Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə57/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   84
Loqopediya (Mühazirələr)

Dil sisteminin komponentləri 
Müəyyən hallarda nitq, dilünsiyyət terminləri sinonim 
mənalarda iĢlədilir. Bunların arasında fərqi göstərmək məqsədilə hər 
birinin daĢıdığı anlamı aĢkarlamaq lazımdır.
Dil ideyaları və təcrübələri baĢqalarına Ģərti verbal dildən istifadə 
etməklə ötürmək üçün istifadə edilən simvolik iĢarələrin təĢkl edilmiĢ 
formasıdır.


161 
Ünsiyyət danıĢan tərəfindən malik olduğu informasiyanın və 
ideyanın hər hansı digər Ģəxslə mübadilə etmək üçün göstərilən cəhddir. 
Biz verbal, qeyri-verbal Ģəkildə, Ģəkillərlə, yaxud jestlər, iĢarəvi dil, 
yazılı dil və s-dən istifadə etməklə ünsiyyətə girə bilərik.
Nitq bizim Ģifahi təqdim etdiyimiz eĢitmə-artiuulativ koddur. 
Yadda saxlamaq lazımdır ki, uĢaq danıĢa bilmirsə, bu o demək deyildir 
ki, o, kiminləsə ünsiyyət saxlamaq qabiliyyətinə də malik deyildir. 
Dil sistemləri ən azı üç əsas komponentə malikdirlər (Feərfəks 
Kauntri Pabrikskus, Dil üzrə tədris proqramının inkiĢafı, 1991): 
 Proqmatik (Dil və danıĢıq) 
 Semantik (Söz və cümlə) 
 Sintaksis (Söz və qrammatika). 
Praqmatik komponent dildən istifadə məqsədini aĢkarlayır və 
bütün kommunikasiya aktı üçün özün roulunu oynayır. TəĢəbbüs irəli 
sürmə və danıĢığın baĢa çatdırılması, bütün bunların hamısı praqmatik 
komponentin tərkib hissəsidir. Nitq hissələri, məsələn müzakirə edilən 
mövzunun aydınlaĢdırılması, mövzuların dəyiĢdirilməsi və müzakirənin 
inkiĢaf etdirilməsi uĢaqların baĢa düĢməyə ehtiyacı olduqları 
vərdiĢlərdir.
Praqmatik komponentin digər aspektinə ətraf mühit konteksti 
daxildir ki, bu konteksdə danıĢıq prosesi baĢ verir. UĢağın necə 
danıĢması və necə ünsiyyətdə olması, onun yerləĢdiyi kontekstdən, nə 
vaxt danıĢmasından daha çox asılıdır, nəinki danıĢığın hansı məkanda 
baĢ verməsindən, ətraf mühit faktorlarının kommunikasiyaya təsiri 
barədə məlumat dildən lazımi Ģəkildə istifadə etməyin vacib 
elementidir.
Sematik komponentə dildə istifadə edilən simvolların mənaları 
daxildir. Hər bir söz müəyyən mənaya malik olur. Bir neçə söz birləĢib 
cümlə əmələ gətirərkən, bütöv bir fikri ifadə edir. bir qrup cümlənin 
məna etibarilə birləĢməsi, paraqrafı, bitmiĢ bir fikri, kitabı, oyunu və s. 
formalaĢdırır.
Cümlədə yerləĢdiyi yerdən asılı olaraq, söz ən müxtəlif mənalara 
malik ola bilər. Məsələn, müəllim belə soruĢa bilər: «Sən gülləri 
sulayırsanmı?», yaxud belə deyə bilər: «Gülləri çulamaq lazımdır».
Sintaksis komponenti dildə sözlərin meydana çıxdığı qaydanı 
nəzərdə tutur. O, eyni zamanda qrammatika və sorfologiya ilə sıx 
Ģəkildə əlaqədardır. Sintaksisə «strukturlar» daxildir ki, bunların da 
vasitəsilə semantik və proqmatik komponentlər birləĢirlər.


162 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin