Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 23: MəiĢət üslubu və onun yaranma Ģəraiti



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə100/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   119
2015-332

Mövzu 23: MəiĢət üslubu və onun yaranma Ģəraiti. 
 
Məişət üslubu – gündəlik həyatda insanların bir-biri ilə ünsiy-
yət saxladığı dildir. Məişət üslubu adi danışıq dilidir – insanların 
bir-biri ilə hal-əhval tutduğu dildir. Məişət üslubu kitab-qəzet dili 
deyil, eyni zamanda məhəlli səciyyə də daşımır. Məişət üslubu ədə-
bi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır. 
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Mək-
təbdə dərs zamanı müəllim də, şagird də bu üslubda danışır, bu 
üslubda fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər 


 
193 
leksik, istərsə də qrammatik xüsusiyyətlərinə görə yazılı ədəbi 
dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə 
tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki 
ilə müqayisədə fərqlənir. 
Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və 
yığcamlığıdır. Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq 
dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə et-
diyi dil, üslub nəzərdə tutulur. Məişət üslubunun sərbəstliyi və 
yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə özünü göstərir. 
Dialoji nitqdə intonasiya və jest-hərəkət mühüm rol oynayır, ya-
rımçıq cümlələr çox işlənir. 
Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq-aşkar özü-
nü göstərir. Bir çox şair və yazıçılar (məsələn, M.Ə.Sabir, 
C.Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan – canlı 
danışıq dilindən uğurla bəhrələnmişlər. 
Məişət dili yazılı dildən fərqlənir. Yazılı dil əvəzinə ―ədəbi 
dil‖ termini də işlənir, çünki o, bilavasitə yazıda təzahür edir. 
Buna görə də yazılı dil ədəbi nitq forması sayılır. Məişət üslubu 
isə yalnız şifahi şəkildə mövcuddur. Bu baxımdan məişət üslubu 
ədəbi dilə qarşı durmuş olur. Bununla belə, məişət üslubu nə loru 
nitqdir, nə də məhəlli səciyyə daşıyır. Məişət dili dialektüstü nitq 
formasıdır, yəni ədəbi dilin sərbəst və şifahi nümunəsidir. 
Bədii, elmi və publisistik üslubun nümayəndələri şifahi nitq-
də məişət üslubundan istifadə edirlər. Deməli, müxtəlif üslubların 
nümayəndələri ünsiyyətdə olduqda məhz bu üslubda birləşirlər. 
Onu da yadda saxlamaq lazımdır ki, insanların yazılı və 
şifahi nitqləri eyni olmur. 
Qeyd: Loru dil yonulmamış, pinti danışıq şəklidir. Loru söz 
(kobud əvəzinə köntöy), loru ifadə (məs: fürsəti əldən vermək 
yerinə gönü suya vermək) anlayışları da var. 
Məişət dili danışıq dilidir. Danışıq dilinin qarşılığı isə yazılı 
dildir. Yazılı dil şifahi danışıq dilinin əsasında formalaşır. Yazılı 


 
194 
dil çox vaxt ədəbi dilin sinonimi kimi formalaşır. 
Ədəbi dil üslublar sistemidir. Ədəbi dilin yaranması üslub-
ların müəyyənləşməsi deməkdir.Ədəbi dilin üslubları danışıq 
dilinin əsasında və danışıq normasından uzaqlaşma yolu ilə yara-
nır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə inkişafının yüksək 
mərhələsinə çataraq xalqın dilinin, canlı ünsiyyətinin təbiiliyin-
dən uzaqlaşır. Bu zaman ədəbi dil qəlibə, şablon dilə çevrilir. Be-
lə olduqda insanlar bir-biri ilə ünsiyyətdə təbii danışığa ehtiyac 
hiss edirlər. Ədəbi dilin bu səviyyəyə çatması, həm də cəmiyyət-
də mədəni səviyyənin yüksəlişi, maarifin genişlənməsi ilə insan-
ların öz gündəlik ünsiyyətində məhəlli nitqdən, yerli şivəçilikdən 
uzaqlaşma meyilləri yaratmış olur. Yəni bu zaman ədəbi norma-
tivli dil insanın gündəlik məişətinə bu və ya digər dərəcədə təsir 
etmiş olur. Beləliklə, ədəbi dilin şifahi təzahürü – məişət üslubu 
yaranır. İndiki halında məişət üslubu üslublar sisteminin müstəqil 
subyektlərindən sayılır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin