Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə24/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   119
2015-332

 
Samitlərin ahəngi
 
Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izlə-
mələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları 
vardır. 
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili sa-
mitləri izləməsinə samitlərin ahəngi deyilir. 
Samitlərin ahəngi iki şəkildə olur: 1) kar samitlərin ahəngi, 
2) cingiltili samitlərin ahəngi. 
Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar sa-
mitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, 
kəs + kin və s. 
Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə 
bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; 
məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s. 
Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun 
getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər 
bu qanuna uyğun gəlmir. 
Saitlərlə samitlərin ahəngi 
 
Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, ya-
xud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəng-
ləşməsi qanunu vardır. 
Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası sa-
mitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin orta-
sında yaranan samitlər uyğunlaşır. Belə bir qanuna saitlərlə sa-
mitlərin ahəngi deyilir. 


 
49 
Dilimizdə demək olar ki, a, ı, o, u dilarxası saitləri ilə q, ğ, x 
samitləri, ə, i, ö, ü, e dilönü saitləri ilə k, g, y dilortası samitləri 
həmahəngləşir. 
Azərbaycan dilində saitlərlə samitlərin ahəngi qanuna görə 
əvvəl gələn hecada arxa sıra saitlərdən (a, ı, o, u) biri olarsa, son-
ra gələn hecada arxa sıra samitlərdən (q, ğ, x) biri; əvvəl gələn 
hecada ön sıra saitlərdən (ə, e, ö, ü, i) biri olarsa, sonra gələn 
hecada da ön sıra samitlərdən biri (k, g, y) olmalıdır; məsələn: 
Arxa sıra: otaq, buruq, sırıq, bağ, çox, toxunmaq... 
Ön sıra: ətək, kötək, çiçək, ürək, köynək, tökülmək və s. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin