Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə79/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   84
Loqopediya (Mühazirələr)

Beyin iflici 
 
Tərifi
Beyin iflici, adətən doğuĢdan əvvəl, yaxud doğuĢ zamanı və ya 
doğuĢdan az sonra meydana çıxan beyin zədələnməsinin doğurduğu 
haldır. Burada «beyin» sözünün nəyə iĢarə etməsi aydındır. «Ġflic» isə 
hərəkət etmə və bədəni müvazinətdə saxlama funksiyasında narahatlığın 
yaranmasıdır. Bu hadisə nə proqressiv, nə də reqressiv xarakter daĢıyır. 
Sözügedən xəstəlik qəbul edilən mənada «sağalan» deyildir. Bununla 
bərabər təlim, terapiya və tətbiqi xarakter daĢıyan texnoloji vasitələr 
beyin iflici keçirən Ģəxslərə müvafiq həyat tərzi keçirməkdə yardım 
göstərir. O, ənənəvi mənada baĢa düĢülən xəstəlik deyildir və bu sıraya 
aid edilə bidməz. Onun yumĢaq və ağır formaları olur.
Beyin iflicinin səbəblərinə hamiləlik dövründə keçirilən 
xəstəliklər, vaxtından əvvəl doğuĢ, yaxud uĢağın oksigenlə yaxĢı təmin 
olunmaması aid edilə bilər: bu xəstəlik eyni zamanda çox erkən yaĢlarda 
zəhərlənmə, hər hansı yoluxucu xəstəliyin keçirilməsi zamanı da 
meydana çıxa bilər. Sadalanan səbəblərin arasında dünyaya təzəcə gələn 
uĢağın beynində oksigen kütləsinin çatıĢmaması, yaxud qan dövranının 
zəif olması əsas yeri tutur.
Digər sadalanan səbəblər vaxtından əvvəlki doğuĢ amili ilə 
çulğaĢa bilər. RH, yaxud valideynlərin arasında qan tipinin 
uyğunsuzluğu, yaxud digər yoluxucu xəstəliklər və yeni doğulan uĢağın 
mərkəzi sinir sisteminə təsir göstərən digər mikroorqanizmlər bu sıraya 


194 
daxil edilə bilər. DoğuĢdan əvvəl tələb edilən qayğının kifayət qədər 
göstərilməməsi də mühüm faktordur.
UĢaq yaĢlaĢdıqca, hansı fərddən söhbət getməsindən asılı olaraq, 
göstərilən xidmətlərin tipi də dəyiĢir. Beyin iflici keçirən Ģəxslər, adətən 
müəyyən mənada müstəqillik qazana bilirlər, ancaq bəzi hallarda 
nəzərəçarpacaq yarlıma ehtiyac duyurlar. Məktəb yaĢlı uĢaq üçün 
nəzərdə tutulan xidmətlərə davamlı terapiya, xüsusi tədris proqramı, 
texniki yardım və s. daxildir.
Beyin iflici keçirən Ģəxsin özünə inam hissinin artırılmasında, 
onun ailəsinə kömək göstərilməsi əsas faktorlardan sayılır. Bunun 
nəticəsində beyin iflicinə məruz qalan Ģəxslər bu və ya digər mənada 
müstəqil ola bilərlər. Beyin iflici alan bir çox tələbələr kollec və 
universitetlərdə oxuyurlar.
1980-ci illərin ortalarından baĢlayaraq, beyin iflici keçirən 
uĢaqların davranıĢına müvafiq Ģəkildə müsbət təsir göstərən bir çox 
üsullar meydana çıxdı. Yeni texnoloji vasitələr, o cümlədən kompüterlər 
və bir çox mühəndis qurğuları beyin iflici keçirən uĢaqların 
ehtiyaclarına doğru yönəldildi. Nitq və ünsiyyət habelə özünəqayğı 
sahəsində də texnoloji yeniliklər inkiĢaf etdi.
ġəkər xəstəliyi
Tərifi
ġəkər xəstəliyi xroniki, kompleks metabolik xəstəlikdir ki, 
bədənin lazımi Ģəkildə tələb olunan maddələrlə təmin olunmaması, 
habelə karbohidratlar, yağ və proteinlərdən imtina etməsi deməkdir. 
ġəkər xəstəliyinə tutulan bir çox fərdlər – onların 95%-i insulindən asılı 
olmayan formalar aiddirlər. Buna ikinci tibb Ģəkər xəstəliyi də deyilir. 
insulindən asılı olmayan forma, adətən qırx yaĢından yuxarı Ģəxslərdə 
meydana çıxır.
ġəkər xəstəliyinin ən az tapılan forması insulindən asılı olan 
diabetdir, yaxud birinci tip diabetdir. Bu xəstəlik yeniyetmələrdə və 
uĢaqlarda özünü göstərir. insulindən asılı olan diabet halında bədən çox 
az miqdarda insulin ifraz edir, yaxud heç etmir. Bu xəstələr gün ərzində 
insulin iynəsini qəbul edirlər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin