10
NİTQ APARATININ ANATOMİK-FİZİOLOJİ
QURULUŞU
UĢaqlarda düzgün və rəvan nitqi formalaĢdırmaq, onlarda mövcud
nitq çatıĢmamazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik-
fizioloji aparatı haqqında biliklər olmalıdır. Nitq aparatı bir-biri ilə sıx
qarĢılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik
(icraedici) hissədən ibarətdir.
Mərkəzi nitq aparatı baĢ beyində yerləĢir və o, baĢ beyin qabığından
(daha çox sol yarımkürə), qabıqaltı düyünlərdən, ötürücü yollardan,
beyin kökünün (uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və
artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.
Nitq ali sinir fəaliyyətinin digər sahələri kimi reflekslər əsasında inkiĢaf
edir. Nitq refleksləri beyinin müxtəlif sahələrinin fəaliyyəti ilə
əlaqədardır. Lakin beynin qabığının müəyyən hissələri nitqin
yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah,
ənsə və peysər hissələridir. Alın qırıĢlarının alt hissələri nitqin hərəkət
sahəsi olub insanın özünün nitqinin yaranmasında iĢtirak edir. (Brok
mərkəzi). Yuxarı gicgah qırıĢları nitq-eĢitmə sahəsi olub səs
qıcıqlandırıcılarını qəbul etməkdə iĢtirak edir. (Vernike mərkəzi). Beyin
qabığının ənsə payı isə nitqin baĢa düĢülməsini təmin edir. Peysər
hissədə görmə mərkəzi yerləĢir və o, yazılı nitqi qavramağa imkan verir.
Bundan baĢqa görmə eyni zamanda böyüklərin artikulyasiyasını
qavramağa kömək edir.
Qabıqaltı düyünlər nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir.
Ötürücü yollar. BaĢ beyin qabığı danıĢıq üzvləri ilə iki cür sinir
yolları ilə əlaqədardır: mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər.
Mərkəzdənqaçan (hərəki) sinir yolları pereferik nitq aparatının
fəaliyyətini tənzimləyən əzələləri baĢ beyin qabığı ilə əlaqələndirir.
Mərkəzdənqaçan sinir öz yolunu baĢ beyin qabığının Brok mərkəzindən
baĢlayır.
Ətrafdan mərkəzə, yəni danıĢıq üzvlərindən baĢ beyin qabığına gedən
yollara isə mərkəzəqaçan sinirlər daxildir.
Mərkəzəqaçan yol proproreseptorlardan və baroreseptorlardan
baĢlayır. Proprioreseptorlar əzələlərin, vətərlərin içərisində və hərəkət
üzvlərinin oynaq sahələrində yerləĢir. Proprioreseptorlar əzələ
yığılmalarının təsiri altında qıcıqlanırlar.
Baroreseptorlar udlaqda yerləĢir və onlara edilən təsirin dəyiĢməsi ilə
qıcıqlanır. Ġnsan danıĢarkən proprio və baroreseptorların qıcıqlanması
11
baĢ verir. Mərkəzəqaçan yollar nitq üzvlərinin bütün fəaliyyətinin
ümumi tənzimləyicisi kimi mühüm rol oynayır.
Beyin kökünün nüvəsində kəllə-beyin sinirləri öz baĢlanğıcını
götürür. Bütün pereferik nitq aparatının üzvləri kəllə-beyin sinirləri ilə
innervasiya (hər hansı bir üzvün və ya toxumanın sinif hüceyrələri ilə
təmin olunması) olunur.
Bunlardan əsasları üçlü, üz, dil-udlaq, azan, əlavə və dilaltı sinirlərdir.
Üçlü sinir alt çənənin hərəkətə gətirən əzələləri, üz siniri mimiki
əzələləri, o cümlədən, dodaq, yanaq əzələlərini innervasiya edir. Dil-
udlaq və azan sinir, qırtlaq, səs büküĢləri, udlaq və yumĢaq damaq
əzələlərini, əlavə sinir boyun əzələlərini, dilaltı sinir isə dilin əzələlərini
innervasiya edir.
Bundan əlavə dil-udlaq sinirləri dilin hissiyyat siniri hesab edilir.
Azan sinir isə tənəffüs və ürək əzələlərinin innervasiyasını təmin edir.
Pereferik nitq aparatı 3 Ģöbədən ibarətdir «nəfəs», (tənəffüs), səs və
artikulyasiya.
1.Nəfəs Ģöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir.
Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baĢ verir.
Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi,
həm də artikulyasiya funksiyası daĢıyır. DanıĢıq zamanı nəfəs alma və
vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. DanıĢan zaman
insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq
tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danıĢıq zamanı nəfəs
vermədə qarınboĢluğunun və qabırğalararası daxili əzələləri də iĢtirak
edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını
təmin edir.
Səs Ģöbəsi qırtlaq və səs tellərindən ibarətdir. Qırtlaq geniĢ qısa boru
olub, qığırdaq və yumĢaq toxumadan əmələ gəlmiĢdir. O, boyunun ön
hissəsində yerləĢir və irəlidən, yanlardan əllənir. Yuxarıdan qırtlaq
udlağa, aĢağıdan isə nəfəs borusuna (traxeyaya) keçir.
Qırtlaqla udlaq arasında qırtlaqüstü yerləĢir. O, qığırdaq toxumasından
əmələ gəlib, dilçək və ya ləçək formasında olur. Qırtlaqüstünün ön səthi
dilə, arxa hissəsi isə udlağa doğru uzanır. Qırtlaqüstü udma
hərəkətlərində aĢağı düĢüb qırtlağa giriĢi bağlayaraq oraya qida,
tüpürcək və yad cisimlərin düĢməsindən qoruyan tıxac rolunu oynayır.
Qırtlağın içərisində onun giriĢindən bir qədər kənarda səs keçidi
yerləĢir. O, səs tellərindən yaranaraq adi tənəffüsdə geniĢ açılaraq
bərabəryanlı üçbucaq formasını alır. bu zaman alınan və verilən hava
axını səssiz həmin geniĢ səs keçidindən keçir.
12
Səsin yaranması zamanı səs telləri yumulmuĢ vəziyyətdə olur.
Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuĢ səs tellərinin
büküĢləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri
özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə
də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava
axınının təzyiqi dayandırılsın. BaĢqa sözlə, fonasiyada (səslənmə) səs
tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aĢağıya
deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin
rəqslənməsi ətraf mühitə ötürülərək danıĢıq səsi kimi qavranılır.
Səs güçə , ucalığa və tembrə malikdir. Səsin gücü səs tellərinin
rəqslənməsinin amplitudundan, yəni, nəfəsvermənin gücündən asılıdır.
Səsin gücünə udlaq, ağız və burun boĢluqlarının təsiri böyükdür.
Rezonator boĢluqlarının forma və böyüklüyündən, eləcə də qırtlağın
quruluĢundan asılı olaraq səs müəyyən fərdi «çalar» qazanır. Buna səsin
tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər.
Səsin ucalığı səs tellərinin rəqslənmə tezliyindən, o isə gərginliyin
uzunluğu, qalınlığı və dərəcəsindən asılıdır. Səs telləri nə qədər uzun,
qalın və az gərginləĢərsə səs bir o qədər alçaq olar.
Dostları ilə paylaş: |