Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə33/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   84
Loqopediya (Mühazirələr)

 
 
2.Fonemlərin tanınmasının pozulmasına 
 əsaslanan disqrafiya. 
Ənənəvi terminologiyaya görə bu akustik disqrafiya kimi də 
tədqiq edilir.
Bu qüsur fonemlərin differensiasiyasına əsaslanır və özünü 
fonetik cəhətdən yaxın səslərə uyğun hərflərin əvəzlənməsində göstərir. 
Lakin Ģifahi nitqdə həmin səslər düzgün tələffüz olunur. Tez-tez əvəz 
edilən həfrlər aĢağıdakı səslərə uyğundur: fitli və fıĢıltılı (z-s, j-Ģ, v-f) 
kar və cingiltili (t-d; k-q; q-ğ; b-p; və s.) afrikatlar (c-ç). 
Disqrafiyanın bu növünün mexanizmləri barədə müxtəlif fikirlər 
mövcuddur.
Ġ.A.Ximnyaya, E.F.Sabotoviç, L.V.Çistoviç və baĢqaları 
fonemlərin tanılması zamanı bir neçə əməliyyatın icra olunduğunu 
göstərirlər: 
1.Qavrama zamanı nitqin eĢitmə ilə təhlili aparılır. 
2.Akustik surətlər proprioseptiv təhlil və mühafizə olunmuĢ 
kinestetik təsəvvür və qavrama ilə təmin olunmuĢ artikulyator prosesə 
keçirilir. 
3.EĢitmə və kinestetik surətlər lazımi qərarı qəbul edənədək 
müəyyən müddətdə saxlanılır. 
4.Səs fonemlə uyğunlaĢır və fonemin seçilməsi əməliyyatı baĢ 
verir. 
5.EĢitmə və kinestetik nəzarət əsasında nümunə ilə fərqləndirmə 
baĢlanır, sonra isə qərar qəbul edilir.
Yazı prosesində bu əməliyyatların həyata keçirilməsi 
mürəkkəbləĢir və fonem müəyyən hərflərin görmə surətləri ilə 
uyğunlaĢır. Digər tədqiqatçılar belə hesab edirlər ki, fonetik cəhətdən 
yaxın səsləri göstərən fonemlərin əvəzlənməsinin əsasında eĢitmə ilə 


123 
qavramanın qeyri-dəqiqliyi, eĢitmə ilə səslərin düzgün differensiya 
edilməsi durur.
Düzgün yazı üçün Ģifahi nitqdən fərqli olaraq səslərin eĢitmə ilə 
daha zərif, incə differensiyası tələb olunur. ġifahi nitqdə eĢitmə ilə 
differensiyasının kiçik qeyri-dəqiqliyi nitq təcrübəsində möhkəmlənmiĢ 
motor steroetiplər hesabına, sinestetik surətlər vasitəsi ilə aradan 
qaldırılır. Yazı prosesində isə fonemlərin düzgün seçilməsi və 
fərqləndirilməsi üçün səsin bütün akustik əlamətlərinin incə təhlili lazım 
gəlir. Digər tərəfdən yazı prosesində səslərin differensiyası, fonemlərin 
seçilməsi, eĢitmə surətləri və təsəvvürlərinin iz buraxma fəaliyyəti 
əsasında həyata keçirilir.
Beləliklə də, düzgün yazı vərdiĢi üçün fonemlərin seçilməsi və 
fərqləndirilməsi əməliyyatlarının hamısının yüksək səviyyədə fəaliyyət 
göstərməsi çox vacibdir. Buna görə də bu həlqələrin hər hansı birinin 
pozulması (eĢitmə və kinestetik təhlil, fonemlərin seçilməsi, eĢitmə və 
kinestetik nəzarət) özünü yazıda hərflərin əvəzlənməsində göstərən 
fonemlərin tanınması prosesini bütövlükdə çətinləĢdirir. Göstərilənləri 
nəzərə alaraq disqrafiyanın bu formasının özünün bir neçə növünü 
müəyyənləĢdirmək olar: akustik, kinestetik və fonematik.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin