Cəfər Cabbarlı, "ÖLKƏM"
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
217
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Quzğun dəniz oynar ayaqlarında,
İşıq saçar nefti torpaqlarında.
Tarixlərin altun yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.
İpəyindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.
Əhməd Cavad, Azərbaycanın Dövlət himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
218
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Gülhüseyn Hüseynoğlu, AZƏRBAYCAN DĠLĠ (Mənsur Ģeir)
Anamın südündə, vətənimin havasında, çörəyində, suyunda
səni duymuşam!
Torpağımda-daşımda, çölündə-çəmənimdə, Kürümdə, Ara-
zımda, Xəzərimdə, canımda səni görmüşəm!
Elimdə-günümdə, dərsimdə-kitabımda səni sevmişəm! Sev-
mişəm, a məni tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi
kimi qoruduğu dilim! Azərbaycan dilim! Anamın həzin-həzin
laylalarında, arzulu-arzulu oxşamalarında qanıma keçmisən!
Atamın kişi-kişiyana söhbətlərində ruhuma çökmüsən! Ba-
bamım, nənəmin şirin-şirin nağıllarında, bayatılarında ürəyimə
girmisən! Əlimə qələm alan gündən, qələmin ixtiyarına qalan
gündən böyüklüyünü dərk etmişəm.
İlk gecədə, yuxusuz qaldığım ilk gecədə, ilk ağır sınaq ge-
cəsində necə də köməyimə gəldin, qüdrətinlə ana barəsindəki dü-
şüncələrim öz qəlibinə düşdü, söz qəlibinə düşdü. Səxavətini
unutmamışam. Heç zaman, heç kəsdən bir kömək ummadım.
Təkcə səndən savayı! Səndən də həmişə budur təmənnam: əsir-
gəmə sözlərini, varını, gizləmə imkanlarını, ecazkarlığını, bir sö-
zünün neçə-neçə çalarını; yuxusuz gecələrimin sayını çoxaltma,
mənsur şeirlərimə xəzinənin ən sirli, hələ toxunulmamış, əl
219
dəyilməmiş guşələrində qidalanmağa icazə ver, a mənim ulu
əcdadımın yadigarı, nişanəsi, nəfəsi, doğma dilim, ana dilim!
Azərbaycan dilim!
Sənsiz neyləyə bilərəm? Nəyə gərəyəm? Varlığım varlığına
bağlıdır. Adım adınla öyünər. Sevincim, səadətim qüdrətinlə ya-
ranır, a mənim günüm, ilim, əsrim, qərinəm, nəhayətsizliyim,
Azərbaycan dilim! Azərbaycan dilim!
Dostları ilə paylaş: |