223
Təbrizim, Təbrizim,
aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə
təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl
bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
224
Xəlil Rza Ulutürk, "O sahildə, bu sahildə"
Gürşad tökdü, tufan oldu
Araz daşdı, ümman oldu
Qayaları al qan oldu
O
sahildə bu sahildə
Ölkə yandı, Vətən yandı
Qızıl pultək xırdalandı
Dövlət getdi, var talandı
O sahildə bu sahildə
Bir-birindən cida düşdük
Diri gözlə oda düşdük
Biz yadlara neyləmişdik
O sahildə,
bu sahildə
Füzulim bir qəmli neydi,
O birdəmi qara geydi?
Yarasına kimlər dəydi
O sahildə bu sahildə
Ürək dustaq, vətən məhbəs
Hanı Babək, Cavanşir bəs?
Həyat
bu cür qala bilməz
O sahildə bu sahildə,
Nə həsrət nə hicran olsun
Vahid Azərbaycan olsun
Qoy
birləşsin bir can olsun
O sahildə, bu sahildə
Dostları ilə paylaş: