Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə115/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   119
2015-332

Yunis Ġmrə, 
"
Salam olsun
"
 
Biz dünyadan gedər olduq, 
Qalanlara salam olsun! 
Bizim üçün xeyir-dua 
Qılanlara salam olsun! 


 
225 
Əcəl bükə belimizi 
Söylətməyə dilimizi 
Xəstə ikən halımızı 
Soranlara salam olsun! 
Tənim ortaya açıla, 
Yaxasız köynək biçilə, 
Bizi asan vəch ilə 
Yuyanlara salam olsun! 
Kimsə durmaz qəsdimizə, 
Gedər olduq dostumuza, 
Namaz üçün üstümüzə 
Duranlara salam olsun! 
Bu qaydadı, gələn gedər 
Əcəl ki var bizi güdər. 
Bizim halımızdan xəbər 
Soranlara salam olsun! 
Dərviş Yunus söylər sözü, 
Yaş doludur iki gözü 
Bilməyən nə bilsin bizi?! 
Bilənlərə salam olsun! 
S. Vurğunun"
Vaqif
" pyesindən bu hissəni rollar üzrə ifadəli 
söyləmək 
Qacar(heyrətlə) 
Aha, baş əyməyir hüzurumda bu! 
Şeyx.
Yoxdur vicdanında qanun qorxusu. 
Qacar(Vaqifə)
Şair, hökmdarın hüzurundasan! 
Vaqif.
Bunu sizsiz belə düşünürm mən. 
Qacar.
Bəs baş əymədiniz! 
Vaqif.
Əymədim, bəli! 
Əyilməz vicdanın böyük heyəli. 
Qacar.
Qılınclar toqquşub iş görən zaman. 
Neylər dediyiniz quru birr vicdan?


 
226 
Vaqif.
Vicdan dedikləri bir həqiqətdir,
Beşiyi, məzarı əbədiyyətdir. 
Qacar.
Bəs zindan necədir, qaranlıq zindan?! 
Vaqif.
Soyuq məzara da zinətdir insan. 
Qacar.
Yenə göylərdədir şair xəyalın?! 
Vaqif.
Əzəldən hüdudu yoxdur kamalın. 
Qacar.
Aha, sınayırdım idrakınızı. 
Doğrudan, bir şair görürəm sizi. 
Xoşbəxt xəlq eyləmiş sizi yaradan! 
Vaqif.
Dünyada qalacaq yalnız yaradan! 
Qacar.
Çox gözəl, çox gözəl, inanın ki, mən 
Sizin ruhunuzu sevdim ürəkdən. 
Bu dövlət, bu cəlal, bu şanlı saray,
Göylərin büsatı o ulduz, o ay,
Sizə tapşırılsın bu gündən gərək 
Ancaq bir şərtim var. 
Vaqif.
Buyurun, görək! 
Qacar.
Gərək fars dilində yazsın sənətkar. 
Vaqif.
Farsın Xəyyamı var, Firdovsisi var,
Nə çoxdur onlarda böyük sənətkar. 
Azəri yurdunun oğluyam mən də,
Az- az uydururam yeri gələndə. 
Qacar.
Yaxşı, gəl əl götür bu inadından. 
Bu qədər naşükür olmasın insan! 
Vaqif.
Aldada bilməmiş dünyanın varı 
Bir məslək eşqiylə yaşayanları. 
Mən ellər bağında azad bir quşam. 
Mənsəbə, şöhrətə satılmamışam! 
Vəzir.
Yaxş da...Çarıqlı kiçik bir ölkə 
Böyük Firdovsilər yaratdı bəlkə? 
Vaqif.
Günəşi örtsə də qara buludlarr,
Yenə günəş adlı bir qüdrəti var. 


 
227 
Qacar.
Görürəm, günəşə iştahan vardır. 
Vaqif.
Günəşdən gizlənən yarasalardır. 
Şeyx.
Buna qulaq asmaq çətin peşədir. 
Vaqif.
Niyə, qulağınız çoxdan şeşədir – 
Böhtan eşidəndə qızarıb yanar,
Doğru söz gələndə pambıq tıxanar. 
Vəzir.
Sizin sözünüzün kəsəri azdır. 
Vaqif.
Oxuyan bülbüldür, dinləyən qazdır! 
Vəzir.
Of... Məndə olsaydı bundakı hünər! 
Vaqif.
Ağılsız köpəklər ulduza hürər. 
Qacar (vəzirə) Di ver cavabını, nə durmusan? Din! 
Nə, yenə döyünür sarsaq gözlərin! 
Vaqif.
Neyləsin, yazığın nə günahı var? 
İşıq güclənəndə çaşar yarasalar. 
Şeyx(kinayəilə)Şairə sənətdir tikanlı sözlər 
Vaqif.
Sözdən qızarmaz ki, bozarmış üzlər. 
(Qapıçı daxil olur
Qapıçı
Şahım, bir qoca var, gəlsin içəri? 
Qacar.
De, gəlsin. 
(Vidadi daxil olub təzim edir
Vidadi. 
Hakimin höküm, hünəri 
Onun vicdanilə qardaş olmalı! 
Bizə qalmayacaq dünyanın malı… 
(Vaqifi göstərərək)
Şairdir, qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var. 
O ölsə, dağlar da dil deyib ağlar. 
Əfv edin, yaxşılıq qalır yadigar. 
Qacar.
Dinin düşmənidir, o ölsün gərək! 
Vidadi.
Xeyir O, Vaqifdir, eşqə gələrək! 
Bəzən qamçılayır zəmanəsini,
Allah da çox sevir şeirin səsini. 


 
228 
Qacar.
Allah da çox sevir? Allaha yalvar,
Onun məndən də çox qüdrəti var. 
Əgər bacarırsa, qoy sağ saxlasın. 
Vidadi. 
Siz hökmdarsınız... 
Qacar.
Yaxşı, qoca, mən 
Artıq əl çəkirəm ölüm fikrindən. 
Ancaq... kəsəcəyəm yazan əlini,
Bir də həcv deyən acı dilini. 
Razısan? 
Vaqif.
Razıyam, böyük hökmdar! 
Mərhəmət sahibi olur ağalar. 
Eyb etməz, sizə də çatar bir əvəz. 
Qatır cinsisiniz doğub törəməz. 
Qacar.
Vaqif, indi get,
Saray həyatını büsbütün tərk et. 
Gərək yaşamasın qədirnaşünas! 
Vaqif.
Sənsə həqiqətin ağzına daş bas! 
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahu vayları… 
Görmüşəm şahların vəfasını mən,
Xanların zülmünü, cəfasını mən. 
Görmüşəm zamanın min rüzgarını,
Dustaq anaların göz yaşlarını. 
Nifrət! Qan çanağı taclara nifrət! 
Var olsun azadlıq, bir də məhəbbət!
Fərqanə Zülfüqarovanın ―XIX əsrin sonu -XX əsrin əvvəllərində 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin