Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Müasir Azərbaycan ədəbi dilinin üslubları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə11/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   119
2015-332

Müasir Azərbaycan ədəbi dilinin üslubları 
Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif 
üslublara malik olmasıdir. 
Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: 
dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının 
üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışlari bir-biri ilə 
qarışdırmaq olmaz. 
Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin 
yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz 
arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi 
üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata mü-
nasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında 
yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin 
vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xari-
cində mövcud deyildir. Bu ümumidən asılı olaraq onun bir hissə-
sidir. Bədii yaradıcılıqda hər bir sənətkarın öz üslubunun olması 
əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq 
orijinallıgını müəyyən edir və onu başqalarından fərqli bir sənət-


 
23 
kar kimi tanıdır. Elə buna görədir ki, Səməd Vurğun demişdir: 
―öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq 
şair üçün səadətdir! Başqalarından söz, düşüncə və duyğu pər-
dələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.‖ 
Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu 
hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqə-
dar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil 
vasitələrindən istifadə edilərkən yaranır. Hər bir üslub dilin milli 
xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm ya-
zıçıların, həm də alim-müəllim və digər qrup ziyalıların böyük 
xidməti olur. 
Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs 
edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. 
Üslubiyyatda dilin ifadə vasitələrinin müxtəlif üslublarda 
işlənilmə üsulları geniş şəkildə öyrənilir. 
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zən-
gin üslubi sistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf 
mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu 
üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazır-
da Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üs-
lub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub. Bu üslub-
ların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarak-
terik cəhətləri vardır. 
1.Ədəbi dilin bədii üslubu. Fikrin bədii ifadə və təsvir 
vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir. Bədii üslub 
eyni zamanda bədii dil də adlanır. 
Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu 
üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii 
üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil 
etmişdir. 
Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu. 
Bədii üslubun bu formaları bir sıra cəhətlərinə və əlamət-


 
24 
lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlər-
də müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə 
nəzərə alınır və s. Lakin nəsr əsərlərində isə bu ölçülər hazırkı 
dövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuş-
dur). 
Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra 
üslublar da olur; məsələn, qəzəl üslubu; qoşma üslubu; hekayə 
üslubu; dram üslubu; satira üslubu və s. 
Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsu-
siyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin 
fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin