 
sürətləndirilmiĢ nitq tempidir. Nitq tempi pozulmalarına aiddir. 
Taxifraziya kimi sinonimi var. Xəstəliyin yaranma səbəbləri: mərkəzi 
nitq 
mexanizminin 
pozulması, irsilik, qavramanın pozulması, 
artikulyasiyanın kifayət qədər olmaması. Xəstəlik prosesində oyanma 
prosesinin üstünlüyünə görə daxili və xarici nitq tempinin pozulması 
müĢahidə olunur. Simptomları: fonetik, leksik və qrammatik quruluĢda 
heç bir təhriflər olmadan sürətli nitq tempi (saniyədə 10-12 səs əvəzinə 
20-30 səs)müĢahidə edilir. Qeyri-nitq simptomları: ümumi motorikanın, 
sinir sisteminin, psixi proseslərin dəyiĢməsi və pozulması. Taxilaliyalı 
insanlarda ümumi hərəkət tempi pozulur: hərəkətlər tez olur, 
hiperaktivlik özünü büruzə verir. UĢaqlar yataqda çox narahatçılıq 
keçirir.
Beləliklə, taxilaliya-digər pozğunluğu olmadan sürətli nitqdir. 
Onların iki forması xüsusilə qeyd olunur: Battarizm və poltern. 
Taxilaliya və onun qeyd etdiyimiz formaları kəkələmə ilə müqayisə 
oluna bilər, lakin bu müxtəlif nitq pozuntularıdır.
Battarizm (yunan sözündən əmələ gəlib-battarizmos-kəkələmə) – 
cümlələrin düzgün qurulmaması, sözlərin dəqiq tələffüz edilməməsi, 
axıra kimi deyilməməsi ilə müĢahidə olunan patoloji sürətli nitq 
tempidir. Ona yaxın parafraziyadır. Onun yaranma səbəbləri: vərdiĢ 
halları, diqqətin pozulması, danıĢmaq istəyi ilə nitq hərəkəti imkanları 
arasındakı uyğunsuzluq, beyində baĢ verən dəyiĢikliklər. Xəstəlik 
prosesində sözlərin, hecaların ötürülməsi və yerlərinin dəyiĢdirilməsi, 
nitqin məntiqsiz söylənilməsi, onun xaotikliyi, saitlərin uzadılması, 
sözlərin seçilməsindəki çətinlik, nitqin ümumən təĢkilindəki çətinlliklər 
müĢahidə olunur. Fizioloji iterasiyalar (iteracio-latın sözü olub, 
təkrardır). UĢaqların məktəbəqədərki dövründə eĢitmə və nitq hərəkəti 
analizatorların formalaĢmaması ilə Ģərtləndirilən bəzi və hecaların təkrar 
edilməsi özünü göstərir. Eyni zamanda dayanma və təkrarlar. ġifahi 
nitqin temp və ritm pozuntularına aiddir. Bu cür hallar uĢaqlarda nitqin 
formalaĢması dövründə büruzə verir və 4-5 yaĢına tam aradan qaldırılır. 
UĢaq nitqindəki trezasiyalar baĢ beyin qabığında söz və söz 
birləĢmələrinin eĢidilməsinin möhkəmlənməsi nəticəsində yox olan təbii 
qanunauyğun haldır. Lakin uĢağın sinir zəifliyində digər əlveriĢsiz 
amillər zamanı fizioloji iterasiyalar kəkələməyə çevrilə bilər.


69 
Poltern (dilin dolaĢması)-fasiləli nitq tempi ilə səciyyələnən 
patoloji sürətli nitqdir. Yaranma səbəbləri: anadangəlmə inkiĢaf 
anomaliyaları. Poltern zamanı nitq eyni vaxtda səthi və abstrakt səciyyə 
daĢıyır, mənaca aydın deyil, artikulyasiyasında pozulmalar müĢahidə 
olunur. Burada daxili təfəkkürdə qarĢılığı əks etdirən sintaktik 
pozğunluq və aqramatizmin elementləri aĢkar olunur.
Poltern bir neçə qrupa ayrılır:
I qrup-hərəkəti pozğunluqlu, simptomları. Sürətli nitq və nitq 
səslərinin artikulyasiyasındakı əyintilər; 
II qrup – sensor pozğunluqlarla, simptomlar lazımi sözlərin 
tapılmasındakı çətinliklər, eĢitmə diqqətinin pozulması;
III 
qrup 
–lazımi lüğət ehtiyatına baxmayaraq nitqin 
formalaĢdırılmasındakı çətinliklər; 
IV qrup – sözlərin seçilməsində və yaxud ümumi nitqin 
formalaĢdırılmasında daima çətinlikləri əks etdirən, ayrı-ayrı saitlərin 
uzadılması ilə kəsiĢən dilin dolaĢması.


70 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin