Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


Mürəkkəb fəaliyyət növlərindən istifadə



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə40/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   84
Loqopediya (Mühazirələr)

Mürəkkəb fəaliyyət növlərindən istifadə 
 
Bəzi hallarda böyük və kiçik fəaliyyət qruplarına aid edilən 
öyrədici mürəkkəb fəaliyyət növləri proqram günü vasitəsilə nizama 
salınırlar. Bu müddət ərzində müəllim qrupu mahnı oxuma, barmaq 
oyunları, müzakirə, yaxud çalıĢmalarla əyləndirir. Belə fəaliyyət növləri 
təbiətləri etibarilə izahedici çöl oyunları ilə və fəallıq mərkəzlərindəki 
oyunlarla əkslik təĢkil edir. müəllimlər bunun üçün lazım olan vaxtı 
formal Ģəkildə planlaĢdırırlar. VaxtaĢırı olaraq, bu, nəzərdən keçirilən 
müddət ərzində müəllimin təqdim etdiyi əĢyalar ilə tematik tədris planı 
arasındakı əlaqəyə əsaslanır. Tematik planda müəllimlər bir-birilə bağlı 
olan fəaliyyət növlərini və spesifik müddət üçün hansı təcrübənin 
keçirilməsini planlaĢdırırlar (Tematik tədris planı 6-cı fəsildə ətraflı 
Ģəkildə nəzərdən keçirilmiĢdir).
ĠnkiĢaf baxımından yerində sayan və xüsusi ehtiyaclı uĢaqlar 
onlara yardım göstərən yaĢlılarla qurduqları müsbət əlaqələrə görə 
öyrədici təlimdən daha yaxĢı istifadə edirlər. Ancaq elə uĢaqlar da vardır 
ki, onlar üçün bu tipli təlimatlı fəaliyyətlər problemlər yaradır: onlar, 
məsələn diqqətlərini qrupun üzərində cəmləĢdirə bilmir, yaxud onlar 
qulaq asma və eĢitdiklərindən fayda götürmə vərdiĢlərini kifayət qədər 
inkiĢaf etdirə bilmirlər.
Xüsusi ehtiyaclı uĢaqlar ən müxtəlif üsullarla təqdim edilən 
təlimatı və mürəkkəb quruluĢlu oyunların keçirilməsini arzulayırlar. 
UĢaqların qrupun içində təqdim edilən məlumatı anlaya bilmək 
bacarığını aydınlaĢdırmaq üçün daimi müĢahidə aparmaq lazımdır. UĢaq 
sinifdə oturduğu yerin yaxĢı olmasından da, necə deyərlər, faydalana, 
qrup üçün ayrılan mövzunun üzərinə diqqətini yönəltmək üçün vizual 
mövqedən də istifadə edə bilər.
Bəzi inkiĢaf baxımından yerində sayan və xüsusi təlim 
ehtiyatlarına malik olan uĢaqlar digər uĢaqların kifayət qədər spontan 


133 
Ģəkildə yiyələndikləri bacarıq və vərdiĢlərə həsədlə baxırlar. Məsələn, 
ümumən müəyyən yaĢ həddinə çatan uĢaqlar hər hansı mövzunu 
qavramaqla əlaqədar heç bir çətinlik qarĢısında durmasalar da, digər 
anlama məhdudiyyətinə malik uĢaqlar bu sahədə məhz təlimata 
möhtacdırlar. UĢaqdan «mənə almanı göstər» soruĢduqda, o, sualın tələb 
etdiyi adekvat cavab üzrə modelləĢdirmə aparır və o, bunun üçün 
barmağından istifadə edir. Bu üsulla uĢaq nəyisə göstərmiəyin qeyri-
verbal vasitələrinə yiyələnir.
Fəallın mərkəzlərində müəllimlər bəzi uĢaqların ehtiyac 
duyduqları xüsusi vərdiĢlərin aĢılanmasını sınaqdan keçirirlər. Onlar 
tez-tez müəllimin davranıĢını təqlid edir. buna görə də, onlar üçün 
nəyisə öyrənmək imkanları geniĢ məzmun daĢıyır. Oyunun qaydalarına 
bələd olan uĢağı nəyəsə məcbur etmək olmaz. Oyun məzəli və 
funksional səciyyə daĢımalıdır.
Mərkəzdə həyata keçirilən fəaliyyət zamanı müəllimlərin nəyisə 
öyrətməsi də öz növbəsində uĢağı müxtəlif kontekstlərdə yeni 
vərdiĢlərdən funksional istifadəyə həvəsləndirir. Bütün bunlar, məsələn 
kitabdakı Ģəklə iĢarə etməklə, dostuna təzə aldığı ayaqqabısını göstərib, 
yeni vərdiĢləri ən müxtəlif kontekstlərdə nümayiĢ etdirməklə həyata 
keçir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin