192
vəsaitlərin olması hesabına müəyyən inkiĢafa malik ola bilərlər. Görmə
qabiliyyəti az olan və ya kor tələbələr özlərinin hələ itməmiĢ görmə
qabiliyyətlərindən daha səmərəli Ģəkildə istifadə etmək üsün xüsusi
yardımçı vəsait və materiallardan istifadə etməlidirlər.
Görmə qüsurları olan uĢaqların ola bilər ki, periferik görmə
qabiliyyəti yaxĢı olsun. Buna görə də, həmin uĢağın baĢının bir tərəfə
çevrilməsi hələ onun diqqətsiz olması demək deyildir. UĢağın diqqətini
sinfə və oradakı materiallara cəlb etmək lazımdır. Ətraf aləmdə
dəyiĢiklik yarananda haməni uĢaq üçün yeni istiqamət seçmək lazımdır.
Yadda saxlamaq lazımdır ki, görmə qüsuru olan uĢaqlar digər
hissiyyat orqanlarına daha çox arxalanırlar. Bu mənada sinifdəki səs-
küyün səviyyəsi nəzərə alınmalıdır. Bu mənada siz öz hərəkətlərinizdə
sərbəst olmalı və ətraf aləm həmin uĢağın xüsusiyyətlərinə uyğun
qurulmalıdır.
Digər uĢaqları görmə qüsuru olan uĢağın qarĢısında özlərinin
adlarını çəkməsinə və hansı iĢlə məĢğul olmalarını dilə gətirməsinə
Ģərait yarat.
Dostları ilə paylaş: