35
Müasir Azərbaycan danıĢıq dili və onun xüsusiyyətləri
Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq di-
li adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki,
bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən
təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdud-
laşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə
edirlər.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki,
həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
1)danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi
dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
2)danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı
ənənələri ilə sıx bağlıdır;
3)ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir.
Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə
cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
4)danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Bu-
rada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman
saxlanıla bilir;
5)ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili
qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik,
leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədə-
bi dildən fərqlənir. Bunu aşağıdakı müqayisələrdə aydın görmək
olur:
Ədəbi dildə
DanıĢıq dilində
F o n e t i k c ə h ə t d ə n
Stəkan
istəkan
Orada
orda
Rəf
irəf
36
O r f o e p i k c ə h ə t d ə n
Professor
prafessor
Uçdu
uşdu
Sünbül
sümbül
L e s i k c ə h ə t d ə n
Tez
becid
Yelpənək
xiyar
Qarğıdalı
peyğəmbəri, kəbə
Q r a m m a t i k c ə h ə t d ə n
Almaram
almanam (Şamaxı)
Alır
alatdı (Quba)
Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə
ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cüm-
lələrin quruluşunda və s.özünü göstərir.
Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox
yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları
təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu
çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və
həm də hər ikisinin hərəki olmalarından irəli gəlir.
Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə aradan
qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, müəyyən vaxt-
dan sonra bu fərqlər tamamilə silinəcəkdir.
Azərbaycan danışıq dili öz xarakterinə görə vahid deyildir.
Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar: a)
sadə danışıq, b) dialekt və şivələr olar.
Sadə danışığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid
ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır.
|