222
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.
Heydər Baba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel
gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Bir çıxaydım Damqayanın daşına,
Bir baxaydım keçmişinə, yaşına,
Bir görəydim nələr gəlmiş başına,
Mən də onun qarlarıyla ağlardım,
Qış donduran ürəkləri dağlardım.
Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın
dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynən mənim şair
oğlum Şəhriyar,
Bir ömürdür, qəm üstünə qəm calar.
Dostları ilə paylaş: