Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə32/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   84
Loqopediya (Mühazirələr)

Birinci qrup – fonematik qavramanın inkiĢafsızlığı ilə bağlı olan 
oxunun pozulması (fonemlərin fərqləndirilməsi). 
İkinci qrup – fonematik təhlilin pozulması ilə bağlı olan oxunun 
pozulması. Bu zaman oxu zamanı həfrlərlə oxu, sözün səs-heca 
quruluĢunun təhrifi kimi səhvlərə yer verilir.
Sözün səs-heca quruluĢunun təhrifi oxu zamanı samitlərin 
düĢməsi (paltar-patar); samitlərin arasında sait səslərin iĢlənməsi 
(bulvar-bulavar); hecaların yerini dəyiĢdirməsi (kəpərək-kəpənək) ilə 
özünü göstərir.
Semantik disleksiya özünü mətnin texniki cəhətdən düzgün oxusu 
zamanı cümlə və sözlərin baĢa düĢülməsində göstərir. Yəni burada söz 
və cümlələr düzgün oxunsa da onlar baĢa düĢülmürlər. Bu qüsur 
hecalarla oxuda daha çox müĢahidə olunur. Belə ki, hecalarla sözü 
oxuduqdan sonra uĢaq onun Ģəklini göstərə bilmir, sözün mənası ilə 
bağlı suallara cavab verə bilmirlər. Bundan baĢqa oxunulan söz və 
cümlələrin baĢa düĢülməməsi sintetik oxuda – sözlərin bütöv 
oxunuĢunda da müĢahidə olunur. 
Oxunulanın baĢa düĢülməməsi qüsuru əsasən iki faktorun olması 
ilə Ģərtlənir: 1.Dəqiqsizlik və səs-heca təhlilinin çətinliyi; 2.Cümlə 
daxilində sintaktik əlaqələr haqqında təsəvvürlərin differensiasiya 
edilməməsi. Oxu prosesində sözlərin hecalara ayrılması oxunulanın baĢa 
düĢülməsinin əsas səbəblərindən biridir. Fonematik və heca sintezinin 
pozulması nəticəsində uĢaqlar sözü tanımır, çünki hecalarla oxuda 
sözlər hissələrə parçalanır, uĢaqlar isə həmin hecaları birləĢdirib bütöv 
bir söz yarada bilmirlər. Onlar oxuduqlarının mənasını dərk etmir və 
mexaniki olaraq bu prosesi həyata keçirirlər.
Semantik disleksiyalı uĢaqlar aĢağıdakı tapĢırıqları yerinə 
yetirməkdə çətinlik çəkirlər: 
a) aralarında qısa fasilələrlə tələffüz edilən ayrı-ayrı təcrid 
olunmuĢ fonemləri birləĢdirib bir söz kimi deyə bilmirlər (ç, ö, r, ə, k).
b) Hecalarda verilmiĢ sözləri cümlə Ģəklində tələffüz edə bilmirlər 
(la-lə, çi-çək, top-la-yır). 
Aqrammatik disleksiya əsasən nitqin qrammatik quruluĢunun 
inkiĢafsızlığı, morfoloji və sintaktik ümumiləĢdirmənin olmaması ilə 


119 
Ģərtlənir. Bu çatıĢmamazlıq zamanı sözlər hallara, kəmiyyətə, Ģəxs və 
zamana görə düzgün dəyiĢmirlər.
Aqrammatik disleksiya müxtəlif patogenezli nitq qüsurları olan 
(oxu vərdiĢinin sintetik mərhələdə formalaĢması ilə bağlı) uĢaqlarda 
daha çox təsadüf edilir.
Mnestik disleksiya zamanı bütün hərflərin qavranılması və onların 
dəyiĢmə çətinliyi baĢ verir. bu qüsur səslə hərf arasında əlaqənin 
yaradılması proseslərinin pozulması və nitq yaddaĢının çatıĢmazlığı ilə 
Ģərtlənir. Belə ki, uĢaqlar 3-5 səsdən və ya sözdən ibarət sıranı 
ardıcıllıqla deyə bilmir, əgər deyirsə də bu zaman onların ardıcıllığını 
pozur, kəmiyyətini azaldır, səsləri və ya sözləri buraxırlar.
Optik 
disleksiyada 
qrafik 
cəhətdən 
oxĢar 
hərflərin 
mənimsənilməsində çətinlik olur. uĢaqlar bir-birindən elementlərinə 
görə fərqlənən və ya eyni elementlərə malik olan hərfləri ya dəyiĢik 
salır, ya da qarĢılıqlı əvəz edirlər.
Optik disleksiya zamanı hərflərin tapılması, düzgün hərfi düzgün 
olmayan hərfdən fərqləndirmək, çatıĢmayan elementi hərfə əlavə etmək 
bacarığı olmur. Məsələn, uĢağa «r» hərfindən «b» hərfini, «s» hərfindən 
«o» hərfini düzəltmək tapĢıranda onlar bunu yerinə yetirməkdə çox 
böyük çətinliklər çəkirlər.
Literal optik disleksiyada təcrid olunmuĢ hərflərin tanınması və 
hərflərin fərqləndirilməməsi qüsuru müĢahidə edilir.
Verbal disleksiya zamanı isə sözü oxuyarkən yaranan çətinliklər 
özünü göstərir.
Taktik disleksiya əsasən görmə qüsurlu uĢaqlarda – korlarda 
müĢahidə olunur. Bu Brayl əlifbasının taktil qavranılması zamanı 
hərflərin fərqləndirilməməsidir. Oxu prosesində taktilə görə aĢkar 
həfrlər nöqtələrinin sayına görə qarıĢdırılır və ya əvəz edilir.
Müasir dövrdə yazı qüçurları da ayrıca bir nitq qüsuru kimi təsdiq 
edilir.
Disqrafiya –yazı prosesinin qismən spesifik pozulmasıdır. Yazı 
nitq fəaliyyətinin çox səviyyəli və mürəkkəb formalı prosesidir. Bu 
prosesdə müxtəlif analizatorlar: nitqi eĢitmə, nitqi hərəkət, görmə və 
ümumi hərəkət iĢtirak edir. Yazı fəaliyyəti zamanı bu analizatorlar 
arasında qarĢılıqlı Ģərtilik və sıx əlaqə yaranır. Bu prosesin strukturu 
yazıya yiyələnmə vərdiĢlərinin mərhələlərindən, onun vəzifə və 
xarakterindən asılıdır. Demək lazımdır ki, yazı Ģifahi nitq prosesləri ilə 
sıx bağlıdır və onun kifayət qədər inkiĢafının yüksək səviyyəsi əsasında 
həyata keçirilir.


120 
YaĢlı adamın yazı prosesi avtomatlaĢmıĢ olur və bu vərdiĢə 
yiyələnən uĢağın yazısından ciddi surətdə fərqlənir. Belə ki, böyüklərdə 
yazı məqsədyönlü fəaliyyət olub müəyyən fikrin ötürücü və ya 
qeydiyyatı məqsədi daĢıyır. YaĢlı adamın yazısının xarakteri bütövlüyü, 
əlaqələnməsidir və sintetik prosesdir. Sözlərin qrafik surətləri ayrı-ayrı 
elementlərlə (hərflərlə) yaradılmayıb. Bütöv tam kimi meydana çıxır: 
Söz bir motor aktı kimi yaradılır. Yazı prosesi avtomatik və iki nəzarət 
vasitəsi ilə: kinestetik və görmə həyata keçir.
Bu baxımdan əlin avtomatlaĢdırılmıĢ hərəkəti Ģifahi nitqin yazılı 
nitqə keçməsində mürəkkəb prosesin ən sonuncu mərhələsi hesab etmək 
olar.
Yazı prosesi çoxsəviyyəli struktura malik olub, böyük sayda 
əməliyyatları özündə birləĢdirir. YaĢlı adamda bu ixtisar olunmuĢ, 
qısaldılmıĢ xarakter daĢıyır.
A.R.Luriya 
yazının 
aĢağıdakı 
əməliyyatlarını 
müəyyənləĢdirmiĢdir: 
Yazı təhrik, motor və vəzifələrdən baĢlanır. Ġnsan nə üçün, hansı 
məqsədlə yazdığını bilir: qeyd etmək, informasiyanı müəyyən müddətə 
saxlamaq, baĢqasına yetirmək, hər hansı bir fəaliyyətə təhrik etmək. Bu 
zaman fikrən yazacağı ifadəni planlaĢdırır, onun məna proqramını, 
fikrin ümumi ardıcıllığını müəyyənləĢdirir. Ġlkin fikir cümlənin 
müəyyən quruluĢu ilə uyğunlaĢdırılır.
Yazı prosesində yazan Ģəxs müəyyən qaydanı gözləməli, nəyi 
yazdığını və nəyi yazacağını bilməlidir.
Hər bir yazılacaq cümlə onu təĢkil edən sözlərə ayrılmalıdır, çünki 
yazıda hər bir sözün müəyyən hüdudu olmalıdır. Yazı prosesində ən 
mürəkkəb əməliyyatlardan biri sözün səs quruluĢunun təhlilidir. Düzgün 
yazmaq üçün sözün səs quruluĢunu, ardıcıllığını və hər bir səsin yerini 
mükəmməl bilmək lazımdır. Sözün səs təhlili nitqeĢitmə və nitq hərəkət 
analizatorların birgə fəaliyyəti nəticəsində mümkün olur. Səslərin 
müəyyənləĢdirilməsində, ardıcıllığını gözləməkdə ən əsas rolu öz-özünə 
demək tutur (pıçıldamaq, ucadan və ya daxildə demək). Sözün öz-özünə 
təkrar edilməsi barədə bir çox tədqiqatçılar müsbət rəy söyləyərək 
göstərirlər ki, bu səhflərin az olmasında, səslərin ardıcıllığını və 
xarakterini müəyyənləĢdirməkdə yazan Ģəxsə çox böyük kömək göstərir.
Yazıdakı sonrakı əməliyyatlardan biri digər səslərdən, xüsusi ilə 
oxĢar səslərdən qrafik cəhətdən fərqlənən fonemləri görmə surətləri 
vasitəsi ilə hərflə uyğunlaĢdırmaqdır. Qrafik cəhətdən oxĢar hərflərin 


121 
fərqləndirilməsi üçün kifayət qədər məkani təsəvvürlərin, görmə təhlil 
və tərkib proseslərinin formalaĢması gərəkdir. Birinci sinif Ģagirdi üçün 
hərflərin təhlili və tərkibi o qədər də asan məsələ deyildir.
Göstərilən əməliyyatdan sonra yazının motor (hərəkət) prosesi 
gəlir. Bu proses zamanı hərflərin görmə surəti əl hərəkətləri vasitəsi ilə 
yerinə yetirilir. Hərfin yazılması zamanı sözlərin ginestetik nəzarəti 
görmə: yazılanın oxunması ilə həyata keçirilir. Normada yazı prosesi 
müəyyən nitq funksiyaların kifayət qədər formalaĢma səviyyəsi; səslərin 
eĢitmə və fərqləndirilməsi, onların düzgün tələffüz edilməsi, nitqin təhlil 
və tərkibi, dilin leksik-qrammatik tərəflərinin formalaĢması, görmə ilə 
analiz və sintezi, məkani təsəvvürlər əsasında həyata keçirilir.
Yuxarıda göstərilən hər hansı bir funksiyanın pozulması yazı 
vərdiĢlərinə yiyələnmək prosesini pozub disqrafiya yaradır. Beləliklə də, 
disqrafiya normada yazı proseslərini həyata keçirən ali psixi 
funksiyaların inkiĢafsızlığı (dağılması) nəticəsində meydana çıxır.
Qeyd etmək lazımdır ki, yazı pozğunluqları aĢağıdakı terminlərlə 
adlandırılır: 
Disqrafiya, aqrafiya, dizfoqrafiya, evolyusiyalı disqrafiya. 
Disqrafiyanı yaradan səbəblər disleksiyada olduğu kimidir. 
UĢaqlarda disqrafiya bir çox ali psixi funksiyaların: görmə təhlil və 
tərkibi, məkani təsəvvürlər, danıĢıq səslərinin eĢitmə-tələffüz 
fərqləndirilməsi, fonematik, heca təhlil və tərkibi, cümlələrin sözlərə 
parçalanması, nitqin leksik-qrammatik quruluĢu, hafizə və diqqətin 
pozulması, emosional-iradi sfera və s. pozulması, formalaĢmaması 
nəticəsində meydana çıxır.
Disqrafiyanın növləri çoxdur. Bu bir çox prinsiplərə görə: 
analizatorların pozulması, psixi funksiyaların inkiĢafdan qalması, yazı 
əməliyyatlarının formalaĢması və s. görə təsnif edilir.
Müasir dövrdə ən çox iĢlənən təsnifat aĢağıdakılardır:
1.Artikulyator-akustik disqrafiya; 
2.Fonemlərin tanınmasının pozulmasına əsaslanan disqrafiya; 
3.Dilin analiz və sintezinin pozulması ilə Ģərtlənən disqrafiya; 
4.Aqrammatik disqrafiya; 
5.Optik disqrafiya. 
1.Artikulyator-akustik disqrafiya. 
M.E.Xvatsev bu qüsuru «yarıda pəltəklik» termini ilə 
müəyyənləĢdirmiĢdir.
Artikulyator –akustik disqrafiya zamanı uĢaq necə tələffüz edirsə, 
eləcə də yazır. Bunun əsasını düzgün olmayan, səs tələffüzün yazıda əks 


122 
olunması təĢkil edir. Yazı zamanı səslərin düzgün olmayan tələffüzünün 
öz-özünə deyilməsinə əsaslanaraq uĢaq yazıda öz səhv tələffüzünü əks 
etdirir.
Artikulyator-akustik disqrafiya özünü hərflərin buraxılması, 
əvəzlənməsi kimi göstərir və bu Ģifahi nitqdə səslərin buraxılması, 
əvəzlənməsinə uyğun olur. Bu qüsur Ģifahi nitq pozulmaları: dizartriya, 
rinolaliya və polimorf xarakterli dislaliyada daha çox müĢahidə edilir. 
Bəzən hərflərin əvəzlənməsi və buraxılması Ģifahi nitqin 
korreksiyasından sonra da qalır. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin