25
hissələrinin üzün, dilin, xirtdəyin, döĢ qəfəsinin əzələlərini sinir
toxumları ilə təmin edən tərəflərinin zədələnməsi nəticəsində meydana
çıxır. Bunun pozulması dizartriya və anartriya kimi ağır nitq qüsurlarını
törədir.
Nitq qüsurlarının araĢdırılması zamanı fəaliyyəti yerinə yetirən və
aktivliyi planlaĢdırmağa kömək edən sinir mexanizmlərinin rolunu
nəzərə almaq lazımdır. ümumiyyətlə, nitq patologiyaları çox zaman
hərəkət sistemi və yaxud reseptor fəaliyyətinin müxtəlif dərəcədə ifadə
olunmuĢ pozulmaları ilə bağlıdır. Bundan baĢqa elə nitq qüsurları vardır
ki, onlar neyrodinamik proseslərin pozulması nəticəsində baĢ verirlər.
Məhz buna görə də nitq qüsurlarının sinir sistemi pozğunluqları ilə bağlı
məsələlərin diqqətdən keçirtmək lazımdır.
Əvvəldən göstərdik ki, nitq qüsurları əsasən baĢ beyinin
müxtəlif
sahələrinin zədələnməsi zamanı baĢ verir. Məlumdur ki, insanın baĢ
beyin qabığında küllü miqdarda sinir hüceyrələri vardır.
BaĢ beyin qabığının zədələnməsi zamanı müxtəlif nitq
fəaliyyətinin pozğunluqları, afaziya, alaliya, dizartriya eləcə də digər
qüsurlar, xüsusilə hissiyyət, hərəkət və praksisin, stereoqnozun müxtəlif
ağır, mürəkkəb funksiyalarının pozulması baĢ verir.
Böyük yarımkürələr alın, gicgah, əmgək və əncə hissələrinə
bölünür və hər bir hissə müxtəlif qırıĢ və simptomlara malik olur. BaĢ
beyin yarımkürələrinin qabığının zədələnməsi simptomatikası onun
hansı hissənin zərər çəkdiyindən asılıdır. Nitq pozğunluqları ən çox
dominant yarımkürələrin arxa hissələrinin üçüncü alın qırıĢlarının
(motor afaziya, motor alaliya), yuxarı gicgah payının qırıĢlarının (sensor
afaziya, sensor alaliya), gicgah-əmgək birləĢməsi və ənsə payının
zədələnməsi zamanı baĢ verir. Sol yarımkürələrinin kənarüstü
qırıĢlarının zədələnməsi mürəkkəb hərəkət vərdiĢlərinin dağılmasına
səbəb olur. Bu hal loqopediyada apraksiya adlanır. Apraksiya zamanı
avtomatlaĢdırılmıĢ hərəkətlər unudulur. Məsələn: dilin apraksiyası
zamanı xəstə dilini ağzına sala bilmir, bundan baĢqa dilin yuxarı, aĢağı
hərəkətləri məhdudlaĢır, nəticədə nitq fəaliyyətinin inkiĢafında mühüm
rol oynayır. Qabıqaltı düyünlər sinir sisteminin
digər üzvü ilə birlikdə
ekstraknid sistemini təĢkil edir. Bu sistemin əsas vəzifəsi hərəkət aktına
hazırlıq və yerinə yetirilmə prosesində onun korreksiyasıdır.
Ekstrapiramid sistem görmə təpəciklərinin həssas törəmələri ilə sıx bağlı
olub həm də emosional-hərəkət reaksiyaların həyata keçməsində iĢtirak
edir. (məs: mimiki hərəkətlər) Ekstrapiramid sistem əzələ tonusunu
dəyiĢdirir. O ağırlıq mərkəzinin yerini dəyiĢdirir, müəyyən əzələ
26
qruplarını iĢdən azad edir, antoqonist əzələlərini tonik gərginliyini
hərəkət prosesində dəyiĢdirir. Bu sistemin pozulması əzələ fəaliyyətinin
kobud qüsurlarına gətirib çıxarır. Belə qüsurlardan biri qeyri-iradi,
zorakı hərəkət-giperginezdir.
Qeyd etmək lazımdır ki, ekstrapiramid sisteminin zədələnməsi
nəticəsində yaranmıĢ nitq fəaliyyətinin qüsurları
çox xarakterik və
müxtəlifdir. Məsələn: atrikulyasiya əzələsində giperginezin olması nitqi
təhrif edib dərk edilməyən vəziyyətə salır. Atetoz zamanı ağızın qeyri-
iradi açılıb dili tamamilə çölə atması uĢağı danıĢmaqdan məhrum edir.
Xoreya zamanı nitq pozğunluqları baĢqa bir xarakter alır. Belə ki,
diafraqma və qabırğaarası əzələlərin periodik zorakı hərəkətləri
nəticəsində mütəmadi nəfəsvermə yaranır, bu isə öz növbəsində nitqin
rəvanlığını pozur, danıĢıq zamanı qeyri-ixtiyari qıĢqırıq, inilti müĢahidə
edilir. Anoloji qıc olmalar xirtdək əzələlərində və dildə özünü göstərir
və səslərin təhrif edilmiĢ tələffüzünə səbəb olur.
Nitqin yaranmasında və inkiĢafında beyinin və beyin kökünün də
böyük rolu vardır. Belə ki, beyin kökündə çox böyük sayda baĢ beyin
hissələrini əlaqələndirən və onu onurğa ilə bağlayan nüvə, ötürücülər
vardır. BaĢ beyin kökündə olan hüceyrə qrupları baĢın müxtəlif
törəmələri ilə münasibətdə hərəkət və hissi fəaliyyəti həyata keçirən
kəllə-beyin Ģüurlarının baĢlanğıcını əmələ gətirir. Kəllə-beyin sinirləri
bunlardır: göz hərəkəti, blokabənzər, üçlü, dolayı, üz, azan, dil-udlaq,
dilaltı, əlavə və vestibulyar sinirlər. Bu sinirlərin nitq fəaliyyəti
qüsurlarının yaranmasındakı rolu onların inervasiyasının,
xüsusilə,
artikulyasiya
əzələlərinin
hərəkətinin
əhəmiyyətindən
asılı
müəyyənləĢdirilir. Məs: üçlü sinir çeynəmə əzələlərini sinirlərlə və sinir
toxumaları ilə təmin edir. bu Ģüurun zədələnməsi zamanı alt çənə
sallanır və bağlamanın qeyri-mümkünlüyü düzgün artikulyasiyanı daha
da çətinləĢdirir. Üz siniri üzün uyğun tərəfinin mimiki əzələlərini çox
böyük hissəsini innevasiya edir. Bu funksiyasının pozulması zamanı
xəstə gözlərini bağlaya, qaĢlarını çata bilmir, yanaqlarını ĢiĢirtməyi və
dodaqlarını boru Ģəklinə salmağı bacarmır. Dil-dodaq sinirinin hərəkət
hissəsi yumĢaq damağı və udlağın yuxarı hissəsini innervasiya edir.
ġüurun zədələnməsi həmin əzələlərin iflicinə səbəb olur. Azan sinir döĢ
və qarın boĢluğunun bütün üzvlərini, xirtdək, udlaq və damaq
əzələlərini innervasiya edir. Dilaltı sinir isə dilin əzələlərini innervasiya
edib, onu yuxarı, irəli və yanlara doğru hərəkətə gətirir. Yuxarıda
göstərilən bütün sinirlərin zədələnməsi
nəticəsində artikulyasiya
aparatının hərəkəti və səslənmə prosesi pozulur.
27
Göstərmək lazımdır ki, nitq qüsuru ilə əziyyət çəkən uĢaqların
müəyyən günü sinir sisteminin bu və ya digər xəstəliklərinə tutulmuĢ
olurlar.
Sinir sistemi xəstəlikləri üzvü və funksional olmaqla iki yerə
bölünür. Üzvü xəstəliklər sinir sistemi toxumalarında çox və ya az
dərəcədə struktur dəyiĢmələri zamanı baĢ verir. Funksional sinir
xəstəliklərinin əsasını neyrodinamik pozulmalar təĢkil edir.
Dostları ilə paylaş: